Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğru insanla evliyəm?
Doğru insanla evliyəm?
Göndərən: Wiyinka
Şərhlər: 19
Baxılıb: 1154
Səs ver:
Doğru insanla evliyəm?

Bu sualı özünüzə verəndə cavab verməkdə çətinlik çəkirsiniz? Cavabı asanlaşdırmaq üçün sizə yol göstərən işarələrdən bəhs edək.
Bir azdan oxuyacağınız həyat yoldaşı davranışlarından hansıları sizin həyatınızda var? Hamısı olmasa da ən az 5 dənəsinin olması yaxşıya işarədir. Çoxu varsa, gözəl bir evliliyiniz var deməkdir!

1. Davamlı sizi tərifləyir: Siz ondan söyləməsini istəmədiyiniz halda, o, başqalarına sizin işdə əldə etdiyiniz müvəffəqiyyətinizi, gözəl bir konsert üçün bilet tapmağı bacarmağınızı, qonaqlarınızı ən yaxşı bir şəkildə qəbul etməyinizi, doğru tətil marşrutu seçimi etmənizi tərifləməkdən çekinmirsə, doğru adamla bərabərsiniz deməkdir. O, sizin ən böyük pərəstişkarınızdır (Təbii ki ananızdan sonra!)

2. Birlikdə keçirdiyiniz o qədər illərə baxmayaraq sizə nəzakətli yanaşırsa: Qapını açmaq, əyləşərkən stulunuzu çəkmək, əlinizdəki paketləri daşımaq, dikdaban ayaqqabınız ayağınızı incidəndə sizi liftə qədər qucaqda daşımaq kimi centlmen hərəkətlərə davam edirsə, çox şanslısınız!

3. Sizi dəyişdirməyə çalışmırsa: Siz ondan daha dağınıq olsanız da, bəzi mövzularda əlinizdə olmadan düşüncəsizlik etsəniz də, sizin baxış bucağınız onu əsəbləşdirsə də hamısına razı olan biri ilə birlikdəsiniz? Bütün çətin vəziyyətləri danışıb həll edə bilirsinizsə və həyatınıza qaldığınız yerdən davam edə bilirsinizsə, doğru insanla birlikdəsiniz deməkdir.

4. "Sənin üçün darıxdım" sözünü içinizdən gələrək deyirsinizsə: Axşam evdə görüşəcəyinizə baxmayaraq onu və birlikdə keçirəcəyiniz əyləncəli zaman üçün darıxdığınızı hiss edirsinizsə, nə xoşbəxt sizə!

5. Onun qarşısında utanmadan ağlaya bilirsinizsə: Hər nə qədər sizin, filmin bir səhnəsinə ağladığınızı bilirsə də sizi utandıracaq bir şərh etmirsə, o möhtəşəm bir kişidir!

6. Dostlarınız davamlı ərlərindən şikayət edərkən siz səssiz qalırsınızsa: Arvadıyla əsla çölə çıxmayan, yalnız kişi yoldaşlarıyla vaxt keçirən; ən kiçik bir ev işinə toxunmayan, əksinə evin çirklənməsinə maksimum təsir edən kişilərdən şikayət edən dostlarınızla birlikdə olarkən səssiz qalmaq sizin şanslı olduğunuzu göstərir. Bütün bunlar sizin yaşamadığınız problemlərdirsə dməli, doğru adamla evlisiniz!

7. Dostlarınıza əhəmiyyət verirsə: Bir yoldaşınızın problemi olduğunda sizi, dostunuz ilə maraqlanmanız üçün təşviq edir və ya sizə yoldaşlarınızı axşam yeməyinə çağırmanızı təklif edirsə və onlarla sizin qədər maraqlanırsa, o nəzakətli bir kişidir!

8. Özünüzə kifayər qədər vaxt ayırıb bəzənməsəniz belə sizi gözəl hesab edirsə: Baxımsız olduğunuz, makiyaj etmədiyiniz, pijamayla oturduğunuz zamanlarda belə sizi gözəl və seksual hesab etdiyini söyləyir və ya hərəkətləriylə bunu məlum edirsə çox şanslısınız.

9. Tək qalmaq istədiyinizdə etiraz etmirsə: Sizi bəzi şeylər narahat edəndə yaşadığınız mühitdən uzaqlaşmağa ehtiyac duyarsınız. Həyat yoldaşınız tək qalmanıza, tək başınıza sizi yaxşılaşdıracaq bir şeylər etmənizə etiraz etmir, bundan narahat olmursa və onu tək narahat edənin sizin kədərlənmək olduğunu söyləyirsə, doğru həyat yoldaşı tapmısınız deməkdir.

10. Birlikdə keçirdiyiniz vaxtları davasız keçirirsinizsə: Axşam yeməyində, səfərdə, tətildə mübahisə edən cütlüklərə çox şahid olmuşuq. Birlikdə etdiyiniz fəaliyyətləri davasız, müzakirəsiz keçirə bilirsinizsə, yaxşı bir evliliyiniz var deməkdir!


Şərhlər: 19
Baxılıb: 1154
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
ailemle xosbexdem birde bezi problemler olmasa yyaxsi olardi
21 aprel 2015 20:18
# 19
Aysel Tatli
HELEKI SUBAYAM
27 mart 2015 18:19
# 18
Nergız33
Yarısı var indi men ne bilim doğru adamdı ya yox .
27 mart 2015 07:41
# 17
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Gultekin.A
2cini oxudum.ureyim getdi gulmekden .lifte qucaginda aparmaq
26 mart 2015 21:33
# 16
..
Luna-90
7-9 bizde yoxdu dostum refiqem yoxdu istemiremde.cox unsiyyetcil deyilem.yoldasim kisidi onun etrafi tnsi dostu cox olsun.9daki hec vaxt qoymur tek qalim.eseblesende dalasanfa tek qalmaq aglamaq isteyirem ancaq qoymur gelib opur ele bil dalasmamisiq .ancaq mene qalsa nece gun danisdirmaram kinliyem.yerde qalan variantlar hamsi var cunki meni ozu secib sevib alib.sevgisi de hele bitmeyib bitmezde insallah.Bir sey ki teze danisdigimiz vaxt men ona dedimki ola bilsin menim usagim hec vaxt olmadi eger narazisansa gel ayrilaq isini indiden bil o mene dusunmeden cvb verdiki mene usaq maraqli deyil mene sen lazimsan yeterki sen menim ol.Esl sevgi burdan gorunur.Allah bizi gozden nezerden saxlasin.Gun erzinde belke mene 10defe seni sevirrm seni cox isteyirem ne yaxsiki heyatimdasan deyir.
26 mart 2015 18:27
# 15
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Ayten666
Teessuf hecbiri ele deyil. Nisanli vaxdi olduqca panyatkali,medeni,menim uzum gulsun deye bacarmadiginida eden insan indi yoxdu.bilmirem problem nededi.iki gun mehribaniqsa bes gun dusmenik cox heyiff kaski kecmise qayitsam
26 mart 2015 16:04
# 14
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
vipbetul
bu cur xususiyyetde olan insan olsa demeki o idealdi,bildiyimiz kimide ideal insan yoxdu
26 mart 2015 15:54
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Dogru insan olsaydi ayrilmazdiq
26 mart 2015 15:43
# 12
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ece uslu
heleki subayam
26 mart 2015 15:19
# 11
Turkan Abbasova
Off. Buna qalsa o demekdiki bosanmaliyam.
26 mart 2015 15:18
# 10
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
yusif♥esnad
Mendr hec biri yoxdu ((
26 mart 2015 14:52
# 9
Allahim gunahlarimizi bagisla

kohne nik gullu18♥♥♥♥
SEVGI DENIZIM
askitomdan bidenedir
26 mart 2015 14:10
# 8
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
aliceWOnDer
Lazım deyil mənə
26 mart 2015 13:30
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Tomris Müslümova
hamisi var ama dostlarimnan uzaq tutur meni kimlese yaxinliq elemeye qoymur((
26 mart 2015 13:00
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Hələki nişanlıyq 7 düz gəldi.Ancaq həmişə doğru adamı seçdiyimə əminəm.
26 mart 2015 12:34
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Evliliye inanmiram evlilik sevgini oldurur. Xosbext olmaqcun dogru insani secmek kifayetdir ama her zaman mumkun deyil bezen insanlari tanimaq olmur
26 mart 2015 12:03
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tatyana
mende hamisi var,tebiki dogru adamla evliyemki 18illik aile heyatim var
26 mart 2015 11:59
# 3
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
cinqosh
Sitat: neri
burda mene aid tek birsey oldu dostlarimla ilgilenme var vessalam.demek ne olur men sansizam?

Sizdə heç olmasa biri var. Məndə heç biri yoxdu. 26 Demək doğru insanla evli deyiləm. 122
26 mart 2015 11:29
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
neri
burda mene aid tek birsey oldu dostlarimla ilgilenme var vessalam.demek ne olur men sansizam?
26 mart 2015 10:45
# 1
Sert
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz