Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik xoşbəxtliyi öldürməz!
Evlilik xoşbəxtliyi öldürməz!
Göndərən: Nazlı_qız
Şərhlər: 13
Baxılıb: 531
Səs ver:
Xoşbəxtlik yoldaşların bir-birinə qarşılıqlı hörmətiylə var ola bilər. Evliliyinizi yoldaşınızla qarşılıqlı bir mübarizə mühitinə çevirməyin. "Mən" yerinə "biz" düşüncəsini yerləşdirin. Xoşbəxtliyiniz pis xasiyyətlərə qurban getməsin.

Xoşbəxt olmaq istəyən yoldaşlar, bu məsləhətlərə diqqət etməlidir.

1. Xoşbəxt olmağı istəyin.
Bəzən insan yoldaşında axtardığını tapa bilməz. Xəyal qırıqlığına uğrayar. Xoşbəxt ola bilməyəcəyi qənaətinə çatar. Belə vəziyyətlərdə dərhal yelkənləri suya endirməmək, ümid işığını söndürməmək lazımdır. Beyninizə "Bu evlilik getməz, bu yoldaşla həyat bitməz" yerinə, "Qayaların altından sular fışqırar. Palçıqlı torpaqların içində güllər bitər" düşüncəsini yerləşdirin.

2. Xoşbəxtliyinizə sahib çıxın.
Xəyali bir xoşbəxtlik arxasında qaçmayın. Bu qaçış yalnız enerji sərf etdirər. Əlinizdəki xoşbəxtliyə sahib çıxın. Onu ovuclarınızda tutun. Onu böyütməyin yollarını axtarın.

3. Xoşbəxtlik düyməsinə toxunun.
Evlilikdəki xoşbəxtlik sevgi işığıyla ortaya çıxar. Bir-birini sevən yoldaşlar, çətinlikləri asanlıqla aşar. Bunun üçün əlinizi "sevgi" deyilən xoşbəxtlik düyməsinə toxundurun. O zaman könüllər işıqlanar, ürəklər işıqlanar və evlər şənlənər.

4. Xoşbəxtliyi "Mən beləyəm"lə korlamayın.
İnsanın doğuşdan bəzi xasiyyətləri ola bilər. Amma səhvlərinin fərqinə varıb, özünü düzəldə bilər. Əsəbləşdiyində hər yeri qırıb tökən kişi, yoldaşına qarşı hörmətsiz olan qadın "nə edim əlimdə deyil mən beləyəm" deyərək günahını gizləyə bilməz. Deyən tərəf səhvlərini düzəltmək üçün beynini işlətməlidir. Əgər yenə də bacara bilməzsə bir psixoloq və ya psikiyatristdən kömək almalıdır. Xüsusilə kişilər, "mən dəliyəmmi" deyə bu yardımdan qaçırlar. Bunu bir qürur vəsiləsi edirlər. Halbuki bir insan, duyğularını və hərəkətlərini nəzarət altında tuta bilmirsə tutmasına kömək edəcək adamdan qaçmamalıdır.

5. Xoşbəxtliyin baş düşməni "güc döyüşü".
Xoşbəxtliyinizi arasına "mən" duyğusunu soxmayın. "Mən daha yaxşı düşünərəm, ağıllıyam, yaxşı bilirəm" deyə düşünmək xoşbəxtliyi öldürər. Çünki gücün girdiyi yerə döyüş girər. Döyüşün girdiyi yerdənsə dinclik batareyasını  yığıb gedər.

6. Xoşbəxtlik üçün yoldaşınızı "kopya"lamayın.
Evlilikdəki ən böyük səhv, yoldaşlarının özlərinin bir parçası olmasını, özü kimi düşünməsini, davranmasını və hər dediyinə "bəli" deməsini istəmələridir. Daha doğrusu yoldaşlarının özlərinin bir kopyası olmasını istəmələridir. Halbuki, bu yaradılışa ziddir. Çünki bir alma armuda, armud da almaya çevrilməz. Lakin bir meyvə qabında yan-yana iştirak edərək bir-birinizi tamamlaya bilərsiniz.

7. Mükəmməllik gözləməyin.
Hamı hər şeyin mükəmməl olmasını istəyər. Kiçik problem qarşısında belə çaxnaşmaya düşər, həyatı qaraldar. Bütün dünyasını o kiçik hadisənin içinə salıb, məhv olar. "Niyə istədiyim kimi olmur. Həyat yoldaşım istədiyim kimi davranmır və .s." deyib dayanar. Bu vəziyyət həm özlərini, həm də yoldaşlarını yorar. İllər keçdikdən sonra "Allahım! Təəssüf etmişəm həyat nə qədər qısa, ömür nə qədər azmış, boş-boşuna dünyanı özümə zindan etdim" deyərlər. Heç bir evlilik problemsiz, heç bir yoldaş da qüsursuz deyil.


Şərhlər: 13
Baxılıb: 531
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Evlilik heç nəyi öldürmür mənə çaraqlı gəlir evliliik həyatı
4 may 2015 20:00
# 13
İçimi görsən mənə aptek alarsan.
Tomris Müslümova
Sitat: meni_gozle
Evlilikdə xoşbəxtlik ölməsin deyə bir çox yaşananlara göz yumalısan yola verməlisən

tam raziyam yoxsa basqa cur olmur
4 may 2015 18:50
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tek umidim sen
Mence de oldurmez!... Daha da cox sever...
4 may 2015 18:02
# 11
Kadın derin ama adam yüzme bilmiyor...
Nur k-off
eger qarwiliqli hormet varsa sevgi bitmez hec vaxt
4 may 2015 17:26
# 10
SVETA
vipbetul
her zaman xosbextlik olarsa heyatda mena qalmaz muibarizede lazimdiki heyat dahada sirinleshsin
4 may 2015 14:52
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
meni_gozle
Evlilikdə xoşbəxtlik ölməsin deyə bir çox yaşananlara göz yumalısan yola verməlisən
4 may 2015 14:04
# 8
WiRiN BaLaM
mencede evlilik xoşbəxtliyi öldürür
4 may 2015 13:12
# 7
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
qanadli melek
Evlilik xosbextliyi oldurur
4 may 2015 13:11
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
emis
xosum gelmir o sozden ki evlilik xosbextliyi oldurur tam eksine evlilikden sonra insanlarin bir birlerine olan sevgisi daha da artir.bu goz qabagindadai hami gorur cun ki evlendikden sonra ister qadin gozunden olsun istersede kisi gozunden olsun ikisinin fikrindede bu cumleler olur ki biz evlendik usaqlarimiz olacaq onlari duzgun terbiye edib boyudeceyik ve aile quracaqlar axirda bize qalan yalniz ikimiz olacayiq yeni qadin ve kisi birlikde yaslanacaqlar omurlerini birlikde bitirecekler.sohbet normal aileden gedir normal bir birlerini seven wexsler bele dunusurler.basqalarini demirem onlar gunluk heyat yasayirlar bu olmadi o olmadi bu ve bir basqasi onlarinkina sevgi xosbextlik deyilmir.bir birlerini seven evlenenler daha cox xosbext olur bir birlerini sevmeyenler ailenin raziligi ile evleneler ise bir muddetden sonra da olsa arada sevgi bagliliq yaranir ve xosbext olurlar.xosbext ailelere hesed apariram qadinin tutan kisilere erini tutan qadinlara.menim atam anamda sevib evlenibler ve getdikce sevgileri biyuyub arada soz sohebt ne qeder narzaciliq olsa da bir birlerine nese olanda hemise ele ele verib keciribler o pis gunler aile bunnnan otrudu xosbextlik buna deyilir.hamiya xosbext olmagi dileyirem tesekkurler.
4 may 2015 12:54
# 5
Melissa
evlilik xosbedxtliyi artirir::))))))))))))))))))))
4 may 2015 12:21
# 4
BARBI
Evlilik xosbextliyide sevginide oldurur . Ona gore hec vaxt evlenmeyi dusunmurem
4 may 2015 11:32
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
talis balasi
O sozu cox adam diyir evlilik sevgini oldurur xosbexdliyi oldurur,eksine insan evlilikde birazda xosbexd olur sevgisi guclenir
4 may 2015 11:08
# 2
Fialka
Heç bir şeyi tam - tamına mükəmməl olmaz bunu gözləməkdə yanlışdı, həyatda hər şey ola bilər, evlilik isə təməli sağlamdırsa yəni orda anlayış , hörmət və bir çox keyfiyyətlər varsa əlbəttə xoşbəxtlikdə olar sadəcə evlilikdə düşünürəm ki, hər şey müştərək olmalıdır. Yəni mənlər bizə çevriləndə həqiqətən xoşbəxt olmaq olar))..
4 may 2015 10:42
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz