Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevdiyin insanı necə geri qaytarmaq olar?
Sevdiyin insanı necə geri qaytarmaq olar?
Göndərən: Nazlı_qız
Şərhlər: 20
Baxılıb: 1398
Səs ver:
Onsuz sanki daha yaşamırsan. Ətrafda hər şey dəyişir, tanışların normal həyatlarına davam edirlər. Amma sən onunla ayrılan andan yapışıb qalmısan. Ürəyin ancaq bir şeyi istəyir - onu geri qaytarmaq. Əzizlərin, işin, sevdiyin məşğuliyyətlər, hər nə var idisə, sanki, mənasızlaşır, içində yaranan sonsuz boşluqda batırlar.

Özünü dəyiş, dünya dəyişsin
Psixoloq Ceyran Həsənlinin dediyi sözlərə görə, insanlar müxtəlif problemlər üzündən ayrılırlar: "İnsan özündə bəzi problemləri həll etsə, bəzi komplekslərini aşsa, sevdiyi insanı geri qaytara bilər. Ümumiyyətlə, insan özünü dəyişsə, çox şey əldə edə bilər. Özünü dəyiş, dünya dəyişsin. Hər bir insanın səhvi ola bilər. Bu normaldır. Amma səhvlərinizi başa düşməyə çalışın”.
 
Nə üçün belə oldu?
"Niyə belə oldu?” deyib özünüzü depressiyaya salmayın. Problemin nədən ibarət olduğunu təhlil edin. Depressiyaya düşməkdənsə, "Mən nə edə bilərəm ki, bu vəziyyəti düzəldim” kimi düşünmək sizi ayrılıqdan xilas edə bilər.
Elə də ola bilər ki, problem qarşı tərəfdədir. Əgər o, birləşməyinizi istəyirsə, ona dəyişməyə kömək edin. Amma bəzi insanlar dəyişmək istəmir, qarşı tərəf isə onu olduğu kimi qəbul edə bilmir. Bu cür münasibətlər yenə də gərginəşəcəksə, hər şey daha da pis ol bilər. Bəlkə, heç qismət deyil, unutmalısız.
Əgər, doğrudan da, sevgiyə inanır, onu geri qaytarmaq istəyirsənsə, özündə bəzi şeyləri dəyişə bilərsən. Bu zaman problemin nədən qaynaqlandığını, kimin rolunun nə olduğunu öyrənmək lazımdır. Bir-birinizə düşmən çıxmaqdansa, bir-birinizə kömək edin. Məsələn, qarşı tərəfə deyə bilərsiz ki, "Çalışaq, münasibəti düzəltmək istiqamətində addımlar ataq”.
Deyirlər ki, münasibət pozulanda, hətta konflikt olanda da elə hərəkət etmək lazımdır ki, geriyə dönüş olsun. Psixoloq deyir ki, nə qədər də düşünsən ki, bu "son nöqtədir, ayrılacağam”, yenə də arada pərdəni götürməməlisən. Bu, birinci şərtdir. İkincisi isə yaşadığın xatirələr və hisslərdir. Birgə daha çox xatirələriniz, sizi bağlayan şeylər varsa, ayrılmaq şansı azalır.
 Münasibəti qorumaq üçün əsas 3 amil

C.Həsənli bildirib ki, evliliyi qorumaq üçün 3 amil əsasdır: "Dinə bağlılıq, bir-birini təqdir etmək və birgə keyfiyyətli vaxt keçirtmək. Bu üç amil qorunursa, nikah daha möhkəm olur. Cütlüklər arasında bir-birini təqdir etmək, bir-birinin yaxşı cəhətlərini qeyd etmək varsa, bu, tərəflər arasında bağlılıq yaradır. Birgə çox vaxt keçirtmək, xoş anlar yaşamaq hisslərin qorunması üçün vacibdir.

Bəzən elə olur ki, bir-birinə qarşı hissləri olur, evlənirlər. Amma sonra bir-birini o qədər az görməyə başlayırlar ki, arada soyuqluq yaranır. Məsələn, səhər gedib gecə gəlirlər. Belə münasibətlərin qırılması daha asan olar. Baxmayaraq ki, orada hisslər var.

Ümumiyyətlə, münasibətə əmək qoymaq lazımdır. Əmək qoyulubsa, o, insana yadda qalası xatirələr vermisənsə, əlbəttə ki, geri qaytarmaq şansı artır.
 
Ayrılanda birinci addımı kim atmalıdır?
Bu sual bir çox qadınları düşündürür? Əsasən deyirlər ki, birinci addımı kişilər atmalıdır. Ancaq mütəxəssis bildirir ki, kim müdrikdirsə, birinci addımı o atmalıdır.

İnsan özünü tanıyır, özü ilə barışıb, özünü qiymətləndirməyi bacarır, səhvini başa düşürsə, üzr istəyə bilər. Vacib deyil ki, günahkar şəklində üzr istəsin. Fərqi yoxdur kim barışmaq istəyir. Əgər səhv onda deyilsə, qarşı tərəfdədirsə, yenə də gedib söhbət etmək lazımdır. Hər bir problemi söhbətlə, ünsiyyətlə həll etmək olar.
 
Barışmağa nə mane olur?
Bəzən elə problem olur ki, insan onun həll olunmayacağını görür. Problem daha da böyüyəcəksə, münasibətin mənası yoxdursa, o, geri dönməyə də bilər. Elə bir hədd var ki, onu keçmək qeyri-mümkündür.

Yersiz qürur da barışmağa mane ola bilər. C.Həsənli deyir ki, qürur adama güc verir, amma hüzur vermir: "Həmin an sən güclü görünə bilərsən, amma hüzurlu olmursan. Lazım olmayanda qürur insana çox mane ola bilər. Xüsusilə də ürəyin istəyir və istəyinə qarşı gedirsənsə, yalnız məntiqinlə qüruruna söykənərək hərəkət edirsənsə, bədbəxt olacaqsan”.

Əgər heç bir barışmaq cəhdlərinə baxmayaraq, barışmırsa, münasibəti davam etməyə dəyməz. Əslində müəyyən yerə qədər addım atmaq olar. Qarşıdakı insan, doğurdan da, istəmirsə, məcbur etmək olmaz.

Elə tip insanlar da var ki, onlara ayrılıq daha rahatdır. Təkliyi xoşlayırlar. Amma uzaqdan-uzağa nə qədər sevmək olar? Bu, bir yerə qədər ola bilər. Belə platonik sevgi daha çox gənclərə xasdır.
 
Sevgidə tranzakt oyun
Bir də var ki, tez-tez küsüb barışmağı xoşlayırlar. Buna tranzakt oyun da deyirlər. Küsürlər ki, barışanda daha mehriban olsunlar. Bu şüurlu surətdə daha çox qadınlarda olur. Amma belə davranış təhlükəli ola bilər. Kişilər belə şeylərdən tez yorulurlar.

Psixoloq onu da deyib ki, tranzakt oyunu adətən uşaq xarakterli qadınlar oynayırlar. Bunun əvəzinə kişinin diqqətini özünü inkişaf etdirməklə cəlb edə bilərlər. Tranzakt oyun zamanı qadın küsür ki, onu əldə etməyə çalışsınlar, ona can atsınlar, diqqət göstərsinlər.


Şərhlər: 20
Baxılıb: 1398
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
allah ayrılığı hec kimə göstərməsin
9 aprel 2015 21:05
# 20
Aska95
Seven getmez..Sevgisi ucun mubarize aparar..Sevsem de bagislamaram
2 aprel 2015 23:35
# 19
Luna-90
Heleki bele problemimiz yoxdu olmazda
2 aprel 2015 19:19
# 18
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
aliceWOnDer
Gedəni qaytarmaram
2 aprel 2015 18:12
# 17
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
tek umidim sen
Qiriq stekannan su icmek olmur. Ne o donen deyil,ne de men bagisdiyan deyilem....
2 aprel 2015 18:09
# 16
Kadın derin ama adam yüzme bilmiyor...
EsmaNur
geden getmisdir geri qayitsa da arada soyuqluq olacaq ona göre lazim deyil
2 aprel 2015 17:01
# 15
Tomris Müslümova
GEDEN GETMISDIR GETDIYI GUNDEN BITMISDIR..NE QEDER SEVSEMDE UREYIMDE PARTDASA YOLUNU GOZLEMEREM CEHENNEME KIMI YOLU VAR GETSIN...ama basima bele bir is gelmiyib cooox sukur yanimdadi hec yerede gede bilmez!! 09
2 aprel 2015 16:40
# 14
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
leyla_258
gedenin arxasindan hec vaxt geri don demem,helede istediyim oglanin.
2 aprel 2015 15:29
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
emis
gedeni men niye geri qaytarmaliyam ki o qeder sevirse ozu qayitsin birincisi sevirdise niye getdi ikincisi de sevseydi getmezdi ona gore men geri qaytarma qucun cabalamaram tesekkurler
2 aprel 2015 15:27
# 12
ILAHE_
Geden gedifsede qaytarsan ferqi yoxdur yene gedecek.Yaxwisi budurki gedirse qoy getsin.
2 aprel 2015 14:51
# 11
Nergizz
duzdu ozune hormet bawqa weydi,qururdaki o sevgide varsa demek ki sevgi olmayib,,mence icden sevende gedene yaxwi yol demek olmur,mence bu werhleri yazanlar sevmeyib,twk xebere gore
2 aprel 2015 14:07
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Rama
sevdiyin insanı geri qaytarmaq.o qədər ehtiyacım varki buna.barışmag ehtimalımız var ama nə o nədə mən nəsə yazırıq.əslində qürür deyil məndəki qorxudu.nə yazım necə yazım.birdən pis davransa.bununçunda birləşə bilmirik.belə yəni
2 aprel 2015 14:00
# 9
Bir gulusu var..deyil varimi yoxumu...dunyani sataram...
naxçıvan balası
Heç vaxt gedeni qaytarmaram gedibse özü üzüler meni itirdiyi üçün
2 aprel 2015 14:00
# 8
Mrs.Pianist
Geden getmiwdir men yox o meni itirmiwdir
2 aprel 2015 13:29
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
lelos
Gedibse niye arxasiyca dusmeliyem ki gedibse yaxsi yol
2 aprel 2015 13:20
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
gedenin arxasinca gedibde ozunu asaqi dusurme,geden gedegey ona gore ozune eziyyet edib ozunu deyisme hormet et ozune

gedenin arxasinca gedibde ozunu asaqi dusurme,geden gedegey ona gore ozune eziyyet edib ozunu deyisme hormet et ozune
2 aprel 2015 13:13
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Gedene yaxsi yol
2 aprel 2015 12:27
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Eger sevdiyine qiymet verib onu anlamaga caliwsan.bawa duwsen qarwiliqli anlawma olsa o zaman ayrilma wansi da az olar tewekkur.birde gedeni saxlamaq olmaz deyirler.
2 aprel 2015 11:20
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Mende bele yollara el atmaram hec vaxt qururumu ayag altina salmaram o mennen gedibse mende onnan gederem .
2 aprel 2015 11:02
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Sevdiyin insanı geri qaytarmaq- bu cür cəhdlər prinsiplərimə yaddı , əgər qarşındakı şəxsin fikri bəllidisə onu qaytarmaq heç də hər şeyi düzəldəsi deyil...Qaldıki evlilikdə olan münasibətlərə düşünürəmki sevgi əsas deyil əsas onu qorumaq əmək sərf etməkdi misal üçün o qədər sevib ailə quran ailələr var ki, ancaq bir çox səbəbləri arqument götürərək ayrılmağı üstün tuturlar onlar sevdiyi şəxsə görə udmağı bacarmır özlərinə sığışdırmırlar və əgər ki, sağlam ailə istəyirsə hər iki tərəf onda əmək sərf etməyi bacarmalıdır , düşünməlidir ki, hər şey sənə qızıl sini də təqdim olunmur ...
2 aprel 2015 10:45
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz