Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Elnur Rüstəmov: Ailə mifi
Elnur Rüstəmov: Ailə mifi
Göndərən: Narınc Rüstəmova
Şərhlər: 6
Baxılıb: 878
Səs ver:
Gəlinliklə girib ağ kəfənlə çıxarsan!

Mif ailə parametrinin önəmli məqamlarından biridir. Hər bir ailənin, tayfanın qorunub saxlanmasında mif əsas rol oynayır. Mifin də öz mahiyyəti olur. Misal üçün: "biz həkim ailəsiyik”, ”biz mehriban ailəyik yaxud tayfayıq”, "biz ziyalı ailəsiyik”, "biz kübar ailəyik” və s. Bunların hər biri o mifin daxilində yaşayan insanların həyat tərzinə, dünyagörüşünə, davranışına təsir göstərir. Nəzərə almaq lazımdır ki, mif hər zaman aktual olmur. Yalnız böhran anında aktuallaşır. Yəni ola bilər ki, tayfada yaşayan insanlar bir-birilə münasibətdə problem yaşasınlar. Ancaq kənardan kimsə o ailəyə yaxud da tayfaya müdaxilə etdiyi təqdirdə (ailəyə daxil olan məqamlarda) bütöv tayfa o problemi həll etmək istiqamətində birləşir. Problem həll olunandan sonra isə tayfa daxili münasibət yenə də konflikt səviyyəsində olur. Ona görə də ailə psixoloqları qeyd edirlər ki, mif yalnız böhran məqamlarında aktuallaşmağa başlayır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, mif 3 nəsildən bir formalaşır. Ailə psixoloqu ailə ilə çalışarkən birinci növbədə mövcud olan mifin mahiyyətinə diqqət etməlidir. Ailə mifi həmin ailə yaxud da tayfa haqqında məlumatları ehtiva edir. Bu da ailə psixoloquna həmin ailə ilə psixoloji iş aparmasına böyük dəstək olur.

Hər bir mifin öz qanunauyğunluqları olur. Misal üçün "qəhrəman mifi”. Bu mif daxilində yaşayan insanlar özünəməxsus dünyagörüşünə malik olurlar. Qəhrəman yalnız kimisə xilas edərkən qəhrəman olur. Ona görə də bu mifin aktuallaşması üçün "qurban” da olmalıdır. "Qurban” olduğu təqdirdə proses tamamlanmağa başlayır. Diqqət edin, bu gün elə ailələr var ki, o ailələr daxilində ailədaxili konfliktlər pik həddədir. Hər gün evdə dava-dalaş, həyat yoldaşı spirtli içkilərdən yaxud da narkotik maddələrdən asılıdır. Ancaq ailənin xanımı o ailəni dağıtmır, əksinə necə qoruyub saxlamaq istiqamətində mücadilə aparır. Bəzən onların bu cür fədakarlıqları ətrafdakılar tərəfindən qəribə qarşılanır. Əslində qarşı tərəfin bu cür fədakarlığının kökündə qeyd etdiyimiz həmin "qəhrəmanlıq” mifi dayanır. Çünki, qurbanlıq var, ona gərə də onu xilas etmək lazımdır. Ancaq eyni bir situasiya, hətta deyərdik ki, öncə qeyd etdiyimizlə müqayisə olunmayan bir şərait olur ki, həmin ailələr boşanır. Onun da səbəbinə diqqət etsək, tərəflərin başqa ailə mifi ilə böyüdüklərinin şahidi olarıq. İndinin özündə, hətta elə ailələr var ki, ailə quran cütlüyə ata yaxud da ana xeyir duası "Gəlinliklə girib ağ kəfənlə çıxa bilərsən” olur. Səbəb isə o ailədə, o  tayfada ailənin dağılmasının, boşanmanın faciə kimi qəbul edilməyidir.

Yuxarıda qeyd etdik ki, hər bir mif 3 nəsildən bir formalaşır. Bu məqamı da misallarla izah etməyə çalışarıq. Misal üçün, ailə kənddən şəhərə köçür. İlkin mərhələdə mövcud olmaq üçün o ailə həmin ərazidə yaşayan qohumlarını, eyni kənddən olan insanları, onlar olmasa eyni rayondan, eyni bölgədən olanları axtarır, tapanda isə uşaq kimi sevinir. Səbəb yaşamaq üçün birgə yaşayışın önəmli olması düşüncəsidir. Kənd yerində birlik, bir-birinə dəstək olmadan yaşamağın mümkün olmaması düşüncəsi, mifi, onların bir yerdən başqa yerə köçərkən də şüuraltı olaraq təsirini göstərir. Bir müddət sonra həmin ailə mövcud şəraitə adaptasiya olmağa başlayır. Diqqət etsəniz görərsiz ki, bu tip ailələr ilkin mərhələdə qız köçürərkən, gəlin gətirərkən bölgə faktoruna diqqət edirlər. Səbəb isə qeyd etdiyimiz kimi ailə olaraq möhkəmlənmək istəyi dayanır. Bir müddət keçəndən sonra isə ailə artıq kənar insanları ailəyə daxil etməyə başlayır. Bütün bunlar ailə mifinin ailənin dayanıqlılığına təsir göstərən başlıca faktor olduğunu göstərir. Ona görə də hər bir ailə bu mifə, onun qanunauyğunluqlarına xüsusi diqqət yetirməlidir.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin rəhbəri, psixoloqu
Elnur Rüstəmov


Şərhlər: 6
Baxılıb: 878
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
adetlerimiz gozeldi bezi ailelerde ise sertdi gedirsense kefenin chixmalidi yaziq qiz isgencelere dozur nedi-nedi bunun mifi varki ailesi deyib aq gelinlikle giribsen aqda kefenle cixageysen,beli her zaman deyirem davul bile dengi dengine evvelde olmasa sonradan uyqunsuzluq olduqda bir-birinin uzune vurageylarki sizin aile beleydi bizim aile bele.aile hormetle mohkem olar,askla maskla deyil
20 mart 2015 02:25
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Vay vay vay svetok cox ciddi qeyd etdin her bir cumleni)Aqresivlik helede davam edir,mence yeter daha))))Bu indiki zaman qizlarinin sozleri mene qeribe gelir.Aileni eleyibler bir hec yada belle desek bir sohbetki oldu qac dedevin yurduna)Tebii qinamiram bir aile heyati qurmamis insana bu sozleri soylemek asanddi.Evlendin bir araya geldin bu islernen bir omur surmur.Sizin bosanmani adilesdirmeyiniz mene qeribe gelir.Ickili her gun eve gelen heyat yoldasi ile evlenen qizlar beri basdan gozleri hansi terefe baxirdi?)Sonra doyulen oglana geden qiz bilmirdiki ilk once hansi piskopatla evlenir?Insan gerek evlendiyi insani ilk onceden yaxsi tanisin.Sevirem sevirem deyib onun daxilini arasdirmagi unutmamalidilar.Hemise qeyd edirem bir sevgi ile her sey bitmir.Insanda medeniyyet,normal xarakter,davraanis qaydasini bilenler,ailesine ve qarsindakinin ailesine hormet qoyan duzgun insani tapmaq lazimdi.Tek bir xarici gorunuse onem veribde aldanmaq lazim deyil.Evcik evcik oynamirsanki ,bugun evlendim sabah bir yola getmedin deye bosanim fikri one suresen.Her bir ailede soh sohbet olur.Her bir ailede cetinlik,anlasilmazliq,eksiklik,olur.Esas odu bu sohbetleri ne anan atan,nede qaynanan qaynatan bilsin.Bu sohbetleri iki insan oturub etdiyi munaqiseni neye gore,gunah kimdedi,ne sebebden etdiklerini,muzakire edib yola qoymaq.Eyer her sey qaydasindadisa aradaki ailedaxili yungulce munaqiseler varsa beli getdiyin yerden amcaq kefenle cixasan.Lap deyim bu cetinliyin omru biraz cox oldu yenede dayanma ve qaydasina qoyma gucun olmalidi.Sirazi dedemin yurduna qacim demekle is bitmir.Allah gostermesin sexsen men hec vaxt oz atamin basini asagi eymerem dostlarinin icine atam niyede basi asagi girsin verdiyi zaman nece dimdik qalirdisa her zaman sonuna qeder elede getmeyi ucin elimden gelenin axirina qeder eleyecem.Men o evden ora qayitmaq ucun yox oldugum yerde qalmaq ucun gelmisem.Esl Azerbaycan ,muselman qadini bax bele olmalidi.Yoxsa her bir sozunde bosanma kelmesi istifade vermekle heyat surmez!
19 mart 2015 23:09
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Fialka
Həqiqətəndə hər ailənin öz qanun qaydaları var və bu da qeyd olunan həmin miflərdi. Bəzi ailələrdə daha çox ölkəmizdə çoxdu qıza evlənərkən kəfənlə çıxacaqsan deyilir və fikirləşmirlər ki, bu həyatda heç kəs sığortalanmıyıb hər şey ola bilər nəyə görə dözülməz ağır vəziyyətlərdə qız özünü qurbana çevirməlidir nə var nə var camaat nə deyər, adımız sanımız nə olar bu cür vəziyyətlərdə valideyn övladına dəstək olmalıdır ...
19 mart 2015 15:18
# 4
leyla_258
Allah ayirmasin
19 mart 2015 14:27
# 3
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Qlamurr
Maraqlı termindi,həqiqətəndə nədənsə tayfalar,qohumlar arasında nə qədər konfilikt olsada,münasibətlər yaaşı olmasada,kənar müdaxilə olan kimi birlik yaranır,yaranan problemi birgə yoluna qoymağa çalışırlar.Digər termin isə,yəni "qəhrəman mifi" bu gün çox qadınlar ailələrini qorumaq üçün,uşaqlarının xatirinə ərlərinin hər pis vərdişinə,xəyanətinə,onları alçaltmağına göz yumurlar,nəticədə öz həyatlarını qurban verirlər,belə qadınlar minlərlədir.Səbəblərdən biridə valideynlərin qızını köçürərkən dedikləri "getdiyin evdən kəfənlə"çıxmalısan olur,ancaq özlərini düşünürlər,qohumlar nə deyər,bizim tayfada boşanmağa pis baxırlar,düşünən yoxdu ki,bu qadın nələr çəkir,nələrə dözür,hələ o qadın öz seçimi ilə evlənibsə,vəziyət daha ağır olur,hər gün üzünə vurulur,özün getdin,özün seçdin,ancaq düşünmürlər ki,heç kim heçnədən sığortalanmayıb,həm kim evlənəndə düşünür ki,boşanacam,hamı xoşbəxt ailə,uşaq sshibi olmaq üçün evlənir.Valideynlərin də borcu bu məqamlarda övladına dəstək verməkdi,bizim cəmiyyətdə isə əksinədi buraxırlar ac canavarların içinə,həyatın axarına.
Qaldı evlənmək məsələsinə burda da valideynlər müdaxilə edir,mütləq qohum olmalıdır,ya yerlimiz olmalıdır,tanıdığımız olmalıdır,yoxsa yadı bilmək olmur,sonra bizə yaxşı olmaz,qurban olum Allaha qohum da gəlir başlarına elə oyun açır,gəl-görəsən.
19 mart 2015 12:44
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Cox gozel movzuya toxunmusuz birincisi gelin alarken bolge meselesi var ele insanlar var deyirki mutleq qohum olmalidir mutleq bizim rayonnan olmalidir bunun hec bir dexli yoxdur eger heqiqeten sevirse bele seylere baxmamalidir iuncisi aileye yad sexsler mudaxile etmemelidir bura qaynana qaynata baldiz daxildir. Bir problem varsa oz aralarinda hell etmelidirler. Ucuncu gelinlikle girib ag kefenle getmek hec duzgun ifade deyil bezen insan yalnis secim ede biler bu o demek deyil o insanin seni alcaltmagina tehqir etmeyine doymeyine susasan . Teesufki coxu qadinlar bunu usaqlarina gore edir ve ailesini dagitmir
19 mart 2015 11:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz