Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səni sevirəm deməyin 7 fərqli yolu
Səni sevirəm deməyin 7 fərqli yolu
Göndərən: Nazlı_qız
Şərhlər: 13
Baxılıb: 1022
Səs ver:
1. Sevgi məktubları
"Səni sevirəm" demənin bir yolu sevdiyinizə sevgi məktubu yazmaqdır. Bu dövrdə bir çox insan bunu etmir. Bu əllə yazılmış olmalı məcburiyyətində deyil. Texnologiyanın yaxşı yanlarından biri bu "Word" səhifəsini açın və barmağlarınızın yaza bildiyi qədər sürətli bir şəkildə ürəyinizdən keçənləri yazın. Bunu yazın və sevgilinizin mail ünvanına yollayın. Həyat yoldaşım az qala hər gün sevgi məktubu yazırdı və mail adresimdə təxminən 400 sevgi məktubu var.

2. Qab-qacaqları yumaq
Qab-qacaqları yumaq çətin bir işdir bilirəm. Mən də qab yumağa nifrət edirəm. Sevdiyim insan evimə ilk gəldiyində qab-qacaqları yudu və o an evlənəcəyim adamın o olduğunu  başa düşdüm. Həyat yoldaşım hələ də  qab-qacaqları hərdənbir yuyur, çünki mənim uşaqlarla onsuz da məşqul olduğumu bilir. Bir çox işlə məşqul olmasına baxmayaraq qab-qacaqları yuyacaq qədər vaxt saxlayır. Bu onun mənə qarşı nələr hiss etdiyini göstərir.

3. Paltarları yumaq
Paltar yumaq, qab-qacaq yumanın tərsinə mənim sevərək etdiyim ev işimdir. Paltaryuyan maşın və quruducu mənim evdəki ən yaxın dostlarımdı, çünki həyatımı çox asanlaşdırırlar. Rəngli paltarlarla ağları ayırmaq çox çətin olmasa da körpə bezi dəyişdirməklə çox məşqul olduğum üçün paltarları yumağı ümumiyyətlə yaddan çıxarıram. Çox vaxt paltarları yoldaşım yuyar. Mənə balam, paltarlar hazırdı, deyir. Bu mənə görə səni sevirəm deməkdir.

4. Özün üçün vaxt ayırmaq
Buyur sənə pul, gözəllik salonuna, masaj salonuna get, istədiyini et. Bunu neçə qadın yoldaşından eşitməyi ümid edər? Mən o şanslı qadınlardanam, yoldaşım az qala hər həftə mənə özümə ayırmaq üçün vaxt verir. Bu çox gözəl bir jestdir, çünki beləcə ev həyatının xaricində də bir həyatım olur.

5. Evə yemək sifarişi
Yemək hər şeyin həllidir! Bəzən qapının zəngi çalır və açdığım zaman pizza qoxusunu hiss edirəm. Pizzanı gətirən adamı xoşbəxtlikdən qucaqlamaq istəyirəm. Zarafat bir yana, evə hər yemək sifariş etdiyində yoldaşımı qucalayıb və dodaqlarına bir öpüş qondururam. Bu iki mənanı verir: yemək pişirməyə ehtiyac yoxdur və yeməyə pul ödəməmə ehtiyac yoxdur.

6. Ev işləri üçün məsuliyyət
Marketə getmək, süd almaq, bezləri dəyişdirmək, elektrik pulunu ödəmək kimi şeyləri edə bilər. Bunlar siz demədən edilir? Bu eşqdir. Bunları edərkən o qədər vaxtımız keçir ki! Sevdiyiniz bunları etsə bu sizə onun tərəfindən bir mükafat kimi sayılır!

7. Ona aid olan işləri görmək.
Mən çox işləyirəm və bəzən bu həddindən artıq olur. 2 işdə  işləyərkən, eyni zamanda müəllimlik sertifikatı üçün işlədiyim də yadıma gəlir. Vaxt azlığından etməli olduğum işləri edərkən çox çətinliklər çəkirəm. Həyat yoldaşım öz işiylə belə məşqul olarkən belə mənim yazılarıma, məqalələrimdə köməkçi olur.
Yoldaşına, sevgilinə ya da ailə fərdlərinə sevginizi göstərmənin dəyişik yollarını tapın. Səni sevirəm demək üçün sevgililər gününü gözləməyin. Şkaladlara ya da hədiyyələrə pul xərcləmənizə ehtiyac yoxdur. Kiçik hərəkətlər qarşınızdakının sevildiyini hiss etməsini təmin edəcək. Yaxşı bəs siz? Sevdiyinizə sevginizi necə göstərirsiniz?


Şərhlər: 13
Baxılıb: 1022
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
teri meri
bunların əvəzinə romantik sözlər olsa
21 may 2015 21:26
# 13
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
ALESSANDRA
məncə məntiqsiz üssullardı)))
21 may 2015 20:30
# 12
Don't trust anyone ∆
Catwoman666
seni sevirem demek mence cetin bir şey deyil ve bunu istenilen vaxt demek olar xususi bir vaxt secmek lazim deyil amma bunun ucun xususi hazirliq gorenler de eceb edir))kime nece xosdursa ele etsin
21 may 2015 17:56
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
kisinin qadinina komek etmesini çox sevirem
21 may 2015 17:47
# 10
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
sevgilisi olanlar bunu fikirleshsun
21 may 2015 16:29
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
haminiza ele heyat yoldasi arzu edirem))
21 may 2015 16:13
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
rəmsə
Mən xəstələnəndə yoldaşım bunların çoxunu edir-qab yumaq,paltar yumaq-maşında,evə yemək sifarişi,mənə aid işlərə kömək etmək və s.pffOnda deyəsən təkcə xəstələnəndə məni çox istəyir)))
21 may 2015 13:35
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
cinqosh
burda yazılanların əvəzində ən yaxşısı içdən gəldiyi kimi, duyğu dolu sözcüklərlə sevgini etiraf etməkdir məncə. 20 heart heart heart
21 may 2015 13:15
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Akkuw)
ewii ne sevgiyee sevgi qaldi ;Leyli Mecnunda+ heart
21 may 2015 13:08
# 5
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
BARBI
Menimcun bu yollara ehtiyac yoxdur seviremse ele duz uzune deyirem dolayi yollar menlik deyil.
21 may 2015 12:04
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
"Sevirəm" sözünü indi o qədər yerli yersiz istifadə edənlər var ki, bu sözü dildə deyildə əməldə göstərilsə daha yaxşıdı nəinki onu dilə gətirmək məncə belə daha düzgün olar )) çünki əməldə bunu görmək o sözü eşitməkdən qat - qat daha üstündü...
21 may 2015 12:02
# 3
_BELOSNEJKA_
MEN DUZU DESEM HEC VAXT UYOLDASİMA QAB YUMAG PALTAR YUMAG KİMİ YEMEK BİSİRMEK KİMİ İSLERİ HEC VAXT YOLDASİMA QOYMARAM MEN OZUM NE İS EDEREMKİ BES BUNLARİ MENİM ETMEM LAZİMDİ XOSLAMİRAM EV İSİ GOREN KİSİLERİ AMA YASİM AZ OLSADA EVLERİDE OZUM HELL EDİREM USAGİMADA OZUM YEMMEYİDEKİ ARADA MEN ARADA QAYNANAM EDİR USAGİMİ SAXLAMAGA DA KOMEK OLAN BİRİ VAR ODAKİ YENE QAYNANAM SAGOLSUN YOLDASİM İSE BASQA JESTLER EDEREK MENİ SEVDİYİNİ BİLDİRİR BİZ BİRBİRİMİZİ COOOX SEVİRİK MASALLAH
21 may 2015 11:31
# 2
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
Tomris Müslümova
biz hele evli deyilik deye elece sozde deyirik sevdiyimizi....maraqli olub ama qab qacaq yuyanda..butun evleri yigisdirim edim ama qab yumaga nifret edirem birce onu elemiyim
21 may 2015 10:37
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz