Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boşanmalarla bağlı...
Boşanmalarla bağlı...
Göndərən: Qlamurr
Şərhlər: 11
Baxılıb: 537
Səs ver:
ABŞ-da aparılmış bir tədiqat göstərib ki, boşanmışlar, boşanmamışlardan daha çox infarkta məruz qalır.

15 min 827 insandan alınmış məlumatlardan bəlli olub ki, qadınlar bu məsələdə daha kövrəkdirlər.

"Circulation” elmi jurnalında dərc olunmuş elimi nəticələrə görə boşanma ilə əlaqəli olan xroniki stress bütün orqanizmə təsir edir.

Britaniya Ürək Fondu (The British Heart Foundation) isə bildirir ki, boşanmanın ürək üçün risk təşkil etməsinin təsdiqinə daha çox araşdırma tələb olunur.

Diabet qədər riskli

Biz artıq bilirik ki, sevdiyimiz yaxın adamın ölümü infarkt riskini artırır.

İndi isə Britaniyanın Duke Universitetindəki tədqiqatçılar komandası boşanmanın belə bir risk yaratdığını isbat etməyə çalışırlar.

Bu tədqiqatın aparıldığı 1992-2010-cu illər müddətində sözü gedən qrupda təxminən hər üç nəfərdən biri boşanıb.

Nəticələr göstərir ki, bir dəfə boşanmış qadınların infarkt riski 24 faiz artır.

Çoxsaylı boşanmalar bu rəqəmi 77 faizə çatdıra bilər.

Kişilərdə isə bu riskin dərəcəsi müvafiq olaraq 10 və 30 faizdir.

Tədqiqatçılardan biri olan professor Linda George deyir ki, boşanmadan doğan risk yüksək qan təzyiqi və ya şəkərli diabetin yaratdığı risk səviyyəsindədir.

Yenidən evlənmə məsələsində qadınlar üçün risk faizi cüzi azalmış olur, kişilərdə isə yüksəlir.

Boşanmanın ağrısı

Professor George deyir ki, bu, tədqiqatın ən maraqlı hissəsidir.

Onun sözlərinə görə, kişilər subaylıqdansa, evlilikdə daha rahatdırlar və müxtəlif qadınlarla yola gedə bilirlər.

Professor George BBC-ə müsahibəsində deyib ki, fizioloji narahatlıq immun sistemi üzərinə düşən daimi stress deməkdir. Belə stress iltihabı və hormonları artırır.

Professorun fikrincə, boşanma ilə əlaqədar depressiyanın cinsə görə fərqli olduğu aşkardır.

Qan təzyiqinin özünü də tənzimləyən həblər var, lakin boşanmanın ağrısını kəsən həb hələ icad edilməyib.

Tədqiqatçılar bu məsələdə ürək-dirək verən dostların dəstəyini çox müsbət faktor kimi dəyərləndirirlər.


Şərhlər: 11
Baxılıb: 537
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Allah uzaq elesin men bunu qebul ede bilmerem .eger xeyanet uzunden bosanasi olsaq(allah uzaq uzaq etsin)men olerem heqiqeten.ancaq ki soz sohbet anlasilmazliqdan bosanasi olsaq (allah uzaq uzaq elesin)buna eminemki biz yeniden birleserik cunki ayri qalmaga veya yeniden aile qurmaga dayana bilmerik.birdeki qohumun bosanmasi pis seydiki xeyirde serde uz uze gelinir adam ozunu pis hiss eder
30 aprel 2015 22:07
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Catwoman666
bosanmalarin sayi son iller coooooox artib. sebeler de coxx muxtelifdir. hetta en adi şeyə gorə bosananlar da var teessuf ki
30 aprel 2015 13:11
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nezka
Boşanmanın əsas səbəblərindən biri də sevməmiş evlənməkdi
30 aprel 2015 13:07
# 9
İçimi görsən mənə aptek alarsan.
lelos
indiki dövrde boşanmalar baş alib gedir
29 aprel 2015 15:28
# 8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
aliceWOnDer
Boşanbalar coxx artıb sebəbidə coxdu
29 aprel 2015 14:27
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
Allah hec bir aileyi bu imtahanla sinamasin
29 aprel 2015 13:10
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Bestoş
Allah heç kimə gorsedməsin ən pis bir şey boşanmaqdir
29 aprel 2015 11:07
# 5
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
guler19
bowanma sebebleri olduqca coxdu. uwaqin olmamaqi, xeyanet, aileye mudaxileler, qaynananin gelini yola vermemesi, xasiyyet uygunsuzlugu, bezi dozulmez qadagalar ve daha neler. Ailə qurmazdan əvvəl ciddi düşünmək lazımdir.İnşALLAH boşanmaların sayı azalar hamiya temeli mohkem aile qismət olsun amin
29 aprel 2015 10:56
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Həyatımızda baş verən hadisələr fiziki və mənəvi olaraq insandan təsirsiz ötüşmür, bu da strees və bir çox gərgin vəziyyətlərdən irəli gələn bir şeydir , Allah heç bir ailəyə bu cür sonluq göstərməsin amin.
29 aprel 2015 10:48
# 3
KRALİCEM
Bizde bosama get gede artiq bir cox sebebleri var..1 kisi icki icir zeher cekir araq icir 2 zorakiliq 3 telabati odemir 4 gezeyintudu bele seblerden qadinlarda bosanmaya uz tyturlar bosama sonunci cixis yoludu
29 aprel 2015 10:45
# 2
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Allah hec kesin ailesini dagitmasin
29 aprel 2015 10:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz