Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar üçün 10 ailə məsləhəti
Qadınlar üçün 10 ailə məsləhəti
Göndərən: Wiyinka
Şərhlər: 15
Baxılıb: 1110
Səs ver:
Hər bir qadın sağlam ailəyə sahib olmaq isəyir. Çünki xoşbəxtliyin açarı da məhz düzgün qurulmuş ailədədir.Bolqariyalı alim-psixoloqlar ailənin dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar.

1. Düşünməyin ki, sənət, karyera və ya sosial status sizə ailə və uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın həyatda hər şeyə vaxt ayırmalıdır. Həmçinin qadın xarici görünüşünə, geyiminə ümumiyyətlə qadınlıqla bağlı hər şeyə önəm verməlidir.

2. Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranmır. O, da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir. Həmçinin kişidən daha çox bu şeylər qadından tələb olunur.

3. Dava, münaqişə zamanı günahı özünüzdə də axtarın, daha sonra ərinizdə. Özgə çatışmamazlıqlar daha tez gözə dəyir, nəinki özününkü. Ərinizin hər hansı hərəkətinə nə dərəcədə əsəbi olmağınızdan asılı olmayaraq, səbir edin, gözləyin, sakitləşin və bundan sonra hərəkət edin. Dərhal əsəbinizi göstərmək heç nəyi həll etməyəcək

4. Çalışın ərinizdə (həm daxili, həm xarici) müsbət xüsusiyyətləri qabardasınız və imkan daxilində bunları ona deyin. Öz müsbət tərəflərini eşitdikcə kişi daha yaxşı olmağa can atacaq. Həmçinin onun yanında necə xoşbəxt olduğunuzu da deməyi unutmayın. Bu, onun sizə bağlılığını daha da artıracaq. Unutmayın ki, belə sözlər ona güc verir. Birdəfəlik anlayın ki, hətta intim sferada romantik kişi arzularınıza baxmayaraq yenə də hər şey sizdən asılıdır.

5. Narazı, qaşqabaqlı olmayın. Hətta buna səbəb olduqda belə. Qəmgin, kədərli qadın kişini tez bezdirir. İnan ki, kişinin də bir çox qayğı və problemləri var. Ən yaxşısı düşünün ki, yaxın keçimşə qədər seçimdə çətinlik çəkirdiniz və siz onu minlərlə kişinin arasında seçmisinuiz, deməli, həqiqətən də bir-birinizə yaraşırsınız.

6. Əgər təsadüfən iş yoldaşınız və ya digəri ilə flirt baş verirsə, dərinləşməyə imkan verməyin. Bu əlavə əzaba və ailədə problemlərə səbəb olacaq. Yeni tapdığınız çətin ki, daha yaxşı və mükəmməl olacaq. Əgər yaxından tanış olma imkanı olsaydı yəqin ki, o kişidə də daha çox və ciddi çatışmamazlıqlar tapacaqsınız. Lakin yanınızdakına artıq öyrəşmisiniz.

7. Çalışın övladlarınızda atalarına qarşı sevgi və hörmət aşılayasınız. Onunla rəqabətə girməyin. Ürəyiaçıq olun. Uşaqları düzgün tərbiyə edin. Onun valideynlərinə hörmət edin, xüsusiyyətlərindən asılı olmayaraq. Büruzə verməsə belə, sizin səbir və xeyirxahlığınızı mütləq qiymətləndirəcək.

8. Vacib qərarları təklikdə qəbul etməyin. Əgər bu ailə və sizin həyatınızla bağlıdırsa. Hər şeyi ərinizlə müzakirə edin, əgər sonda sizin təklifiniz keçərli olsa belə. Ən azından əriniz qərar qəbulunda iştirak etdiyini biləcək və anlayacaq ki, onun fikri sizin üçün önəmlidir. Cəmiyyətdəki liderlik xüsusiyyətlərinə baxmayaraq kişilər ailədə qadınlardan daha artıq komplekslərə malikdirlər.

9.Qısaqanclığınızı boğun. Lakin biganəlik göstərmə həddinə də gəlib çatmayın.

10. Yuxarıda deyilənlər o demək deyil ki, siz ailənin quluna çevrilməlisiniz və ya şəxsi qürurunuzu tapdalamalı, hadisələrə tənqidi münasibət göstərməməlisiniz. Qəti şəkildə yox! Bunu mütləq büruzə verin və ərinizdən də bunları tələb edin. Lakin hər zaman ehtiyatla, aradakı pərdəni qorumaqla və ən əsası sevgiylə.


Şərhlər: 15
Baxılıb: 1110
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
teri meri
mənim üçün iş vacibdir
11 may 2015 11:30
# 15
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Melissa
cox duz qeyd olunubdu tskrler
18 mart 2015 15:52
# 14
pessimist girl
coox ehtiyacim var idi bele meslehetlere.,,twk
18 mart 2015 00:21
# 13
Allahima sukur meni qizima qovusdurdu...cox xosbextem..
Nazan
mennen dalasan 08 alem
17 mart 2015 17:38
# 12
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
arzum-aysum
ailede her iki teref hisslerini ve eseblerini cilovlamagi bacarmalı, evini, ailesini her seyden ve her kesden ustun tutmali, bir birine hormet etmelidi. her iki teref kompramise getmeyi bacarmalidi. nece deyerler, biri od olanda biri su olmalıdır
16 mart 2015 19:50
# 11
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
vipbetul
6ci hec bir qadina yarashmayan hereketdi evde ailesi olaraq hec kishiyede yarasmir
16 mart 2015 19:09
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
duzdu xosbext aile goyden dusmur bacarsan oz zehmetinle xosbext edesen aileni tesekkurler
16 mart 2015 17:28
# 9
Tomris Müslümova
yene deyirem men bele xeberlerden mutleq nese oyrenirem ozumde nelerise duzeldirem ona gore de cox sagolun elleriniz var olsun!
16 mart 2015 13:40
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
leyla_258
TEWEKKURLER...
16 mart 2015 13:04
# 7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
SEVGI DENIZIM
mene lazim idi twk
16 mart 2015 12:58
# 6
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
guler19
Evdəki problemləri dəmir çubuqla deyil, müdriklik və məhəbbətlə yoluna qoymaq lazımdı.Biz əlimizdən gələni etməliyik ki, bizim evimiz sözün əsl mənasında ailə ocağına çevrilsin. Əgər insan ailede və basqa yerde eqoist həyat sürürsə, öz ətrafında və ailesinde çox ağır, üzüntülü ab-hava yaradır. Lakin əgər insanın ürəyi məhəbbətlə doludursa, o, çox nəzakətli, xeyirxah, başqalarına qarşı nəvazişli olur, öz işinə qayğı və sevinclə yanaşır, ətrafa xoşbəxtlik ruhu yayır.
16 mart 2015 12:49
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Luna-90
Yaxsi meslehetlerdi ancaq en baslica meslehet kisini yaxsi tanimaqdi onda her sey oz qaydasiyla gedir.men kisimi ezber bilirem nece insandi
16 mart 2015 11:29
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ulduz
megnim ucun 1 probbblem xeyyanet ola biler .bbu supheler insani yeyir.hormet olmsa ailede olmaz
16 mart 2015 10:49
# 3
Fialka
Ən başlıcası ailədə qarşılıqlı hörmət və anlayış göstərməkdi, hər iki tərəf bir birinə qarşı anlayışlı ,səbirli davranmağı bacarmalıdır...
16 mart 2015 10:42
# 2
BARBI
Her sey qarsiliqli hormetden baslayir er sene qarsi hormet sevgi gostermirse sen de gosterme.
16 mart 2015 10:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz