Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səni sevirəm...
Səni sevirəm...
Göndərən: Nazlı_qız
Şərhlər: 16
Baxılıb: 857
Səs ver:
Yeni ailə quranlar arasında aparılan araşdırmalara görә, son illәrdә ailəlәrin dağılmasının əsas səbəbi gәnclәrin bir-birinә güzәştә getmәmәlәridir.Nәnәlәrimizin, analarımızın fәdakarlıq göstәrәrәk, hörmәtlә 60 il qoruyub yaşatdıqları müqəddəs hesab olunan ailəni biz gənc nәsil qoruya bilirikmi? Bəs onlar ailəsini romantika hesabına qoruyublarmı? Ailənin qorunmasında romantikanın rolu varmı? İki il 6 ay 25 gün ... "Eşqin ömrü 3 ildir" kitabının müəllifi Frederic Beigbederin iddiası bir daha təsdiqlənmiş oldu. Araşdırmaların nәticәsindә müәyyәn olub ki, cütlüklәr arasında romantika ailә qurduqdan sonra 2 il 6 ay çәkir. Cütlüklər bunun sәbәbini diqqətsizlik, eqoizm, həyatdakı çətinliklər, ailə məişət problemlәri ilə əlaqələndirir. Onların fikrinə görə evliliyin ilk günlәrindәn, birinci ilindәn sonra kişilәrin sevdiyinә qarşı münasibәti dәyişir. Qadın isә hәyat yoldaşına gözәl görünmәk üçün sәrf elәdiyi vaxtı, ev işlәrinә, uşağa, boş qalan vaxtını isә ya qayınanasının, ya da ona qarşı yaxşı rәftar etmәyәn yoldaşının qohumlarının dedi- qodusunu etmәyә sәrf edәr. Belәliklә, ailə münasibətlərində ilk günlәrdәki kimi saf, tәmiz romantikadan әsәr-әlamәt qalmaz.  İngiltәrәdә beş min cütlük arasında aparılan araşdırmalara görә, cütlüklər evdә televiziya kanallarını dəyişməkdən tutmuş bir çox sahәdә qadınla kişinin bərabər hüquqa malik olduqlarını söylәyiblәr. 80%-dən çox kişi televizorun pultu mәndә olmalı, bir o qәdәr dә qadın mәndә olmalıdır deyә iddia ediblәr. Belә bir fikrin lazımsız olduğunu, güzәştә getmәlidir, deyәnlәr isә barmaqla sayılar. Sorğunun nəticəsinə görә, kişilәrin 70%- inin paltarlarını dәyişdikdәn sonra paltarlarının hәrәsini bir yerdә qoyması, corablarını ortalığa atması vә s. hәrәkәtlәri hәr qadın tərəfindən adi hal kimi qarşılanmır vә bu da böyük söz-söhbәtә sәbәb olur.
Araşdırmaların nəticələrinə görə, kişilәrin gileyi isə qadınların gözәl gecәliklәrinin yerini bir ildәn sonra "Mickey Mouse"li pijamaların tutmasıdır.
 
 Ailə münasibətlərində ilk günkü həyəcanı, romantikanı yaşatmaq üçün cütlüklər bir-birinә güzәştә getmәyi bacarmalı, hәr günü söz- söhbət yaratmadan gözәl keçirmәyə çalışmalıdırlar. Xanımlar, gözәl şam yemәyi hazırlayıb, şam işığında sevgilinizi qarşılayın, onunla xoş söhbətlər edin.
 
Kişilər, siz isə sevdiyinizә bir gül almaq üçün bayram və ya xüsusi günlәri gözləməyin, xanımınızın heç gözlәmәdiyi bir gündә ona kiçik bir hədiyyə bağışlayın. Bu hədiyyə gül, ətir və s. olmaya da bilər, inanın, ürəkdən söylənilən iki kəlmə həmin anda dünyaya əvəz hədiyyə olacaqdır: "Səni sevirəm..."


Şərhlər: 16
Baxılıb: 857
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
hec de her ailede bele deyil duzdu ilk gun ki olan aileler azdi. o birirler coxdu. onun sebebi burda da yazildigi kimi qadinin vaxtini ev islerine ve usaga serf etmesidir.qadin ne qeder vaxti olmasada yeqinn ki gece usaqlari yatizdirandan sonra bir dus alib ozune ceki duzen vere biler sonrada erinin istediyi kimi ola biler mence burda hec bir orablem yoxdu her sey qadinin ozunnen asilidi qadinin istediyi vaxt istediyini ede bilmeyeceyi birsey yoxdu. olmazmiki usaq 2 ilden sora olsun evliler biraz olerine duzen qursunlar sonra usaq. onlari kimdi mecbur eden,
17 aprel 2015 13:26
# 16
Luna-90
Indi hec kimin sozu bir birinin bogazindan kecmir ona gore bosanirlar.
16 aprel 2015 20:48
# 15
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Baharim ol
Bosanmalar dehset coxalib.kisi qadinin qolundan tutanda deyir bosaniram.bilmirem men nece olacam.ama anlasmma olmuyan yerde her sey menasizdi.bir birini basa dusmelidirler.esasda sevmelidirler.
15 aprel 2015 21:41
# 14
Ama yenede
aliceWOnDer
sevgi bosdu eee hormet esas hormet gerisi bosdu
15 aprel 2015 16:42
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Catwoman666
menim hec evlenmek fikrim yoxdu yeni indi tebii ki yoxdu. amma men gelecekden danisiram. boyuyendeyeni vaxti catanda da evlenmeyi dusunmurr
15 aprel 2015 15:28
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Meleknur
sevib evlene de her weye dozub sebr edirsen ki men sevib getmiwem amma gorucu usulu ile gedende ananda atanda gunahi gorursen ki onlar verdiler soz sohbet olur onda da
15 aprel 2015 14:58
# 11
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nezka
Boşanmaların əsas səbəblərindən biri də seevmədən evlənməkdi
15 aprel 2015 14:38
# 10
İçimi görsən mənə aptek alarsan.
vipbetul
evlilikdede qadin isi munasibetindede esas hormetdi sayqidi sevgidi,o birisiler kecib gedir zamanlar hormetse sevgini qoruyur,hormet olunmayan ailede aileden sohbet gede bilmez
15 aprel 2015 14:33
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Turkan Abbasova
Ola biler. Ele seyler bas verir ki hec vaxt olmaz dediklerin olur. Ne bilim Allahin isidi.
15 aprel 2015 14:04
# 8
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
ayshen
Istenilen her hansi bir munasibetde qarshiliqli anlashma yoxdursa eger , demek ki, problem var Artiq.. Ona gore de munasibetlerde qarshiliqli anlashma, bir-birini basha dushmek bashlica amildir.. Xususile de aile munasibetlerinde... Ailenin qorunmasinda her iki teref , hem qadin hem Kishi eyni derecede mesuliyyet dashiyir, tebii ki.. AMA yene de men dushunurem ki, ailenin qorunmasinda qadinin rolu daha boyukdur.. Qadin istese, cox shey ede biler.. Sevgisini de ilk gunki kimi saxlaya biler, ailesini de qoruya biler.. Daha o kitabdaki kimi " Mehebbet 3 il yashayir" demez..)
Oxumusham bu kitabi.. Duzdu kitabin adi " Mehebbet 3 il yashayir " adlandirilib amma sonda muellif ozu de onu qeyd etmek isteyib ki, dogru insani secdikden sonra mehebbet sonsuzdur, daimidir.. Yeni esas dogru insani tapmaqdir.. O mehebbeti , qurdugun o aileni qorumaq tereflerden, xususile de qadindan asilidir..... Yeri Gelende romantiklik de lazimdi, bir birine xosh soz demek de..
Kishilere geldikde ise onu deye bilerem ki, qadinlar eslinde ele de coooox shey istemirler. Istedikleri. Sadece diqqetdi..
15 aprel 2015 13:50
# 7

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
Tomris Müslümova
bu kitabin adi <MEHEBBET UC IL YASAYI> muellif ise frederik beqbederdir.oxumusam bu kitabi..qiymeti 4man
15 aprel 2015 13:47
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ayan97
Esqin omru 3 ildi mence yalnisdi ele sevgi var 3 ay elesi var 33 il davam.edir,. Eyer araya pul, kin girmese yaxsi olar. Sevginin omru uzun olarr
15 aprel 2015 13:42
# 5
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
qanadli melek
Esqin omru uc ildi,2il 6ay cekir bunlar yalniwdi.gunden gune coxalan mohkemlenen sevgiler var
15 aprel 2015 13:09
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Ümumiyyətlə münasibətlərdə romantikaya yox reallığa üstünlük verirəm. Yəni necədirsə elə olmalıdır insan və bir - birini anlamalı, güzəştə getməyi bacarmalıdır və hər bir xırda şeyləri mübahisəyə çevirmək lazım deyil.
15 aprel 2015 11:41
# 3
Lucia
Kişilər, siz isə sevdiyinizә bir gül almaq üçün bayram və ya xüsusi günlәri gözləməyin, xanımınızın heç gözlәmәdiyi bir gündә ona kiçik bir hədiyyə bağışlayın.
15 aprel 2015 11:15
# 2
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
BARBI
esqin omuru uc ildi bunu neye esaslanib deyirler anlamiram . Ele insanlar var omru boyu bir sexsi sevir
15 aprel 2015 10:55
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz