Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İdeal cütlük
İdeal cütlük
Göndərən: Nazlı_qız
Şərhlər: 8
Baxılıb: 780
Səs ver:
Bir çox insanın prioritetli xəyalları arasında xoşbəxt və sağlam bir birlikdəliyə sahib olmaq var. Məşhur psixoloq, yazıçı və sosial alim David Niven,  ’The 100 Simple Secrets of Great Relationships’ kitabında ( Mükəmməl münasibətlərin 100 sadə sirri ) mükəmməl bir münasibətə çatmağın sirlərini açıqladı. Marie Claire jurnalı bu özəl sirləri tərtib edib..

Etdiyi araşdırmalar səbəbi ilə Ohio Dövlət Universiteti və Harvard universiteti tərəfindən bir çox dəfə mükafata layiq görülən məşhur yazar David Niven xoşbəxt ailələrin, sağlam və uğurlu insanların 100 sirrindən sonra "İnsan münasibətlərinin 100 sirri” adlı kitabı ilə xoşbəxt və sağlam bir bərabərliyə gedən yolda atılmağı lazım olan addımları oxucuları ilə paylaşır.

MÜQAYİSƏ ETMƏYİN

Niven xoşbəxtliyə çatmaq istəyənlərə müqayisə etməkdən qaçınmağı tövsiyyə edir. Həyatımızı başqalarınınkı ilə müqayisə etmək onu dəyişdirməz. Lakin yazarın fikrinə görə öz həyatımız ilə bağlı necə düşündüyümüzü dəyişdirər! Beləcə, bir yoldaşımızın, mükəmməl bir münasibətin xoşbəxtliyini yaşadığını gördüyümüz zaman öz münasibətimizi sorğulmağa başlayırıq. Problemlər yaşadığını gördüyümüz zaman da öz münasibətimizin daha yaxşı olduğunu düşünürük.

PƏRİ NAĞILLARINA ALDANMAYIN

Yazarın fikrinə görə, hər nə qədər hekayələrdə yaşanan böyük sevgiləri yaşamağı gözləməsək də, içdən-içə bunun xəyalını qururuq. Nivenə görə, etməli olduğumuz, xəyalını qurduğumuz sehri, partnyorumuza qarşı duyduğumuz sevgidə görmək və nağıllarda yaşanan şeylərin gözləntisində olmamaqdır.

ORTAQ BİR MARAQ SAHƏSİ YARADIN

Günümüzün çox hissəsini  kariyera arxasınca qaçmaq və gündəlik vəzifələrimizi yerinə yetirməklə keçiririk. Bu da insanların münasibətlərində ortaq maraq sahələri tapmağa çalışmalarını son dərəcə önəmli edir. Çünki ortaq maraq sahələri, partnyorlar arasında pozitiv bir ünsiyyət və əyləncənin yaranmağını dəstəkləyir.

ZEHNİNİZİ OXUMAĞINI GÖZLƏMƏYİN

Üzücü bir vəziyyətdə olduğunuz zaman partnyorunuzun, sıxıntınızı öz-özündən anlamağını gözləməyin. Qarşı tərəf, zehninizi oxuya bilməz. Əksəriyyətimiz, partnyorumuza duyğularımızı anlatmadan, onu, bizi yalnız buraxmaqda ittiham edirik. Etməli olduğunuz, partnyorunuza hiss etdiklərinizi anlatmaqdır.

TƏLƏSMƏYƏ EHTİYAC YOXDUR

İnsanların evlənməyə və uşaq dünyaya gətirməyə qərar verdiyi yaş dilimi, son yüz ildə, hər on ildə bir artır. Yazarın fikrinə görə, bu halın maddi basqılar və azadlğını elan etmək kimi bir çox səbəbi var. Tələsməyinizə ehtiyac yoxdur. Çünki münasibətlər, birinci gələnin mükafatlandırıldığı bir yarış deyil. Kitabda yer alan araşdırma, gec yaşda evlənməyin nə həyat, nə də yaşanan münasibət üzərində neqativ bir təsiri olmadığını sübut edir.

YUMOR HİSSİNİZİ İNKİŞAF ETDİRİN

Yazarın fikrinə görə bir qadın və kişi münasibətində yaxşı bir yumor anlayışına sahib olmağın orta bir günü daha əyləncəli etməyə və pis bir günün yükünü azaltmağa faydası olar. Yazar, bu yomor hissinin pozitiv bir yönü olmağı gərəkdiyinin altından xətt çəkir. Çünki neqativ zarafatlar sadəcə təzyiqi artırır.

KEYFİYYƏTLİ VAXT

Əgər birlikdə ən çox zaman keçirmək istədiyimiz  insanı tapmışıqsa,  niyə də onunla mümkün olan ən keyfiyyətli zamanı birlikdə keçirməyək! Çünki münasibətlər birlikdə keçirilən zamanın miqdarı ilə yox, keyfiyyəti ilə inkişaf edir!

GƏLƏCƏK ÖNƏMLİDİR

Yazarın fikrinə görə bəzi insanlar münasibətlərinin uğurlu bir keçmişi varsa  o zaman edilməsi lazım olan hər şeyin  öhdəsindən gəlinmiş  olduğunu düşünmə yanılğısına qapılmış olur.  Halbuki, münasibət  keçmişə  yox, gələcəyə doğru inşa edilər.

AÇIQ OLMAQ ŞƏTDİR

Bir münasibətin xoşbəxt və ya xoşbəxt olmadığını düşünün. Partnyorların bir-biriləri ilə necə ünsiyyət qurduqları çox önəmlidir.  Yazarın fikrinə görə sağlam bir münasibət içində olan cütlüklər, yaxşı ya da pis hər nə yaşayırlarsa, bunu partnyorları ilə paylaşırlar. "Heç bir şeyi içinizdə saxlamayın! Çünki öz gerçəkliyinizi paylaşdığınız zaman həyatınızı da paylaşmış olacaqsınız və bu müddətdə partnyorunuz ilə aranızda yaranacaq olan bağ hər şeyin öhdəsindən gəlməyinizdə sizə kömək olacaqdır! ”

ONUNLA DOST OLUN

Fərz edin ki, biri ilə maşında uzun müddət davam edən bir yolculuğa çıxacaqsınız.! Bu müddət ərzində bu insana son dərəcə yaxın olacaqsınız. Dolayısı ilə həmin insanın eyni zamanda dostunuz olmağını da istəyərsiniz. Münasibəti davam etdirən, keçici həyəcan və ya zövqlərdən daha çox dostluq, qarşılıqlı hörmət, heyranlıq və maraq olacaqdır. Uzun müddətli münasibətlər, inkişaflarını və həyatda qalmalarını sağlam bir dostluq təməlinə borcludurlar!

XOŞBƏXTLİYİ ÖNCƏ ÖZÜNÜZDƏ AXTARIN

İnsanlar, sevgi dolu münasibətlərə ehtiyac duyarlar. Hamımız yaxın sosial münasibətlərdən fayda görərik. Lakin çoxumuz, münasibətin bizi tamamlayacağına, həyatımızdakı boşluqları dolduracağına inanarıq! Halbuki, gerçəkdə kim olduğunuzla bağlı olaraq xoşbəxt deyilsinizsə, bir münasibət bu vəziyyəti dəyişdirməyəcəkdir! Bu, sağlam bir münasibəti davam etdirməyinizi də çətinləşdirəcəkdir!

PULUN ÖNƏMİ AZALIR

Xəyalımızdakı partnyor varlı biri ola bilər. Lakin varlı bir insanla bir münasibət yaşamağa başladıqdan sonra pulun önəmi , münasibətinizi dəyərləndirərkən təsirsiz bir hala gələcək! Kitabda yer alan araşdırma nəticəsinə görə, sadəcə gəlirin hakim olduğu bir münasibətin uğuru ilə bağlı bir söz demək  imkansızdır! Çünki sərvət , bir münasibətin uzunluğu və məmnuniyyət  dərəcəsi üzərində əlaqəsizdir!

ONA ƏHƏMİYYƏT VERİN

Fikir, zövq və seçimlərinizin mükəmməl bur uyğunluqla görüşdüyü  bir münasibəti təəssüf ki, yaşamayacaqsınız! Niven, bu boş fantaziyaya üstünlük verməməyinizdə də  israr edir..  Ziddliklərin daima münasibəti canlı tutduğunu, uyuşuqluq hissindən uzaqlaşdırdığını və fərd olaraq inkişafı artırdığını müdafiə edir. Münasibətinizdəki çətin zamanlarda sizin üçün ən önəmli olanın nə olduğunu qarşı tərəfə göstərməlisiniz! Fərqliliklərə rəğmən ona dəyər verdiyinizi göstərməyiniz , sağlam bir münasibətin təməlini yaradar.

SORĞULMAĞI BURAXIN

Çoxumuz,  birlikdə olduğumuz insanın keçmişi ilə maraqlanırıq. Xüsusilə də ciddi münasibətləri ilə. Bu, zamanla narahatlıq, müqayisə etmə və sonda  dalaşmaq həddinə gətirib çıxaracaqdır. Siz, birlikdə olduğunuz insanın keçmişdəki partnyorları ilə  yarış içində deyilsiniz.

ÖZÜNÜZƏ İNANIN

Münasibət bir ehtiyac deyil. Əslində, sağlamlığınız və xoşbəxtliyiniz üçün bir münasibətə ehtiyacınız yoxdur. Yaşadığınız münasibət bəlkə də həyatınızın önəmli bir hissəsini təşkil edə bilər, amma siz həyatda qalmaq və inkişaf etmək üçün gərəkli olanlara onsuz da sahibsiniz! İçində olduğunuz vəziyyət hər nə olursa olsun, özünüzə inanın və öncə tək başınıza ayaqda dura bildiyiniz gerçəyini qəbul edin.

ÇEVRƏNİZDƏKİLƏRİN FİKİRLƏRİNİ DİNLƏMƏYİN

Önəmli bir qərar verməli olduğunuz zaman adətən,  ikinci bir fikir alırıq! Niven, bu cəhdi  qətiyyən dəstəkləmir. İki insanın yaratdığı dünyanı, aradakı ünsiyyət ya da elektrikin seyrini üçüncü insanların əsla analiz edə bilməyəcəyini  vurğulayır və maraqlı  fikirlər söyləyir : "Birincisi, heç kim sizin həqiqtən nəyə ehtiyac duyduğunuzu  və nəyə dəyər verdiyinizi sizdən yaxşı dəyərləndirə bilməz.  İkincisi , insanlar başqalarının münasibətləri mövzusunda öz münasibətlərinə nəzərən daha mənfidirlər. Qısası, fikrini aldığınız insanlar,  münasibətinizdə neqativ yönləri görməyə pozitiv yönləri gömrəkdən daha çox meyillidir! ”

QORXUYA MƏĞLUB OLMAYIN

Öz ayaqları üzərində duran, nə istədiyini bilən bir qadın olmağınıza rəğmən mənliyinizi doğru şəkildə yansıtmağınız,  bəzi zamanlar mümkün olmaya bilər. Fobiyalar, münasibətlərə mənfi yöndə təsir edən səbəblər arasındadır. O, əslində necə biridir, keçmişdə yaşadıqlarınızı yenə yaşayacaqsınızmı, sizdən necə bir birlikdəlik gözləyir, məncildirmi, məsuliyyətsizdirmi? Bu kimi suallar hər qadının həyatının bir dönəmində zehninə toplana  bilər. Halbuki, mənfi bir vəziyyət ilə qarşılaşdığınız zaman münasibətinizi sorğulamağı buraxmağınız lazımdır.

İŞLƏRİNİZİ EVƏ GƏTİRMƏYİN

İş gününüz bitəndə işiniz tamamilə ofisdə qalmalıdır. Zehninizdən də silinməlidir! Kitabda yer alan bir araşdırma nəticəsinə görə işləməyə ya da iş düşünməyə hardasa heç ara verməyən iş düşkünlərinin  digər insanlara nisbətən özəl yaşamlarından məmnun olduqlarını söyləməmələrinin 3 qat daha mümkün bir hal olduğu bildirilir.

ACILARINIZI UNUTMALISINIZ!

Qırıldınız və sonra sizdən üzr istənildi. Çox acı çəkdiniz amma qarşı tərəfi bağışlamağa qərar verdiniz. Lakin içinizdəki acı dərhal ortadan itmir və hiss etdiyiniz bu acının travmasını içinizdə daşıyırsınız. Lakin bu acını geridə buraxa bilməyi öyrənməlisiniz! Çünki acını içinizdə tutmağınız, yaranın təzə qalmasına səbəb olar.

MÜKƏMMƏLİ AXTARMAĞI BURAXIN

Günümüzdə xoşbəxt olmayan birlikdəliklərin bəlkə də ən böyük səbəbi, "Daha mükəmməlini yaşaya bilərəm” düşüncəsindən qaynaqlanır. Sağlam və qane edici bir münasibət daima mövcuddur ya da yaradıla bilər! "Mükəmməl münasibət” deyə bir anlayış əsla var olmamışdır. Bu səbəblə, hər mövzuda sizinlə həmfikir olan ya da hər an sizi xoşbəxt edə biləcək biri ilə qarşılaşmağı israrla gözləmək yerinə, sizi ən çox qane edən münasibəti yaşıllaşdırmağı yoxlamalısınız.


Şərhlər: 8
Baxılıb: 780
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Faydalı məsləhətlərdi ancaq kim necədirsə o cür olmağa daha çox üstünlük verir yəni özünün çatışmayan cəhətlərinə fikir vermirlər , elə nə varsa qarşı tərəfdən gözləyirlər belə çox irəli getmək olmaz mənə görə, hər şeyə qarşılıqlı şəkildə davransaq onda ideal olmasa da ona yaxın bir münasibət qurmaq olar))
18 may 2015 17:27
# 8
WiRiN BaLaM
ideal deyə bir şey yoxdu
18 may 2015 15:55
# 7
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
ideal cutlukler olur varda cox nadir tapinyi olurlar no yenede vardir
18 may 2015 15:51
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Həyatda Allahdan başqa heç bir canlı ideal deyil.Buda o deməkdiki,ideal cütlük olmaq mümkünsüzdü mənə görə.İdeal olmaqa ehtiyac belə duymuram,ikili münasibətdə bir birini anlamaq,dəyər vermək,hörmət qoymaq yetərlidi.
18 may 2015 14:01
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Lucia
İdeal cütlük yoxdu,sadəcə bir-birinə hörmət edən və dəyər verən cütlük var. mucux
18 may 2015 13:22
# 4
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
lelos
ideal olmasaqda bir birimizi başa düşür bir birimize deyer veririk ve xoşbextik
18 may 2015 12:37
# 3
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Tomris Müslümova
biz hecde iseal deyilik,ama deyilenlerin coxuna emel edirik.amma sorgulamagi men buraxan deyilem.sorusmasam her seyi orgenmesem sora o meni yeyib bitirir..acilarimizidaki men unutmurdum ama indi yenede unutmasamda yada salmiram.tesekkurler xeber ucun ;)
18 may 2015 11:19
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Ideal cutluk hec zaman yoxdur. Bir birini basa dusen anlayan hormet eden cutlukler var. her zaman calisib elesinnen olmaq lazimdir.
18 may 2015 10:36
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz