Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşları arasında sevgi
Həyat yoldaşları arasında sevgi
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 885
Səs ver:
"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır!” (ər-Rum, 30/21).
Cəmiyyəti formalaşdıran əsas struktur ailədir. Ailə insanın rahatlıq tapdığı bir mühit, nəslin mütəmadiliyi üçün bir vəsilə, insanı müxtəlif pisliklərdən qoruyan bir müəssisədir.
Ailənin rahatlığı və xoşbəxtliyi cəmiyyətin rahatlığı və xoşbəxtliyi deməkdir. Ailə xoşbəxtliyinin təmin olunması, həyat yoldaşlarının və ailənin digər üzvlərinin bir-birilərinə sevgi, hörmət və yumşaqlıqla davranmaları ilə mümkündür. Acısı və şirini ilə bir ömür boyu birlikdə yaşayacaq həyat yoldaşlarının dostluğa, qarşılıqlı sevgi və hörmətə hamıdan çox ehtiyacları vardır. Oxuduğumuz ayədə də qeyd olunan "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etdik...” ifadəsi ər və arvadın yaradılış qayəsini bəyan edərək, insanın öz həyat yoldaşını rahatlıq və xoşbəxtlik tapacağı bir varlıq kimi görməsini təlqin edir. Elə isə ailə həyatında xoşbəxtliyin ilkin şərti həyat yoldaşlarının belə bir nöqteyi-nəzərə malik olmalarıdır.
Yaxın zamana qədər bir-biilərini tanımayan iki ayrı cinsin nümayəndəsinin çox güclü bağlarla bir-birinə bağlanması, əsasını iffətin təşkil etdiyi və qarşılıqlı etimad və sevgi hissləri ilə mükəmməlləşdirilən ailə qurumunun inşa edilməsi
Allahın insanlığa olan ən böyük lütflərindən biridir. Ayədə qeyd olunduğu kimi, düşünən bir qövm üçün bunda önəmli ibrətlər vardır.
Kainatın əsası sevgi üzərində qurulub. Sevgi ailə xoşbəxtliyini bəsləyən əsas mənbədir. Bu mənbə qurusa, ailə səadəti də təhlükəyə məruz qalar. Rəbbimiz də ailə həyatının lazımi şərtlərindən olan sevgini qəlblərin qovuşması üçün vəsilə etmişdir. Quranın bəyan etdiyi kimi, qəlblər ancaq Allahın istəyi ilə qovuşar. Həyat yoldaşlarının davranışları qəlblərin qovuşması üçün bir vasitə olmalıdır. Buna müvəffəq olan ər-arvad ruh və bədən sağlamlığı baxımından şanslı sayılır. Mütəmadi olaraq umu-küsü içində olan həyat yoldaşları məhz bu şərtə əməl etmədikləri üçün aralarındakı məhəbbət azalmağa və qəlblərin birliyi yox olmağa başlayar. Boşanaraq ailə həyatını məhv etməsələr belə, psixoloji sıxıntılara məruz qalar və beləcə, sağlamlıqlarını itirərlər. Buna görə də, həyat yoldaşları bir-birlərinə verdikləri dəyərlə, sevgi və hörmətlə xoşbəxtlik ağacını əkməli, uşaqlar da bu xoşbəxtliyin meyvələri olmalıdırlar. Xoşbəxt olmayan həyat yoldaşları xoşbəxt uşaqlar yetişdirə bilməzlər.
Ailə quranlar iki fərqli ailədə yaşamış iki fərqli şəxs olsalar da, ailə qurmanın zəruri bir şərti kimi eyni təknədə yoğurulublar. Həyat yoldaşlarının bir-birinə həmahəng olmaları hər mövzuda eyni fikirdə olmaları ilə nəticələnməz. Üstəlik, hər mövzuda eyni fikirdə olmaq da həmahəng bir həyatın yeganə səbəbi deyildir. Ailədə həmahəngliyin şərti olan "eyni müştərək görüş, düşüncə, zövq və dəyərləndirmə sahəsi” vardır. Qəbul edilmiş ümumi mövzuların xaricində seçim imkanı olan mövzularda fərqli görüşlər həyata rəngarənglik verər, dəyişiklik və zənginlik gətirər. Həyat yoldaşları arasında mübahisə ola bilər. Mübahisənin məqsədi tərəflərdən birinin öz üstünlüyünü qəbul etdirmək deyil, ağla ən uyğun olanı və ən doğru olanı həyata keçirməkdir. Həyat yoldaşları öz aralarında təzyiqə deyil, başa salmağa, mübarizəyə deyil, ortaq məxrəcə gəlməyə, nifrətə deyil, sevgiyə, hücuma deyil, arada rabitə qurmağa əhəmiyyət verməlidirlər.
Ailə qurmaq sevgiyə açılan ən geniş və ən ağır qapıdır. Sevgi bir-birini sevən insanların öz nöqsanlarını və qüsurlarını hiss etməsidir. Bu baxımdan həyat yoldaşları bir-birinə həm dost, həm yoldaş, həm də sirdaş olmalıdırlar. Sevən insanlar bir-birinə "səni sevirəm” deməkdən çəkinməməli, sevgidə əliaçıq, nifrətdə isə xəsis olmalıdır. Sevgi və hörməflə qurulan bu müqəddəs ocaqdan tüstünün çıxması üçün hər cür fədakarlıqdan çəkinməməli, bir-birinin nöqsanlarını və qüsurlarını deyil, yaxşı və gözəl tərəflərini önə çəkməli, həyatı hörmət və şəfqət çərçivəsində paylaşmalıdırlar.
Unutmayaq ki, sevgi və anlayışdakı nöqsan ahəngsizliyə, ahəngsizlik isə pis rəftar və şiddətə səbəb olur. Xüsusən də, ailəni möhkəm əsaslarla qurmayan və ya ailənin davamlı olmasının müqəddəs şərtlərini yerinə yetirməyən ər-arvad arasındakı ahəngsizlik onların boşanmalarına səbəb olur. Bu da, öz növbəsində, uşaqların könül dünyasına heç zaman silinməyəcək acı xatirələr həkk edir.


Şərhlər: 12
Baxılıb: 885
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gerek sevgiden once anlayish ola
10 mart 2015 18:47
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
tebrik edirem....
21 fevral 2015 18:21
# 11
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Gulu-Qezi
MENCE AILEDE ESAS QARWILIQLI HORMETDI BIRDE ITIRMEK QORXUSUDU,,GEREK ITIRMEK QORXUSU OLSUNKI BIR BIRININ QELBINI QIRMAQDAN CEKINESEN.YAZACAQ SOZUM COXDU BU HAKDA
21 fevral 2015 17:44
# 10
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Tomris Müslümova
sonuncu abzast cox ela yazilib mukemmel izah eddir
21 fevral 2015 17:34
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Turkan Abbasova
Sitat: Qlamurr
Düşünürəm ki,elə yaşda ailə qurmaq lazımdır ki,ailənin nə olduğunu,məsuliyyətini dərk edəsən,arada hörmət,güvən mütləq olmalıdır.....sevgi sonradan da yarana bilər,ancaq qarşılıqlı anlayış mütləq olmalıdır....

Mende bu fikirle tamamile raziyam.
21 fevral 2015 14:19
# 8
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
qanadli melek
Hormet varsa onan ireli gelerek sevgide olur qaygida
21 fevral 2015 14:16
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Nazan
mence en vacib olan hormetdi
21 fevral 2015 13:40
# 6
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Qlamurr
Düşünürəm ki,elə yaşda ailə qurmaq lazımdır ki,ailənin nə olduğunu,məsuliyyətini dərk edəsən,arada hörmət,güvən mütləq olmalıdır.....sevgi sonradan da yarana bilər,ancaq qarşılıqlı anlayış mütləq olmalıdır....
21 fevral 2015 12:25
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
Ilk novbede ailede hormet guven olmalidiki bu aile xowbext olsun
21 fevral 2015 11:17
# 4
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Melissa
birinci sevgidi...
21 fevral 2015 11:04
# 3
BARBI
Heyat yoldaslari arasinda en esasi hormetdir hormet olan yerde sevgi qaygi ve diger unsurler var
21 fevral 2015 11:01
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Əvvəl ailə möhkəm qurulmalıdır ki, sonra çat verməsin həmin möhkəm sözünə hörmət, güvən, sədaqət, anlayış və s. daxildir mənə görə ...
21 fevral 2015 10:51
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz