Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə boşanırıq?
Niyə boşanırıq?
Göndərən: Narınc Rüstəmova
Şərhlər: 16
Baxılıb: 608
Səs ver:
Son illər Azərbaycanda boşanmalarla nəticələnən ailə zəminində münaqişələr narahatlıq doğurur.

Təəssüf ki, ailədaxili zorakılıqlar bəzən cinayətə qədər gedib çıxır. Bəs ailələrdə bu cür hadisələr nədən baş verir?

Boşanmaların bir hissəsi şsizlik üzündən qaynaqlanır. Məsələ ondadır ki, işsizlik, az qazanc və bunların fonunda ailəni dolandırmağın çətinliyi konfliktlərə yol açır. İşsiz olan ailə başçısı günboyu evdə olduğundan, münasibətlər gərginləşir, bəzən isə kişi qadına zor tətbiq edir və s.

Bu xüsusda həyata keçrilən məhkəmə işlərinin analizləri göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu elə də az deyil. Hesab olunur ki, ailələrdə konfliktli hallarının artmasında sosial şəbəkələrin rolu böyükdür. Xüsusən də qadınların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır.

Tanınmış psixoloq Elnur Rüstəmov hesab edir ki, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internet insanları bir-birindən uzaqlaşdırır. Bu da ailədaxili münasibətlərin boşanma ilə nəticələnməsinə səbəb olan faktorlardan biridir:

"Əsas faktor olmasa da, indi sosial səbəkələr boşanmalarda müəyyən rol oynayır. Əsas faktor kimi götürəndə isə nəinki sosial şəbəkələr, ümumiyyətlə, internetin özünü qeyd etməliyik. Çünki bu gün bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır.

Boşanmaların əsas səbəbləri sırasında ailədə olan zorakılıqları da qeyd etmək olar. Araşdırmalar onu göstərir ki, ailə zorakılığının kökləri qadının ənənəvi olaraq bir çox cəmiyyətlərdə özəl və ictimai həyatda asılı rol tutmasına gedir.

Zorakılıq üzündən ildə 1200-ə yaxın qadın ölür, 2 milyon qadın isə yaralanır. Hər il 4 minə yaxın qadın isə evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın hər gün müxtəlif zərbələrə tuş gəlir. Təəssüf ki, Azərbaycanda qadının döyülməsi ilə bağlı kişilərin 52%-i hesab edir ki,"QADIN DÖYÜLÜRSƏ DEMƏLİ, BUNA LAYİQ NƏSƏ EDİB". Qadınların 24%-I də bu fikirlə razıdır.

Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür (hələ atası və ya qardaşı tərəfdən döyülənləri hesaba almasaq). Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən illərdə məişət zorakılığı ilə bağlı 773 cinayət hadisəsi baş verib. Bu növ cinayətlərin 10,2 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 11,3 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 73,9 faizi döymə, 22,4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,5 faizi qəsdən adam öldürmə, 3,2 faizi isə digər cinayətlərdir.

Ailələrdə boşanmaların müəyyən hissəsi övladın olmaması ilə bağlıdır. Bəzi kişilər ya ev işləri görmələri üçün ya da həyata varis gətirməkləri üçün ailə qururlar. Bu istəklər olmadıqda qadın zorakılığa məruz qalır, ya varis qız övladı olduqda bəzi vaxt uşaq dünyaya gəlmədən ananın bətnindən götürülür, ovlad olmadıqda isə boşanmaya əl atılır.

Övladın olmaması isə 2 səbədən baş verir: ya ailə quran şəxslərin birinin istəyib o birinin istəməməsi, ya da bioloji səbəbdən. Biloloji səbədən uşaq olmayanların bir çoxu ya uşaq övladlığa götürməkdən boyun qaçırdır, ya da süni mayalandırmaq istəmirlər.

Məsələyə münasibət bildirən "Qadınlar Arasında Həmrəylik" İctimai Birliyinin rəhbəri Ruhəngiz Hüseynovanın da sözlərinə görə, övlad olmaması üzündən Azərbaycan ailələrində bir sıra gərginliklər yaşanır: "Xüsusilə də övladın olmaması qadınla bağlıdırsa, ailə başçısı, oğlanın anası, qohumları tərəfindən ailədə gərginlik yaradılır.

Bu səbəbdən ailədə yaşanan bənzər münaqişələr əksər hallarda ailənin dağılmasına gətirib çıxarır. Hesab edirəm ki, bu kimi səbəblərə görə qadınları gözüm-çıxdıya salmaq doğru deyil. Belə hallara yol vermək qadınların hüquqlarının açıq-aşkar pozulması deməkdir. Çünki övlad olmayanda tək qadınlar deyil, kişilərin özləri də yoxlamadan keçməlidir. Çox vaxt qadın gedir həkimə, müalicə olunur, amma uşağı olmur.

Bu zaman düşürlər qadının üstünə. Ay aman, sənin uşağın olmur və s. Halbuki, qadınla bərabər kişi də müalicədən keçməlidir. Bütün bunlar baş vermədiyindən, çox qısa müddətdə qadını boşayırlar ki, bəs onun uşağı olmur.

Mənə elə gəlir ki, bu məsələdə bir az səbrli, təmkinli olmaq lazımdır. Biz bir tərəfdən övlad istəyiriksə, o biri tərəfdən də fikirləşməliyik ki, Allahın bir qisməti var. Allaha inanan adamlar fikirləşməlidir ki, Tanrının qismətindən qaçmaq olmaz. Doğrudan da qismətində övlad varsa, Allah gec-tez onu sənə bəxş edəcək.

Ona görə də övlad olmadığı üçün ailədə gərginlik yaratmaq, münaqişələrə rəvac vermək doğru deyil. Mümkün olan bütün vasitələrdən istifadə olunmalıdır".

Ailələrdə bu cür hadisələrin aradan qalxması üçün maariflənmə işlərinin aparılması olduqca vacibdir. Çox yaxşı olardı ki, cütlüklər ailə qurmamışdan öncə tibbi müayinədən keçmələri ilə yanaşı psixoloji müayinədəndə də keçsinlər.

Tərəflər öncədən bir-birlərini yaxşı tanısalar, ailə qurduqdan sonra da bu cür hallarla rastlaşdıqda dözümlü davranacaqlar.


Şərhlər: 16
Baxılıb: 608
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ALlahhec kime yashatmasin insallah
10 mart 2015 18:04
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
BOSANMAQ COX GUNAHDIR.....
12 fevral 2015 19:04
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nazan
maraqliydi
11 fevral 2015 19:11
# 14
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Menim balam
Az qala ailem dağilirdi. Allahıma şükür olsun yoldaşim ehatesınde olan pis insanlardan uzaqlaşdı.

Hayatda qoymaram ki, yoldaşimin dostu olsun. Salam sağ ol vesselam .
10 fevral 2015 16:47
# 13
KRALİCEM
Biz bosansaq qaynanam uzunden olacaq
9 fevral 2015 22:54
# 12
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
lili)
uzaq olsun deyirem xosbextciliyimiz daim olsun
9 fevral 2015 17:37
# 11
sona
Bowanmanin sebebi coxdu. Kimi heqiqeten doze bilmiyib bowanir kimide agilsizliginin ucbatinnan
9 fevral 2015 15:09
# 10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
ayan97
Allah uzag etsin .!
9 fevral 2015 14:47
# 9
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Glamurka Nemiska
Umumiyyetle ozune ele birisini secmelisenki heyatinda onnan basqa biri daha olmasin yeniki seni bowanmaga vadar edecek weyler etmesin buna gorede secimlerimizi duzgun etmeliyik bosanmaga da ehtiyac qalmasin
9 fevral 2015 12:11
# 8
#Narminintheskywithdiamonds
Bestoş
allah her kesden uzaq etsin amin
9 fevral 2015 11:31
# 7
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Fialka
Boşanma hallarına səbəb kimi burda inernet asılılığı, qadına qarşı zorakılıq , və uşağın olmaması göstərilib bəzən fərqli də olur kənar təsirlərdə rol oynayır əlbətdəki ailə müqəddəsdi qurmaq çox çətin dağıtmaq isə asanddı bəziləri üçünsə əksinə elə ailə qurmaq lazımdır bir birin başa düşüb çətinliklərin öhdəsindən birgə gəlmək lazımdır ancaq son çarə boşanma ola bilər Allah belə ailələrə ağıl və güclü iman sahibi olmağı nəsib etsin Amin
9 fevral 2015 11:29
# 6
BARBI
Niye bosaniriq ele dovrdurki hec kes bir birinin sozunu goturmur ona gore bosanma hallari coxalir
9 fevral 2015 11:20
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
guler19
Ümumiyyətlə dinimizde insanların möhkəm təməllər üzərində ailə qurmasını tövsiyə edir. Hətta bu haqda Həzrəti Məhəmməd öz hədislərinin birində buyurur: “Evlənin, çoxalın, çünki mən qiyamət günü sizin çoxluğunuzla fəxr edəcəyəm.
Bu gün çox təəssüfər olsun ki, Azərbaycanda bu kimi halların qarşısını almaq üçün bezi addımlar atılmır. Boşanmanın bu qədər geniş yayılmasının səbəbləri çoxdur. . Çünki nə qədər qadınlar var ki, sadəcə boşandıqdan sonrakı taleyi müəmmalı qaldığı üçün boşanmır, dözür qul kimi – şilləyə də, təhqirə də. Ən əsas səbəb əlbəttə ki, iqtisadi çətinlikdir. Bəzən kişi evə qazanc gətirə bilmədiyi halda qadın qazanc gətirir. Kişi qadının basqısı altında qalır. Və yaxud da borc götürürlər, sələmə düşürlər. Sonda da günahı bir-birinin üstünə atırlar. Yenə dava, yenə boşanma. hətta kredit borcuna görə dağılan ailələr de az deyil
Həmçinin elə ailələr var ki, sadəcə boşanma “siyahısına” düşməyiblər. Baxırsan ki, ər illərlə xaricdədir. Və yaxud da baxırsan ki, qadın aylarla Dubayda, İstanbuldadır. Məsələyə dövlətin qarışması lazim. Millətin gələcəyi üçün.
9 fevral 2015 11:14
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Gulu-Qezi
bowanmaqi her kes bacarar ama xowbext olmaqi yox gerek insanlar ozleri oz seflerini bawa duwe ve bagiwlamaqi bacaraki xowbext olasan..xowbext olmaq bir aileni axra kimi davam etmeyi bacarmaq cetindi temboli indiki vaxtda.cox tessufki indi ne bezi qadinlarimizda sebr ve dozum yoxdu aileni qoruyub saxlasin.nedeki bezi kiwilerimi demek olarki uje kecmiwdeki kimi aileye heyat yoldawina sahiblenecek kiwi sayilacaq qederdi...indikiler duwunurki ehhh ne olsun ailemdi uzagi ayrilacaq bawqasi ile aile quracam...inaninki indikilerin coxu bele duwunur////ALLAH o gunden qorusun bizi..her zaman dua edendede deyirem ya REBBIM ne olar ne olursa olsun her cetinliye dozmeye haziram birce weytanin yoldawimin aglini bawindan almasina doze bilmerem..men ozumde her sozu goturen deyilem...ama bacardiqim qeder ailemin xetrine bagiwlamaqi ve yola vermeyi bacariram...
9 fevral 2015 10:55
# 3
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Tomris Müslümova
allah uzaq elesin aileni dagitmaq pis seydi
9 fevral 2015 10:41
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Melissa
boshanmaq cox sey ustunde olyr.. allah hamiya xosbext aile qismet etsin
9 fevral 2015 10:31
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz