Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədə ər-arvadın vəzifələrindən daha üstün rəftarları
Ailədə ər-arvadın vəzifələrindən daha üstün rəftarları
Göndərən: Wiyinka
Şərhlər: 16
Baxılıb: 599
Səs ver:
Ən birinci məsələ ər-arvadın bir-biriləri ilə danışıq tərzidir. Başqaları ilə də danışıq tərzinin necəliyinə - uşaqlarla və böyüklərlə danışığın fərqinə, kişi və qadınla ünsiyyətin necəliyinə diqqət göstərilməlidir. Uşaqlarla dialoq qurmaq onların inkişafında təsir qoyan önəmli məsələlərdən biridir. Əksinə olduqda, yəni dialoq, fikir və hisslərin bəyanı üçün şərait yaradılmadıqda uşağın səmimiyyəti məhv olur, ətraf aləmlə tanışlığın qarşısı alınır. Ailə mühiti danışıq tərzinin kamil inkişaf etdirilməsi üçün ən yaxşı məkandır. Evdəki danışıq tərzi qadın üçün əhəmiyyət kəsb etdiyi qədər kişi üçün əhəmiyyət kəsb etmir, kişi ancaq başqaları ilə birlikdə olduqda danışıq tərzinə çox fikir verir. İslam təlimləri danışıq tərzinin necəliyi və məzmunu haqqında tövsiyələr vermişdir və bu tövsiyələr danışığın əvvəlindən başlayaraq sonuna qədər lazım olanları əhatə etmişdir.

Birinci növbədə, ailə üzvlərinin bir-biriləri ilə danışıq tərzi olduqca ehtiramlı şəkildə olmalıdır. Sözsüz ki, bir-biriləri ilə danışarkən səs tonu mülayim olmalıdır. Qurani-Kərim "Loğman” surəsi 19-cu ayədə ailədəki səs tonuna fikir verməyin əhəmiyyətini belə bildirir: ” Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və danışanda səsini qaldırma, çünki ən çirkin səs uzunqulaq səsidir!”

Mərifətli danışığın nişanələrindən biri ər-arvadın hər birinin digərini ən çox xoşladığı adla çağırmasıdır. İkincisi: xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri ailə üzvlərinin bir-birinə olan sevgisini sözdə büruzə vermələridir. Ailə üzvlərinin bir-birinə sevgisini sözdə büruzə vermələri aralarındakı səmimiyyətin dərinləşməsinə kömək edir. Üçüncüsü: ailə üzvlərinin sözdə bir-birilərinə təşəkkür etmələridir. Valideynə təşəkkür etmək Allaha təşəkkür etməklə bir sırada durur (Loğman surəsi, 14-cü ayə: (Biz insana buyurduq:) "Mənə və ata-anana şükr et!”). Ər-arvad da diqqətə layiq işlərin müqabilində bir-birinə təşəkkür etməlidir. Kişinin qadına ailədəki zəhmətlərinə görə təşəkkür etməsi onu daha da həvəsləndirir və bundan başqa ailədəki səmimiyyəti artırır.

Ailə mühitində Allahın verdiyi nemətlərdən söhbət açmaq çox əhəmiyyətlidir, çünki bu, şəxslərin öz həyat tərzlərindən razı qalmalarına kömək edir. Əslində şükr etməyin insanın özünə çox böyük faydası vardır. İnsanlara edilən təşəkkür və göstərilən lütf Allaha şükrün bir hissəsidir. Əks təqdirdə, yəni insanlara şükr etmədikdə şəxs, Allaha da şükr etməmiş olur. Bu ailə üzvləri üçün də keçərlidir, çünki hər kəs valideynlər, həyat yoldaşı, bəzən övladlar kimi maddiyyat və səmimiyyətə duyulan ehtiyacı ödəyə bilmir.

Münasib danışığın qurulmasına bəzi rəftarlar mane olur və ailə üzvləri bu rəftarlardan çəkinməlidirlər; Həmin rəftarlardan bəzilərini diqqətinizə çatdırırıq: boş danışıq, bir-birinin sözünü kəsmək, mübahisə, xüsusilə də əhəmiyyəti az olan məsələlər ətrafında mübahisə aparmaq, əsas mövzudan kənara çıxmaq, təhdid və hədələmələr, kobud sözlər (söyüş) işlətmək, məsxərəyə qoymaq, kəskin və tünd şəkildə tənqid etmək və çox danışmaq. Məsələn: Bütün ailə üzvləri bir yerə toplaşdıqda, bəzi ailə üzvlərinin gizli söhbət etmələri münasib deyil, çünki bu digər ailə üzvlərinin narahatlığına səbəb olur. Quran başqalarının qarşısında gizli söhbət etməyi birbaşa qadağan edib (Mücadilə surəsi, 7-10-cu ayələr). İslam təlimləri istər ciddi, istərsə də zarafatyana yalan danışmaq şəxsin aydın münasibət fəzasına zərər yetirir. İkinci məsələ danışıq tərzi ilə deyil, ailə üzvlərinin bir-birinə olan rəftarları ilə əlaqədardır. Burada bədən hərəkətləri necə oturmaq, dayanmaq, digəri ilə tutduğu məsafə, üzün haləti (tutqunluğu, təbəssümü), baxışların dikilməsi diqqət mərkəzində durur, belə ki, bütün bu sayılanlar istər-istəməz öz təsirini göstərir.

İslam təlimləri şəxslərə tövsiyə edir ki, insanlarla, xüsusilə də ailə üzvləri ilə gülər üzlə rəftar edin, çünki açıq və gülər üzlü olmaq insanların qəlbini cəzb edir, məhəbbəti artırır, sevinc və şadlıq gətirir, kini aparır. Mömin insan haqqında deyirlər ki, qəlbi dərdlə dolsa da insanlarla təbəssümlə danışar. İnsanlardan üz çevirmək münasibətlərə mənfi təsir göstərir və Quran insanları bu rəftarlardan çəkindirir (Loğman surəsi, 18-ci ayə: "Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma... ”) Ər-arvad bir-birinə mehribancasına baxmalıdır; övladın valideyninə baxışı, valideynin övladına baxışı belə olmalıdır.

Ailə mühitindəki rəftarlara dair verilən tövsiyələrdən bir hissəsi mühitin təmizliyinə, ər-arvadın bir-biriləri üçün, ailə üzvlərinin bir-biriləri üçün təmizliyə riayət etmələrinə aiddir. Yəni hər bir ailə üzvü ailə daxilində də təmizliyini qorumalıdır. Bu, məhəbbətin artmasına səbəb olur. Ən əsası isə ailə üzvlərinin bir yerə, xüsusilə, axşamçağı bir yerə yığışmasıdır. Peyğəmbər (s) ailə ilə birlikdə olmağın Mədinə məscidindəki ibadət və etikafdan daha çox Allaha xoş gəldiyini elan etmişdir. Ailə ilə birgə süfrə arxasında oturmağın əhəmiyyəti haqqında isə Peyğəmbər (s) belə buyurur: "Hər bir kişi yemək süfrəsini açıb, öz arvad-uşaqlarını süfrəyə dəvət edərsə və Allahın adı ilə yeməyə başlayıb, Allaha şükrlə yeməyi bitirərsə süfrə hələ toplanmamış Allahın rəhməti və əhvi onlara nazil olar .”

İslam təlimlərində qadınla kişini ev işlərində bir-birinə kömək etməyə şövqləndirən maraqlı nöqtələr vardır: "Əgər qadın və ya kişi öz həyat yoldaşına bir qurtum su içirtsə, bunun savabı bir illik oruc və gecə ibadətlərinin savabından çox olar, həyat yoldaşına içirtdiyi hər qurtum suyun müqabilində Allah cənnətdə bir şəhərin binasını qoyar və onun altmış günahını bağışlar”. "Ev işlərini görmək məqsədilə bir əşyanı bir yerdən digər yerə qoyan qadına Allah nəzər salar və Allahın nəzər saldığı kimsə əzab görməyəcək”.

Bütün bu tövsiyyələrə əməl edənlərin ailə fəzasını müsbət və səmimiyyətlə dolu əhval-ruhiyyə bürüyər.


Şərhlər: 16
Baxılıb: 599
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
esas hormetdi
10 mart 2015 18:37
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
mence esasi sevgidir....
21 fevral 2015 18:32
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
qonaqa
Maraqlidir. Tam raziyam
19 fevral 2015 01:24
# 14
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Nazan
en esasi hormetdi
18 fevral 2015 20:38
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
AYKA-ISI
yazilanlarla raziyam her iki teref bir biruni bawa duwmelidi
18 fevral 2015 19:04
# 12
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Bestoş
tewekkurler xebere gore
18 fevral 2015 17:08
# 11
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Tomris Müslümova
maraqli faktlarla esaslandirilmis xeberdi..
18 fevral 2015 15:49
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Baharim ol
cox gozel meslehetlerdi.her sey hormet ve guleruzden asilidir mence.
18 fevral 2015 15:24
# 9
Ama yenede
qanadli melek
Esas qarwiliqli hormetdi onda her iki teref danisiqinida hereketinede daha diqqetli olacaq
18 fevral 2015 14:05
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Menim dusuncemce her sey qarsiluqli olmalidir hormetde reftarda o sennen nece reftar edirse sende ele
18 fevral 2015 14:01
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
birdane
Ailede en esas hormetdir
18 fevral 2015 13:50
# 6
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Qlamurr
Fərqi yoxdu qarşısındakının kimliyindən adılı olmayaraq insan danışıq tərzinə fikir verməlidir,səs tonunu qaldırmamalıdır...həmçinin də ailədə həyat yoldaşına,uşaqlara qarşı mehriban,qayğıkeş olmaq mütləq lazımdı....belə ailədə xoşbəxtlik,hüzur olur...tşk canım...
18 fevral 2015 12:58
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
cinqosh
Çox gözəl nümunələrdi.Peyğəmbərimizin(s.a.v) ailəsinə, xanımlarına və uşaqlarına münasibəti həqiqətən insana əsl sevgini, insanlığı öyrədir. Mən həmişə həyatımda "Quran"ın parlaq işığını hiss etmişəm...
18 fevral 2015 12:43
# 4
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Melissa
birinci hormet ve sevgi olmalidi
18 fevral 2015 12:41
# 3
rəmsə
Əlbəttə burda yazılanların hamısı ilə razıyam.Ərlə arvad arasında qarşıllqlı hörmət,mehribançılıq olmalıdı.
18 fevral 2015 12:30
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fialka
Ümumiyyətlə istər ailədə istər də başqa bir mühitdə olsun insan gərək danışığının hərəkətlərinin yerini bilsin nəyi necə və harda etmək lazımdır bilməlidir həm də insanda gərək mədəniyyət də ola yerli yersiz nə gəldi danışmaq və hərəkət etmək heçdə sağlam münasibət sayılmır
18 fevral 2015 12:10
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz