Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilikdən sonra
Evlilikdən sonra
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 636
Səs ver:
İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər. Eyni evin içində yaşamağa başladıqdan sonra bir-birlərinin daha əvvəl bilmədikləri dəyişik vərdişlərinə və şəxsiyyətlərindəki anormallıqlara şahid olurlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxildə bəslədikləri bu mənfi duyğular zaman keçdikcə artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan, bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri bir vərdiş halına çevrildiyini görürlər.

Evlilikİlk aylar ayıb olmasın deyə bir-birlərinə bu hisslərini bildirməyən və yaxşı dolanmağa çalışan ər-arvad, zaman keçdikcə hörmətlərini itirməyə, kobud, dözümsüz və düşüncəsiz olmağa, bir-birlərindən soyuduqlarını müəyyən edən davranışlar göstərməyə başlayırlar. Lakin bunu ətrafa bildirməməyə çalışırlar. Ancaq ətrafları onsuz da  bunun fərqindədir və bu  təbii bir hadisə olaraq qəbul edilir. Evliliyin ilk günlərinə "bal ayı" deyilməsi bunun maraqlı bir göstəricisidir: aydındır ki, qısa bir müddət sonra bal ayı bitəcək, bezginlik, çətinlik, hətta münaqişə dolu aylar və illər başlayacaq. Gələcəkdə  isə uşaqlar, dolanışıq dərdi kimi ümumi problemlər və bunların yaratdığı psixoloji mühit evdəki vəziyyəti təyin edir. Ev sakinləri arasında davamlı gərgin və əsəbi münasibətlər yaşanır. Pul davamlı danışılan mövzudur. Ər-arvad arasında sahiblənmə, qısqanclıq kimi mövzular bitməz-tükənməz bir gərginliyə və münaqişələrə səbəb olur. Kişinin həmişə işindən bəhs etməsi, arvadının danışdıqlarını dinləməməsi, davamlı televiziya seyr etməsi, arvadına və uşaqlarına qarşı maraqsız və əsəbi olması evin təbii mühiti halına çevrilir. Evdə ümumiyyətlə dağınıqlıq hakimdir. Həmçinin təmizliyə də diqqət edilməz. Buna görə qəfil gələn qonağın evin bu halını görməsi istənməz. Evdəki mebellər, süfrələr, və s. əşyalar ev sakinlərinin rahatından çox insanların fikirlərinə görə nizamlanır. Qonaqlar üçün xüsusi bir otaq ayrılır. Bu otaqda ev sakinləri çox oturmurlar. Evin ən bahalı və yaxşı əşyaları orada qonaqlara göstərilir.

Uşaqlar isə evdən sonra ən böyük göstəriş ünsürüdür. Onsuz da ilk başdan etibarən valideyinlərin uşaqla bağlı düşüncələrində yalnış fikirlər vardır. Ana və ata uşağı sahiblənir, ona həyat verənin özləri olduğunu düşünür və o düşüncə ilə davranırlar. Hər şeyi yaradanın Allah olduğu və hər şeyin əsl sahibinin O olduğu düşünülmür. Uşağı sahiblənən ata-ana bir müddət sonra da onu istifadə edərək ətrafa göstəriş etməyə, bir növ "özlərini göstərməyə" başlayırlar. Uşağın ağıllı, ya da gözəl olmağını tez-tez vurğulayır və bununla öyünürlər, sanki uşaqdakı gözəllik, ya da zəka özlərindən gəlirmiş kimi  davranırlar. Hətta uşağın hər hansı bir gözəl yönü haqqında "mənə oxşayıb" kimi şərhlər edərək özlərinə pay çıxarırlar. Zaman keçdikcə uşaqla göstəriş etmənin ölçüsü genişlənir. Oxuduğu məktəb, dostları, gəzdiyi yerlər göstəriş olsun deyə hamıya bu haqda danışırlır. Adamlıq dini ailələrində uşağın göstəriş vasitəsi olması ilə yanaşı, onu həyatlarının məqsədi və mənası halına gətirmə vərdişi də çox məşhurdur. Bəziləri uşaqlarını həyatlarının tək məqsədi olaraq görür və bütün həyatı boyunca uşağa yaxşı bir gələcək hazırlamağa çalışdıqlarını söyləyirlər. Halbuki bütün insanların həyatlarının tək məqsədi Allaha qulluq etmək olmalıdır. Həyat ancaq Allaha həsr edilməlidir. Bir insanın uşağına baxması da, ancaq Allah rızası üçün ediləcək ibadətdir.

Qadınların bütün həyatı evlilik hədəfinə görə nizamlanmışdır. Gənclikdən etibarən bu hədəf həyatın ən əhəmiyyətli məqsədi olaraq qəbul edilir. Qızların çəkiləri, paltarları, təhsilləri, zövqləri, ətrafları həmişə yaxşı və qazanclı bir evliliyə görə nizamlanır. Gənc qızların bir çoxu universitetə "ər tapmaq" üçün qəbul olurlar. Çünki ər, xüsusilə də zəngin ər, həyatın zəmanəti olaraq görülür. Gənc qız xəyalinda onu dolandıracaq, qoruyacaq, bir ər modeli meydana gətirir və bütün gəncliyini onu tapmaq üçün keçirir. Halbuki Quranda bizə bildirildiyinə görə insana ruzi verən, qoruyub-gözləyən, özündən kömək istənməyə layiq olan, ancaq və ancaq Allahdır.Bu məntiqə görə qurulan evlilik əsl sevgi üzərinə qurulmamışdır və özlərinin də tez-tez ifadə etdikləri  kimi bir "müəssisə"yə çevrilmişdir. Evlilik dövründə də bu "ticarət" müqaviləsinin  müvəffəqiyyətlə tamamlanmasının həyəcan və xoşbəxtliyi yaşanacaq. Ancaq çox qısa bir müddət sonra ortaya çıxan sevgisizlik, hörmətsizlik  insanlarda "səhf etdim" hissini ortaya çıxaracaq. Ümumiyyətlə bu məntiqli insanlarda evlilikdə geriyə dönüş yoxdur. Olsa belə bu da rahatlıq gətirməyəcək. Çünki evlənib ayrıldıqdan sonra da eynilə evlilik kimi, adamlıq dininin tələbləri tətbiq olunaraq yerinə yetiriləcək, bundan sonrakı həyat da adamlıq dininin tələblərinə uyğun olaraq davam etdiriləcək. Əgər bir səhv axtarılacaqsa bunu tək-tək hadisələrdə deyil, bütün bu hadisələrin təməlində yer alan  və bütün bu yalnış sistemin üzərində yüksəldiyi və insanları hər halda  bədbəxtliyə, hüsrana və itkiyə sürüyən batil fəlsəfədə yəni, "adamlıq dini"nin özündə axtarmaq lazımdır.


Şərhlər: 11
Baxılıb: 636
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
menim fikrimce bu adamin ozunden asilidir,adamin bir-birine olan sevgisinden asilidiiiiiiiir......
22 mart 2015 00:29
# 11
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
FISTIK
xeyir fikrimce adamdan asilidi gerek ozun serait ele yardasanki sevgi hormet istek olmesin ve sonmedin.
22 mart 2015 00:20
# 10
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
SENSİZ
her kese aid deyil
21 mart 2015 23:50
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Nazan
evlilikden toy sonra eyni sekildeki kimi
21 mart 2015 23:03
# 8
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ʚɞღ..Sultanım..ღʚɞ
no Bele chixirki hech kim evlenmesin))
21 mart 2015 15:15
# 7
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
GünƏşimƏ_AiD_
aaaa bele olacaqsa men hec evlenmerem.
21 mart 2015 14:38
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
vipbetul
bu fikirlerle tam razi deyilem,her kesin fikiri dushuncesi ferqlidi
21 mart 2015 14:06
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Luna-90
Her kesde her sey ferqli olur bunlar hami ucun eyni deyil
21 mart 2015 11:48
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Evlilkden sonra butun hisler olur ya da adilesir insanlar sevgisizlesmeye ve hormetini itirmeye baslayir
21 mart 2015 11:28
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
cox sef xeberdi ,hamiki bele deyil.
21 mart 2015 11:08
# 2
cinqosh
İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər.
Bu heç də hamıya aid deyil.
21 mart 2015 11:02
# 1
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz