Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik və ailə qurmaq problemləri haqqında
Evlilik və ailə qurmaq problemləri haqqında
Şərhlər: 7
Baxılıb: 644
Səs ver:
Kişilər əksər qadınlara vaxt keçirmək üçün yaxınlaşırlar
Hər dəfə gəlinlik paltarlarının yanından keçəndə onu düşünür və nə vaxtsa sənə evlənmək təklifini edəcəyini arzulayırsan. Xeyli müddətdir ki, bir yerdə olmağınıza baxmayaraq, bu baş vermir. Məhz onunla bərabər bu sevinci yaşamaq qismət olmur. Bəzi hallarda isə sevdiyi insandan evlənmək təklifini almaq ümidini itirən qızlar münasibətə son qoyub başqa bir adamla ailə həyatı qururlar. Bəs bu niyə baş verir?
 
Qadınlar özləri günahkardırlar
27 yaşlı Ayxan Babaşov etiraf edir ki, günah qızların özündədir: "Müasir qızlar arasında gözəlləri çox olsa da, əxlaqına ciddi yanaşanlar tək-tük haldadır. Qızlar artıq məktəb vaxtlarından oğlanlarla görüşməyə başlayırlar. Aralarında müəyyən yaxın münasibət də olur. Açığı desəm, artıq 24 yaşından sonra qızlara heç yaxınlaşıb tanış olmağa da dəyməz... Bu, bir çox müasir xanımların bilmədiyi həqiqətdir. Qızlar üçün bu o qədər də əhəmiyyətli olmasa da, oğlanlar həyatında heç kimi olmayan və əxlaqlı xanımlarla evlənmək istəyirlər. Qızın oğlanı asanlıqla yaxınına buraxması isə ona qarşı şübhə ilə yanaşmağa əsas verir. Bu günə qədər subay qalmağımın da əsas səbəbi budur. Hansı qıza yaxınlaşırsansa...”
 
Kişilərin xoşbəxt olmağa cəsarətləri çatmır
Beş il görüşdükdən sonra münasibətlərinin ayrılıqla nəticələndiyini deyən 25 yaşlı Röya Babayeva həyatının ən ağır zərbəsini aldığını bildirir: "Bu qədər heç kimə inanmamışdım. Bundan sonra necə yaşayacağımı bilmirəm. O, dəfələrlə evlənəcəyini vəd etsə də, mənimlə deyil, başqası ilə evləndi. Özü də ki, bunu mənlə ayrılandan 4-5 ay sonra etdi. Mənsə onu ümidlə gözləyirdim. İndiyə qədər bunun baş verdiyinə inana bilmirəm”.
 
Onun dediyinə görə, bir-birlərini sevirdilər və xoşbəxt idilər: "Tez-tez görüşürdük. O mənə qarşı çox diqqətli idi. Hətta rəfiqələrim, tanışlarım bizə paxıllıq edirdilər. Onun məni sevməsinə indi də əminəm. Sadəcə o, ailəsinin dediyi sözə əməl etdi. Mənə görə onlara qarşı çıxmağa cəsarəti çatmadı. O heç vaxt xoşbəxt ola bilməyəcək. Heç vaxt. Elə mən də...”
 
Hansı qadınlarla evlənirlər?
Psixiatr Orxan Fərəcli dedi ki, Azərbaycan reallığını və şərq təfəkkürünü nəzərə alsaq, kişilər onlara sadiq olan, hər sözlərinə qulaq asan xanımları seçirlər: "Kişilər, demək olar ki, əksər qadınlara vaxt keçirmək üçün yaxınlaşırlar. Xüsusən də bu, təsadüfi tanışlıqdırsa, münasibət sonra ya ciddiləşir, ya da elə vaxt keçirmək kimi qalır. Kişinin evlənməyi qərara alması isə daha çox ətrafının təkidi ilə baş verir. Kişilər nadir hallarda məcbur olduqları üçün evlənirlər”.
 
Ailə quracağı xanımın yaşına gəlincə, kişilər daha çox yaşca özlərindən balaca xanımlarla evlənməyə üstünlük verirlər. Lakin bəzi kişilər yaşca özlərindən böyük xanımları da seçə bilərlər. Onları yaş fərqindənsə, daha çox xasiyyət fərqi qorxudur. Çünki kişinin yaşca kiçik olduğu ailələrdə belə, həmişə üstünlük kişidədir.
 
Kişilərin zövqləri fərqlidir. Bu baxımdan da evlənmək təklifinə nail olmaq üçün standart davranış qaydası yoxdur. Belə ki, bəzi kişiləri qadınların çılğın davranışı evliliyə təhrik etsə də, bəziləri üçün qadının xanım-xatın davranması xoş ola bilər. Əslində kişilər sevdikləri qadınla evlənmək istəyirlər. Amma onlar düşünürlər ki, ailədə təkcə sevgi amili kifayət deyil, qarşılıqlı anlaşma və hörmət də vacibdir.
 
O.Fərəclinin sözlərinə görə, xanımların kişinin ailə üzvləri ilə onun iştirakı və istəyi olmadan ünsiyyətə girməsi heç də yaxşı qarşılanmır: "Qadınların tez-tez etdiyi səhvlərdən biri də kişilərlə mübahisə etməkdir. Şərq kişisinin psixologiyasında daimi hökmranlıq, üstünlük hissi hakim olduğu üçün bunu bu və ya digər formada kişiyə hiss etdirmək lazımdır. Sözünüzü, iradınızı nümayişkar şəkildə bildirməyin. Ən əsası - nəzərə alın ki, Azərbaycan reallığında qadının sadiq olması ən başlıca şərtdir”.
 
Ərə getmək istəyənlərin nəzərinə
 
Kişi və qadın münasibətləri üzrə psixoloq Ayna Tağıyeva məsləhət görür ki, bəzi şeyləri qadın nəzərə alsa, evlənmək təklifinə nail ola bilər:
 
Əmin olmaq. Təsəvvür et ki, o, sənlə evlənmək istəyəcək. Bu sənə lazımdır? Ona görə dəyişməyə hazırsan? Nəyin bahasına olursa-olsun ona ərə germək istəyirsən? Əgər tərəddüd etmirsənsə, mübarizə apar.
 
Öyrənmək. Bir qeyd dəftəri tut. Amma elə et ki, əlinə keçməsin. Onun xasiyyəti necədir, o nəyi xoşlayır, nəyi xoşlamır? Onun haqqında öyrəndiyin hər bir şeyi yaz. Ola bilsin ki, bir müddətdən sonra ona aid bəzi xırdalıqları unudasan. Qeyd dəftərinə isə istədiyin an baxıb yazdıqlarından faydalana bilərsən. Qeydlər sənə onun psixoloji portretini canlandırmağa, zövqünü öyrənməyə, daha yaxşı tanımağa kömək edəcək. Ən azı ad gününə hədiyyə alarkən hansı rəngləri xoşladığını biləcəksən.
 
Suallar verməyə çəkinmə. Elə et ki, özü haqqında çox danışsın. O, özü haqqında çox danışdıqca onu tanıyacaqsan. Tanısan isə toruna asanlıqla salacaqsan. Ən əsası - isə insan özü haqqında danışanda özünü rahat hiss edir. Yaranan bu rahatlığı isə o, səninlə bağlayacaq. Fikir ver ki, əksər hallarda insan kimisə dinləməkdənsə, özü danışmaq istəyir. Ola bilsin ki, seçdiyin insan qapalıdır. Nə qədər çalışsan da, danışdıra bilmirsən. Düşünmə ki, bacarmadın, səbir göstər. Bir gün onun da ürəyinin buzu əriyəcək və sənə nəsə şəxsi bir şey danışacaq.
 
Xırdalıqları gözdən qaçırma! İnsanlar heç də həmişə düşündüyünü demirlər. Ola bilsin ki, suallarına yalandan cavab versin, ya da ki, xasiyyətinin müəyyən tərəfləri barədə sussun. Onun davranışındakı, geyimindəki xırdalıqlar isə onu büruzə verəcək. Məsələn, saçlarının çox səliqəli düzümü, qaşlarının düz daranması, geyiminin qırışsız olması, üstəlik də hər zaman bu tərzdə görünməsi onun tələbkar və əsəbi olmasını göstərəcək. Belə ər heç bir bəhanə ilə köynəklərini ütüləməməyinizi bağışlamayacaq. Evdə ideal təmizliyi, sizin isə tam itaətkar olmanızı tələb edəcək. Əgər gələcək ər kimi onu görürsünüzsə, uyğunlaşmağa çalışın.
 
Dostu ol. Qoy problemləri barədə səninlə bölüşsün. Dedikləri və etdiklərini müsbət qarşılamasan belə, tənqid etmə. Sadəcə dinləməyi bacar. Ona dəstək olduğunu, onu anladığını, onun kimi düşündüyünü göstər. Belə etsən, o, sizin eyni olduğunuzu və sənin sanki onun üçün yarandığını düşünəcək. Onu anladığın üçün növbəti dəfə yenə də səninlə bölüşmək üçün səni axtaracaq.
 
Asılı ol. Zəif olduğunu, ona ehtiyac duyduğunu göstər. Kişilər özlərini güclü hiss etməyi sevirlər. Odur ki, zəif və köməksiz görünməyə qorxma. Qoy səni müdafiə etmək və qorumaq istəsin.
 
Pozitiv düşün. Şikayətlənmə, dərd çəkdiyini bildirmə. Qadının şikayət etməsi kişini əsəbləşdirir. Düzdür, qadının göz yaşları kişiyə çox təsir edir. Amma bu tez-tez təkrarlanırsa, bezdirir.
 
Xoşbəxt həyat vəd et. Şən, gümrah və onun hər anını bayrama çevirə bilən qadın kimi davran. Normal insan heç vaxt bədbəxt olmaq istəmir. Bu səbəbdən də şən görünməyiniz onu cəlb edəcək. Qoy sizin yanınızda problemlərini unutsun. Sizinlə həyatın necə də xoşbəxt ola biləcəyini düşünsün.
 
Hörmət et. Onun ailə üzvlərinə, yaxınlarına hörmətlə yanaş. Ailə üzvləri ilə tanış olmasanız belə, söhbət zamanı onlar haqqında müsbət şeylər danış. Onun yaxınlarına hörmət edəcəyini, rəğbət bəsləyəcəyini hiss etdir.
 
Keçmişini öyrən. Əgər əvvəllər bəyəndiyi və ya nişanlı olduğu adam var idisə, ondan nə üçün ayrıldığını soruş. Çalış, həmin səhvləri təkrarlama.
 
Dəstək ol. Nədən ehtiyat etdiyini soruş. Ola bilsin ki, bu, maddiyyatla bağlı olsun. Misal üçün, evi və ya yaxşı qazancı olmadığı üçün evlənməyə qorxur. Onda sizin üçün belə şeylərin əhəmiyyətsiz olduğunu de. Əgər hansısa psixoloji qorxuları varsa, qorxuların əsassız olduğuna və hər şeyin yaxşı olacağına əmin et.
 
Vaxtında itməyi bacar. Hər şeyi etdiyinə baxmayaraq, o, hələ də səninlə evlənmək istəmirsə, vaxtında itməyi bacar. Bu, son çarəndir. İtirsə, bəlkə, qədrini bilər.


Şərhlər: 7
Baxılıb: 644
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yarpaq33
Indiki qizlarin coxu demey olar ki coxuyla goruwur daniwir cox oglanlarin da bele weyden xowu gelmir indiki zemanede cox cetindi ismetli heyali qiz tapmaq
2 may 2015 23:37
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
Ayxan Babasovun dediyindede bir nov heqiet vardir,indi kime hansi qiza yaxinlashirsan sevgilisi var hele mekteb vaxtinda isdemeyide bacarib saqolsunlar,bezi oqlanlard vardirki Roya Babayevani kimi yari yolda qoyub namussuzca hereketleriyle liderlik edirler,qizlar inandiqlarindan oqlanlarla gorushr oqlanlarda firlanmaqcin zemane budur yox insanlar bu xisletdedirler,ona gorede ne sevki sonradan ezab cekib namussuz damqasi alasan

Ayxan Babasovun dediyindede bir nov heqiet vardir,indi kime hansi qiza yaxinlashirsan sevgilisi var hele mekteb vaxtinda isdemeyide bacarib saqolsunlar,bezi oqlanlard vardirki Roya Babayevani kimi yari yolda qoyub namussuzca hereketleriyle liderlik edirler,qizlar inandiqlarindan oqlanlarla gorushr oqlanlarda firlanmaqcin zemane budur yox insanlar bu xisletdedirler,ona gorede ne sevki sonradan ezab cekib namussuz damqasi alasan
30 aprel 2015 15:44
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
indiki gencler esasda oglanar evlilikden qacir sebebi mesuliyyetden qcirlar
30 aprel 2015 15:40
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Lucia
Bunları edirəm,yoldaşımın xətrinə,həm də artıqlaması ilə.... r51
30 aprel 2015 14:54
# 4
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Fialka
Məqalə maraqlıdı nəyə görə çünki indiki dövrdə cəmiyyətdə gənc qızların oğlanlarla görüşməsi , oğlanlarında vaxt keçirməklə qızlara yanaşması çoxdu. Ancaq nəzərə alsaq ki, hansı ölkədə və ənənələrdə yaşayırıq bu heçdə cəmiyyət tərəfindən bir mənalı qəbul olunmur. Qızlar iki xoş söz eşidən kimi vaxtını keçirmək istəyən oğlanların toruna düşür bəzi qızlar isə elə oğlan kimi vaxt öldürür yəni belələridə var. Sonra isə oturub sevgi acısı adı altında göz yaşı tökürlər ancaq nəzərə almaq lazımdır ki, azda olsa ailə tərbiyyəsi görmüş əxlaqlı qızlarda var hansı ki, xoş söz eşitsələr belə o sözü deyənin üzünə belə baxmırlar. Qaldı ki, sonda psixoloqun verdiyi məsləhət bunlar görüşən oğlan və qızlara aiddi , ailə isə təkcə sevgidən qurulmur bunu isə çoxları hələdə dərk etməyib...
30 aprel 2015 14:27
# 3
Nezka
Evliklil məsuliyyət daşıyan işdi buna görə də çox adam qorxur
30 aprel 2015 11:51
# 2
İçimi görsən mənə aptek alarsan.
BARBI
Evlilik en boyuk qorxumdu mesuliyetden ve yuklerden boyun qaciriram
30 aprel 2015 10:49
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz