Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşınızı anlasanız, hər zaman xoşbəxt olursunuz
Həyat yoldaşınızı anlasanız, hər zaman xoşbəxt olursunuz
Göndərən: Nazlı_qız
Şərhlər: 11
Baxılıb: 805
Səs ver:
Həyat yoldaşınızın sizə qarşı münasibəti necədir? Sizinlə soyuq və aralı davranırmı? Uzun müddətdir ki, ünsiyyət quracaq, əlaqə yaradacaq istəyi belə görünmür, hə? Əgər belədirsə, bu, ciddi bir problemdir və aradan qaldırılması üçün də ciddi səylər lazımdır.  Aydın həqiqətdir və həyat göstərir ki, kişi və qadın arasında problemlərin əksəriyyəti ona görə yaranır ki, onlar müxtəlif adamlardır, hətta, obrazlı olaraq deyirlər ki, kişi Marsdan, qadıln Veneradandır, yəni onlar müxtəlif planetlərdəndir. Bu isə ona gətirib çıxarır ki, bəzən ailə qurana qədər hər dəqiqə qovuşmağa can atan, bütün əlaqə bağları ilə özlərini bir-birlərinə bağlamaq istəyən iki gənc evliliklərindən çox da keçməmiş hərə öz planetinə qayıtmaq istəyir: laqeydlik, süstlük, duyğusuzluq getdikcə adi hala çevrilir və məntiqi olaraq böyük ayrılığa aparır.  Belə məqamlarda çox həssas və anlayışlı olmaq lazımdır. Bir sevginin memarları zaman keçdikdən sonra öz əlləri ilə qurduqları sevgi sarayının gündə uçan hər kərpici üçün narahat olmalı, sevgilərinə içdikləri sədaqət andına sahib çıxmalıdırlar.
Sədaqətsizlik bir ailənin başına gələcək ən pis şeydir.
 
Amma bu davranışa kim yol açmasından asılı olmayaraq , hələ heç də sevginin yoxluğu, hər şeyin bitdiyi mənasına gəlməz. Hələ ümid var, əgər siz belə məqamda mühüm addım atsanız, tezliklə ərinizin sizə olan davranışlarında hökmən istilik hiss edəcəksiniz və bu, onunla əvvəlki romantik ünsiyyətinizi təkrar qurmağınıza vəsilə olacaq. Elə fikirləşməyin ki, sizin bu addımız alçalmaqdır, sınmaqdır, xeyr, bu, hər birinizin sevginiz üçün göstərdiyiniz fədakarlıqdır. Bir qadın kimi bunu təsəvvür edin və hərəkət edin. Bir məcraya gəlmək üçün yenidən addımlar atın, səbirlə, təmkinlə.Yolun yarısında əziyyətiniz heç olsa, usanmamalı, bunu sevginiz üçün, sevdiyiniz üçün etdiyiniz bir eşq addımı hesab edin və geri qayıdıb yolunuzu yenidən başlayın, olmadı bir də..bir də və çox keçməz istədikləriniz, inşallah, baş tutacaq. Həyat yoldaşınız özünü sizə həsr etməyə başlayacaq Sizə qayğı göstərməyə başlayacaq..anlayacaq sizi, həm siz necə varsınız anlayacaq. Ürəyinin kilidlərini açacaq və onunla qırılmaz bir duyğusal əlaqələrə baş vuracaqsınız. Eşq, ehtiras və romantika münasibətlərinizə yenidən qayıdacaq.
 
Ola bilsin ki, fikirlərimdə qəbul etməyəcəyiniz məqamlar var, lap ola da bilsin ki, heç cürə qəbul etməyəcəksiniz. Amma söylədiklərim uzun illərin saysız-hesabsız müşahidələri, müqayisələri əsasınd yaranıb.
Bir kişi üçün müsbət qadın çox cəlbedicidir. Nədir bu cəlbedicilik? Siz ərinizin düşündüyü kimi bir xanımsınız. Bəs əriniz nə fikirləşir? Əriniz fikirləşir ki, siz onu demədən, soruşmadan anlayasınız. O, sizi hər zaman səliqəli, təbəssümlü, sevgi dolu görmək istəyir. Bu, razrez geymək, çıxıb tökülən biçimdə geyinmək deyil, əsla. Bu, hər gün qadın salonuna gedib, qoxusu 10 metrlikdən hiss edilən ətir vurub çölə-bayıra çıxmaq deyil. O, sizin öz ətrinizi bütün ətirlərdən üstün tutur, nə olsun ki, demir. Ətriyyat vasitələrindən tibbi baxımdan, həm də profilaktik məqsədlə istifadə etmənizi də doğru qəbul edir.O, istər ki, siz hər zaman xoş və təbəssümlü qalasınız. Təbəssümünüz nəinki onun qəlb evində, hətta yaşadığın evin divarları arasında bərq vursun.
 
Hesab edin ki, əriniz avtobusda gedir, bizim nəqliyyat vasitələrindəki vəziyyəti də bilirsiniz: basabas olur həmişə. Sürücülər içəridə
tərpənmək mümkün olmadığı halda, hələ arxaya səslənirlər ki, bir az mehriban olun... Halbuki avtobusdakılar artıq qoxum da olublar: kiminin ayağı kiminin ayaqları arasında, kiminsə qarnı kiminsə belinə, böyrünə kiplənib, kiminsə burnu kiminsə saçında ilişib qalıb...Ətir dəydikcə də bir az da görünməz olur. Hamı belə olmasa da, olanlar da yox deyil və əriniz bunları gördükdə sizə soyuqluq, inam burdan başlayır. Əriniz sizi çox sevir. O, istəmir ki, aranızdakı izzət, hörmət pərdəsi aradan götürülməsin. Siz anlamalısınız ki, əriniz heç nəyi səbəbsiz etmir. Əriniz hamıdan çox sizi sevdi ki, məhz sizi seçdi. Əgər siz bunları dəyərləndirsəniz, o da belə anlayışlı qadınla ailə qurduğu üçün özünü lap bəxtəvər sanacaq, bir az da kişilənəcək..amma bunları da deməyəcək..Sadəcə, kişiləri oxumağa çalışın. Oxuya bilsəniz, yaxşı oxucu ola bilsəniz, oxuduqlarınız sizə ləzzət verəcək. Bu, 300 səhifəlik bir əsərin 300-cü səhifəsini oxuyub qatlamaq demək deyil. Bu, ilk səhifədən sonadək düşünə-düşünə, dərk edə-edə, qəbul edə-edə oxumaqdır.


Şərhlər: 11
Baxılıb: 805
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Cox gozel melumat oldu.Indiki evlilikde ilk basligda qalan problemlerden biride anlasilmamagdi.Qadinlarin bir coxlari yoldaslarina nese dedikde yaltaqli kimi qebul edib qururunu sindirdigini hiss edirler(Niye uzaqa gedimki biride men)))Bu qurur meni yedi bitirdi))Bu qurur ucbatindan bir cox sozler beynimde ,ureyimde antikvar esyaya dondu getdi)))Duzdu her sey arvaddan aslidi.Sirin dilin ve ilk novbede aglin olsa her zaman o aileni xosbext edecek sekilde qoruyub saxlaya bilersen yoxsa eksine hec bir ferasetin olmasa her zaman sonda qabiliyyetsiz sekilde kenarda oturacaqsan.
10 may 2015 00:41
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
WiRiN BaLaM
qarsiliqsiz anlam mumkun deyil
9 may 2015 17:30
# 10
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
ailede her iki terefde bir-birini anlamali basa dushmeli guzeshte getmeli hormet etmelidir
9 may 2015 16:12
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayan97
qadinnan cox sey asilidir, amma bezen kisilere bir yox bir nece qiza ehtiyac dogururlar…) Aile qurulmasi rahat uzudulmasi ise cetindi.

qadinnan cox sey asilidir, amma bezen kisilere bir yox bir nece qiza ehtiyac dogururlar…) Aile qurulmasi rahat uzudulmasi ise cetindi.
9 may 2015 15:50
# 8
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Ayselina
Təşəkkürlər baci. .ən aktual mövzunu dolğun şəkildə poetikləşdirib bizlərə təqdim etdiyinçün.
9 may 2015 15:36
# 7
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
lelos
her şey qadinnan asilidi
9 may 2015 14:35
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
BARBI
Ailede her sey qadinnan asilidir. Qadin her zaman heyat yoldasini anlamali hormet gostermelidir.
9 may 2015 11:44
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
ele baslica problemde budu anlamirlar bir birilerini anlamaq istemiller
9 may 2015 11:13
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
Cox duzgun qeyd olunub men hele subayam amma oz fikrim var heyat yoldawi seciminde
9 may 2015 10:56
# 3
SVETA
Fialka
Yazılanlarla razıyam hardasa qadından çox şey asılıdır, qadın bir çox təsirləri nəzərə alıb bilməlidir ki, birinci evin içi sonra çölüdür...
9 may 2015 10:45
# 2
GünƏşimƏ_AiD_
Lazim olacaqina eminem..hemde insan butun omur boyu birlikde olacaqi adami tanimlaidi..onu basha dushmekidi.....burda yazilanlari gelecekde yerine yetoreme.insaAllah.
9 may 2015 10:44
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz