Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə səadəti üçün 39 məsləhət
Ailə səadəti üçün 39 məsləhət
Göndərən: Sabrina
Şərhlər: 13
Baxılıb: 1227
Səs ver:
1. Hər bir xırdalıq və ya incəlikləri araşdırmaqdan çəkin.

2. Hər zaman münaqişələri dar çərçivədə saxlamağa cəhd et. Onu genişlənməyə qoyma. Əlindən itmədən öncə problemə sən hakim ol.

3. Yersiz qeyrət, şək-şübhə düşmənlərdir. Sən veqe olan şeylərə diqqət yetir, zənn və ehtimallara diqqət yetirmə.

4. Ailə həyatının müqəddəsliyini, onun böyük əhdi-peyman olduğunu başa düşməlisən. Bir iş görmədən öncə min dəfə fikirləş. Çünki, sonrakı peşmançılıq fayda verən deyildir.

5. Sevgi, nə qədər də mühüm və zəruri olsa belə, sadəcə sevgiyə güvənmə.

6. Həyat yoldaşına özünü bir örnək kimi göstər. Şəxsiyyətindən xəbər verən felləri tərk et.

7. Qohum-qonşunun sizin işlərinizə qarışmalarına imkan vermə. Bacardıqca aranızda olan problemləri özünüz həll etməyə çalışın.

8. Yoldaşından gördüyün xətaları düzəltmək üçün tələsmə. Bəzi xarakterlər vardır ki, onlar uzun müddətdən sonra düzəlirlər. Buna görə də, kiçik bir məsələni şişirtmə.

9. Evlilikdən sonrakı məsuliyyətləri və çətinlikləri rahat qəlblə qəbul etmək lazımdır.

10. Yoldaşını pərt edəcək və aranızda ixtilafa səbəb ola biləcək şeylərdən bacardığın qədər çəkin.

11. Yoldaşınla müştərək işləri görməyə çalış. Bu sizin xatirənizdə xoş bir an kimi qalar və aranızdakı məhəbbəti daha da artırar.

12. Yoldaşına öz məharətini göstərməsi, nəfsində olanları həyata keçirməsi üçün fürsət ver və onun etdiklərini məsxərəyə qoyma.

13. Maddi hüquqlara ehtiram etmək, bu işdə səhlənkarlığa yol verməmək lazımdır. Çünki bu, ailədə olan problemlərin ən böyük səbəblərindəndir.

14. Yoldaşını kədərlərində özünə şərik etmə. Çalış ki, yalnız özün bunları həll edəsən. Amma sevinc anlarında onu özünə şərik etməyi unutma.

15. Ey qadın! Öyüd-nəsihət libasına girmiş rəfiqələrinin, sənin xüsusi həyatına tədəxxül etmələrindən çəkin.

16. Ey qadın! Yoldaşına, sənin əlaqə qurmaq istədiyin ən yüksək şəxsiyyət olduğunu, onunla və onun şəxsiyyəti ilə fəxr etdiyini ona bildir.

17. Aranızda ixtilaf baş verdikdə, yoldaşının yaxşılıqlarını xatırla. Etdiyi pisliklər sənin ağlını bürüyərək, onun etdiyi yaxşılıqları ört-basdır etməsin.

18. Həyat yoldaşının üstünlüklərini bilmək və problemləri uğurla həll etmək üçün öz nəfsindən bu sualları soruş:
Biri-birinizdə xoşladığınız xarakterlər hansılardır?
Sizinlə rastlaşan ən səadətli işləri fikirləş!
Həqiqi olaraq xoşunuza gələn müştərək iş hansıdır?
Sizlərdən biriniz o birisinə xidmət üçün nə edir?
Həyat yoldaşından səni sevməsini və ehtiram etməsini bilmək üçün nə gözləyirsən?
Gələcək üçün müştərək xəyallarınız hansılardır?

19. Ey zövcə! Aranızda ixtilaf baş verdiyi zaman öz yoldaşını itirmək istəmirsənsə, nəlayiq sözlər söyləməkdən çəkin!

20. Hədiyyə edin və sevilin!!! Şüarı sizin xoş və gözəl günlərinizdə həyatınızın bir rəmzi olsun.

21. Zəkalı zövcə, özünün və uşaqlarının təlabatları üçün münasib vaxt seçir. Həmçinin yoldaşının hərəkətlərinə edəcəyi mülahizələr üçün də münasib vaxt
seçə bilməlidir. Çünki, bəzi hallarda sizin ixtiyar etdiyiniz vaxt münasib olmur... bunun üçün də bir daha yaxşı fikirləşin.

22. Mənim hesabıma, mən olmasaydım və.s bu kimi sözlər şeytanın sözləridir. O, bu sözlərlə ixtilaf zamanı hər ikinizin qəlbinə kin-küdurət salaraq, sizi biri-
birinizi başa düşməkdən çəkindirir. Bunlar, ərlə arvadın münasibətlərində nə dərəcədə doğrudur?!!!

23. Ərinin və ya arvadının mövcudluğunu unutma. Müşavirə etmək ailə həyatında mühüm yer tutur. Hər ikinizin bu həyatda müştərək olması və birinizin digərinə ehtiram etməsi vacibdir.

24. Ailədə problem baş verdikdə evdən qaçmaqdan çəkinin. Qaçmaq, problemi həll etməyin yolu deyil. Bir az sakitləşərək yenidən problemi həll edin!

25. Sənə aid olmayan suallarla və ya sənə söyləmək istəmədiyi sirləri öyrənmək üçün ərini sıxışdırma! Əgər belə etsən, bu zaman ərin evi tərk edər və dinlənmək üçün başqa bir yerə gedər.

26. Özün üçün tənhalıq seçərək ərindən uzaqlaşma, bacardığın qədər ərinlə birlikdə ol!

27. Əgər işgüzar qadın olsan bu zaman fikirləş ki, sənin ilk məsuliyyətin evindədir. Elə buna görə də, iş yerinin məşğələlərini və evinin vaciblərini yerinə yetirməyə çalış!

28. Ərinin qohumları evinə gəldiyi zaman üz-gözünü turşutma. Əksinə, xoş üzlü, qonaqpərvər olmağa çalış! Bil ki, bu zaman ərin sənin xarakterlərini aşkar edir və bunları hiss edir.

29. Iltilərinlə xoş rəftar et və onları ailənin adətinə uyğun olaraq ən gözəl adları ilə çağır! Onlarla ixtilaf etməyə cəhd etmə! Onun qarşısında uşaqları haqda xoş sözlər söylə!

30. Hənif dinimizin bizlərə verdiyi vəsiyyətə uyğun olaraq qonşularla xoş davran, onlara yaxşılıq et, xoş və dar gündə onlara qatıl. Bunu bizə Peyğəmbər ona Allahın salavatı və salamı olsun əmr etmişdir.

31. Hər zaman fikri ixtilaf etmək çox zamanlar qəlblərin ixtilafına gətirib çıxarır. Qane olmasan belə, bəzən həyat yoldaşınla razılaş. Bil ki itaət Allaha qeyri asilikdədir.

32. Ərinin evdə istədiyi sakitliyi, uşaqları zehinişlədici oyunlarla məşqul etməklə əldə edə bilərsən.

33. Övladların böyük nemətdir. Onları, pis tərbiyə və saymamazlıq nəticəsində öz başına bəla etmə!

34. Uşağın böyümə prossesi haqda oxu ki, onunla edəcəyin rəftar gözəl olsun və onun nəfsinə, şəxsiyyətinə mənfi təsir edəcək şeylərdən çəkinəsən.

35. Həyat yoldaşına Allaha itaət etməkdə köməkçi ol! Dünyanı istədiyin kimi Axirəti də istə!

36. Israfçılıq ailə həyatını ifsad edən, Allahın nemətlərini itirəndir. Allah israf edənləri sevməz. Hər zaman israfçılıqdan uzaq olsanız heç vaxt ehtiyaclı olmazsınız.

37. Sənin ailə səadətin sizin həyatınızın problemsiz olması deyildir. Əksinə, bu sizin problemləri həll etməyə qadir olmanız, bu problemlərin sizin həyatınıza təsir etməməsinə çalışmanızdır.

38. Uşaqların önündə həyat yoldaşınla ixtilaf etməkdən və ya səsini qaldırmaqdan çəkin. Çünki övladlarınız, hər şeydən öncə sizi örnək götürərək və ya sizə təqlid edərək öyrənirlər. Həmçinin bu problemlər uşağın yadına gələcək və ona təsir edəcəkdir.

39. Heç kəsə sənin həyatına tədəxxül etməyə izn vermə və sən özün də buna səbəb olma! Buna görə də, heç bir dostuna və ya qohumuna öz ailə sirlərini açma!


Şərhlər: 13
Baxılıb: 1227
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
39. Heç kəsə sənin həyatına tədəxxül etməyə izn vermə və sən özün də buna səbəb olma! Buna görə də, heç bir dostuna və ya qohumuna öz ailə sirlərini açma!
7 aprel 2015 14:45
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Antikvar
Gozel ve faydali meslehetlerdi.Oz bildiyim terzde ne cox sixici nede tam serbestlik seraitini yaratmiram.Her seyi yerli yerinde zamaninda etmeye calisiram.
7 aprel 2015 01:15
# 12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Luna-90
Ozum bildiyim kimi hereket edirem.
7 aprel 2015 00:56
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Faydalı məsləhətlərdi,hər bir qadın bu məsləhətlərdən yararlanarsa ,xoşbəxt ailəyə sahib olar.Hər ailədə anlaşılmazlıqlar baş verir,sadəcə təmkinli,səbirli davranmaqla çözüm tapa bilər.
7 aprel 2015 00:39
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
meni_gozle
Bir aileni qoruyub saxlamaq cox cetindir sebirli dozumlu olmaq lazimdir
6 aprel 2015 16:04
# 9
vipbetul
axirda yazilan cumledeki oz aile sirrini hec kiome acma mengede aile icinde olanar ailenin sirri aile icindede qalmamlidir
6 aprel 2015 14:44
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Turkan Abbasova
Cox sagolun. Sukur coxu na emel edirik
6 aprel 2015 13:54
# 7
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
aliceWOnDer
Hələ ki etiyac yoxdu gələcəkdə baxarıq
6 aprel 2015 13:52
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ruzgargulum
Hər biri gözəl məsləhlərdir.İnsan gərək sevgisini səadətini ailəsində axtara başqa yerdə olmur sevgi.Hər bir ailədə xırda problemlər lap böyük olsada ailə üçün göz yummalı yola vermək lazımdır.Bax bu xırda problemləri yola verən zaman ailədə sevgi artır hər kəs deyir nə problemlər olur ailəsi üçün yola verir məndə hər zaman eləyəm ailəm üçün yola verirəm hər şeyi nə desələr mənim üçün qəbuldu.Həmişə ailədə mehribançılıq xoş gülərüz olmaq lazımdır evdkilərdə sənin sevgindən enerjindən alırlae bax o zaman tam ailə tablosu sevgi yaranır mın danışsam dəyanmayaam bu qədər məndən.Təşəkkürlər maraqlı xəbər üçün..
6 aprel 2015 13:32
# 5
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
guler19
Hər biri çox gözəl məsləhətlərdir. İnsan səadətini başqa yerdə yox, öz evində axtarmalıdır. bir-birinə sevgilərini hiss etdirməlidir. Həyat yoldaşının yol verdiyi xırda-para qüsurlara göz yunmalı xırda mübahisələri böyütməməliyik. Çətinliklərə təslim olmayıb. Həyata ümidlə baxıb. Üzümüz də həmişə sevinc olmalıdı.Ailə həyatımızı sevgi və yoldaşlıq üzərində qurduqda əbədi səadətə nail olarıq
6 aprel 2015 11:26
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Hər biri çox gözəl məsləhətlərdi, ailədə tərəflər bir - birini anlayıb güzəştə getməyi bacarmalıdır və hər kiçik bir şeyləri böyüdüb mübahisə yaradılmamalıdır..
6 aprel 2015 11:05
# 3
Melissa
hmm oxudum faydali meslehetlerdi
6 aprel 2015 10:46
# 2
BARBI
Her biri faydali meslehetlerdi hamisini emel etmek lazimdir . Bir ailede esas sevgi hormet ve xosbextlik olsun valideynler bir biriyle gozel terzde danismalidir danisarken ses tonuna diqqet yetirmelidir bir birinin derdine serik olmalidir .
6 aprel 2015 10:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz