Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İkinci evliliklər və uşaq psixologiyası
İkinci evliliklər və uşaq psixologiyası
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 623
Səs ver:
İkinci dəfə evlilik valideynlərin ümidlə girdikləri, müsbət, şən bir ailə mühitinə duyulan ehtiyacı aradan qaldırmağın bir yoludur. Bu vəziyyət istər təkliyi aradan götürmə ehtiyacından, istərsə də təkbaşına məsuliyyətlərin altından qalxmaqda işin çətinliyindən qaynaqlanır. Bir çox yetkin insan boşandıqdan sonra həyatını yenidən tənzimləmə və yeni bir əlaqəyə başlama meylindədir. Bu təbii dövrdə yetkinlər bir çox yeni birlikdəliklər yaşaya bilərlər. Ancaq uşaqların yalnız ciddi əlaqə olacağı düşünülən kəslərlə tanış edilmələri məsləhətdir. Araşdırmalar zamanı boşanan cütlüklərin 3-5 il sonra yenidən evləndikləri sübut edilib. Kişilərin yenidən evlənmə nisbəti qadınlara görə daha çox və daha tezdir. Bir çox kişi və qadın ilk evliliklərində təcrübəsiz olduqlarına görə səhvlər etdiklərini və bu səhvlərdən dərs alaraq artıq gerçək sevgiyə və ortaq gözəl əlaqəyə hazır olduqlarını hiss edir və yenidən evlənirlər. İkinci evlilik əvvəlki evliliyə bənzəyə bilər, ancaq ailə mühiti qətiliklə birinci evliliyin bənzəri ola bilməz. İkinci evliliklərdə qarşılaşılan ən böyük problemlərdən biri uşaqlardan gələn cavabalardır. Yeni və xoşbəxt bir ailə qurma mərhələsində uşaqların bir çoxu yeni adamı qəbul edir. Bu xəbər uşaqlara diqqətlə verilməlidir. Evlilik qərarı böyüklərin öz həyatları ilə əlaqədar olan qərardır. Valideynlərin aldığı bu qərarı uşaqla birlikdə olduğu zaman, sakit bir mühitdə söyləməsi uşağın rahat reaksiya göstərməsinə kömək edər. Ancaq evlənmək üçün uşaqdan icazə istəmək həm uşağın böyüklərin həyatını idarə etməsinə, həm də üzərlərinə yaşına uyğun olmayan məsuliyyətlər düşməsinə gətirib çıxarır. Uşağın sevəcəyi yerlərə ikinci həyat yoldaşı seçəcəyiniz şəxslə birlikdə etdiyiniz qısa gəzintilər tanış olma və həmin insana alışmağa kömək edər. Şişirdilmədən aparılan danışıqlar uşaqlara daha çox inam verir. İnsanı sevdirmək üçün istiqamətli səylər isə məcburedici ola bilər. Uşaq və ikinci həyat yoldaşının bir-birlərini tanıması, inanması və sevməsi üçün səbrli olmaq lazımdır. Uşaqlar yeni evliliyə nə qədər hazır olsalar və bu evliliyə nə qədər xoş münasibət bəsləsələr də, bir sıra problemlərin yaşanması qaçılmazdır. Çünki uşaqlar uzun müddət öz ana və atasının təkrar bir yerdə olmasına ümid edir. Yeni evlilik xəbəri uşağın bu ümidini itirməsinə səbəb olur. Evlənən cütlüklər də, uşaq da əvvəllər bəzi çətinliklər yaşayacaqlar. Xüsusilə ilk zamanlarda uşaqlardan yeni gələn valideyinlərə "ana" və "ata" deyə xitab etməsi istənməməlidir. Onsuz da uşaqlar bu adama "bacı", "qardaş", "xala", "əmi" deyə xitab edərək reaksiyalarını dilə gətirəcəklər. Ögey valideynlərin yaşayacağı bir sıra çətinliklər var. Xüsusilə uşağa qarşı duyduğu yaxınlıq, uşaqla əlaqədar qərar vermək haqqı və məsuliyyəti, uşağa göstərəcəyi intizamın doğruluğu və maliyyə məsuliyyətləri mövzusunda çətinliklər yaşaya bilərlər.
Yenidən evlənmə hallarında böyük yaşlı uşaqlar kiçik uşaqlara görə daha az təsirlənirlər. Bu vəziyyət böyük yaşdakı uşaqların daha məntiqli düşünə və özlərini daha müstəqil idarə edə bildikləri ilə açıqlana bilər. İkinci evlilik uşaq kiçikkən, ya da yetkinlik dövrü sonrasında reallaşdığı zaman daha az çətinlik yaşandığı müşahidə edilir.Xüsusilə yetkinlik dövründə uyğunlaşmaq çətin olur. Uşağın ikinci həyat yoldaşınızla yaşayıb-yaşamayacağı da əhəmiyyətlidir. Atası ilə yaşayan uşağın anasının evlənməsi, ya da anası ila yaşayan uşağın atasının evlənməsi fərqli anlaşılmaya yol açar. Ana ilə yaşayan qız, ana ilə yaşayan oğlan, ata ilə yaşayan qız, ata ilə yaşayan oğlan olmaq da ikinci yoldaşa baxışa təsir edər. Anaları ilə yaşayan oğlanlar və ataları ilə yaşayan qız uşaqları özlərini evin kişisi və ya qadını kimi görə bilər. Bu vəziyyətdə evə yeni gələn adam onun rolunu də əlindən alacaq. Gerçəkdə heç bir uşaq ana, ya da atasını qarşı cinsdən biriylə paylaşmaq istəməz. Bu səbəbdən ögey ana və ya atanı düşmən, öz ana və ya da atasının sevgisinə bir rəqib, dəvətsiz qonaq kimi görə bilər və yeni gələn adama yaxınlaşmaya bilər. Uşaq öz anasını və ya atasını hər zaman istəməkdədir. Artıq öz valideynlərindən biri yanında olmayacaq. Bu səbəblə inamsızlıq yaşayacaq və yanında qaldığı valideyinlə daha da yaxın olacaqdır. Uşaq gedən valideynlərə qarşı düşmən duyğusu bəsləyəcək, çünki onu buraxıb getmişdir. Bütün ümidlərini ikinci valideynə bağlayır, həmin valideyn də bir gün evlənmək istədikdə onu ikinci plana itələmiş olur. Bu mövzuda uşağın ağlında dəyişik və kompleks suallar yaranır. "Görəsən, məni bu yeni həyat yoldaşının gəlməsinə baxmayaraq, əvvəlki qədər sevəcəkmi?" kimi düşüncələr uşağın zehnini məşğul edəcək. Ögey valideyn isə yaxşı niyyətinə baxmayaraq, uşaqların yaratdığı davamlı çətinliklər qarşısında ümidini itirməyə başlayır.
Bu vəziyyətdə ögey valideyn ilə uşaq arasındakı problemləri həll etməkdə öz valideyinlərinə daha çox vəzifə düşür. Bu mühitdə qəti mühakimə etmək olmaz. Bəzən valideyn evləndiyi adamla uşağının yaşadığı çətinliklər üzündən özünü günahkar hiss edir, hətta evləndiyinə peşman belə olur. Evlənən kəslər hər şeydən əvvəl uşaqlı biriylə evlənmiş olduqları həqiqətini qəbul etməlidirlər. Daha sonra uşağı tanımağa, anlamağa çalışmalı, ona zaman verməli və səbrli olmalıdırlar. Evə yeni gələn birinin "Səndən məni dərhal sevməyini və qəbul etməyini gözləmirəm, çünki məni kifayət qədər tanımırsan. Ancaq mən də səni kifayət qədər tanımıram. İstəsən əvvəl bir-birimizi tanımağa çalışaq" kimi sözlər hər şeydən əvvəl uşaqda qarşısındakı adamın onu anladığı fikirinin yaranmasına səbəb olacaq. Uşaqların yeni evlilik reallaşmadan əvvəl ailə həyatlarında bəzi vərdişləri və dəyərləri daşıdıqları unudulmamalıdır. Əgər valideynlərdən biri vəfat edibsə, o dövrdə yaşanan çətinliklərin uşaq üzərindəki təsiri asanlıqla keçməyəcək, dünyasını dəyişən valideyn onun gözündə ideallaşacaqdır. Vəfat edən valideyn utopik bir şəkildə xatırlandığında ona bərabər valideynlik etmək çox çətin olur. Ya da boşanma nəticəsində valideynlərdən biri getmişsə yenə uşağın üzərindəki təsiri əhəmiyyət daşımaqdadır. Boşanma əvvəli ailədə yaşanan gərgin günlər uşağın günahkarlıq hissi duymasına, dəyərsizlik duyğusuna qapılmasına səbəb olar. Uşaqların bir hissəsi boşanma hadisəsində özlərini günahkar hiss edir, dəcəllik etdiyi, ya da ana-atasını incitdiyi üçün onların ayrıldığı duyğusuna qapıla bilər. Oğlan atasının ayrılmasında özünü günahkar hissi edər. Evdən ayrılan adam anadırsa, bənzər duyğular qız uşağı üçün də etibarlıdır. Boşanma hadisəsini tərk edilmə olaraq yaşayan uşaq özünün dəyərsiz olduğuna inanır. Valideynlərin bu mövzuda diqqətli olmaları lazımdır. Ögey ana uşaqlarla rahat ünsiyyət qura bilməyin yollarını axtarmalıdır. Yaşanan problemləri təhlil etməli, problem yaratmamalıdır. Uşaqların analarına qarşı duyduqları sevgiyə hörmət göstərməli, analarından bəhs etmələrinə icazə verilməlidir.
Əgər anaları yaşayırsa, onu ziyarət etmələrinə icazə verməlidır. Əgər istəyirlərsə, uşaqların otaqlarına analarının şəklini asmalarına icazə verməli, anaları mövzusunda yaşadıqları duyğuları uşaqlarla paylaşmalıdır. Bütün bunları etmək başlanğıcda çətin ola bilər. Ancaq uşağı ögey anaya yaxınlaşdırmaqda son dərəcə təsirli bir yanaşmadır. Eyni vəziyyət ögey ata üçün də etibarlıdır. Çünki evə gələn ögey atanın da yaşayacağı bir çox problemlər olacaq. Hər nə qədər aparılan araşdırmalarda ataların daha az problemlə qarşılaşdığı fikri söylənsə də, yenə də ögey ata olmaq asan deyil. Nəticə olaraq yuxarıda göstərilən çətin vəziyyətlərdən xilas olmaq hər kəsin öz əlindədir. Yaşanan çətin günləri minimuma endirmək tərəflərin anlayış, mehriban və səmimiliyi ilə mümkün olacaq. Ailədaxili nizamın qorunmasında əhəmiyyətli və lazımlıdır. Ən çox təsirlənən və gələcəkdə bu təsirlərin yaratdığı problemləri yaşayacaq olanın uşaq olduğu düşünülsə ən çox vəzifə valideynlərə düşür.


Şərhlər: 12
Baxılıb: 623
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ikinci defe evliliy qarshi insanam birinci defe alinmiyibsa artiq oz heyatini yashamaq lazimdi deye dushunurem ozun tekde bu heyatda irelileye bilersen,tebiki Allah hec kime ayriliq yashatmasin
10 mart 2015 16:19
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sona
Umumiyyetle evlilikde gerek insan cox duwunsun ama ikinci evlilikde ikiqat artiw duwunmelidi. Bezen olurki bowanirlar ve gelinler ovladini duwunmefen oz nefsine gore hereket edir. Ozu beyendi sevdi vessalam evlenir ama sora o ogey ata ataliq elemir. Cunku o ataya yox anaya gore evlenib. Hemcininde kiwiler ozlerini duwunub qadin alir gelen qadin ogeylik edir. Ve bu veziyyetdede eziyyet ceken uwaqlar olur. Allah hec kimevgostermesin
28 yanvar 2015 21:15
# 11
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Tomris Müslümova
men bir o qeder de yaxsi baxmiram 2 ci evliliye bu menim fikrimdi mense duz deyil
28 yanvar 2015 20:58
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Bestoş
allah uzaq elesin her kesden
28 yanvar 2015 17:53
# 9
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Luna-90
Allah uzaq elesin.ne kisiye ne qadina arzulamiram 2ci evliliyi ureyim partliyir bele movzu esidende
28 yanvar 2015 15:57
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
aynur2002
Allah butun aileleri dagilmaqdan qorusun.
28 yanvar 2015 14:57
# 7
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
AYKA-ISI
ikinci evliliye cox pis baxiram hem insanin ozune hemde uwaga cox pis tesir edir
28 yanvar 2015 13:06
# 6
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Ailənin dagılması əlavə ikinci evlilik bütün bunlar uşagın psixoloqiyasına tramvadı buna görə bu xüsusda daha həssas diqqətli yanaşmaq lazımdır..
28 yanvar 2015 12:15
# 5
lili)
bu mesellede cox hessas olmalisan usaqin beyninde travmalar yaradir nece deyeller yuz olcub bir bicmek lazimdi
28 yanvar 2015 12:09
# 4
Melissa
raziyam.
28 yanvar 2015 11:40
# 3
Gulu-Qezi
yazilanlarla raziyam...ikinci evlilik eger evladlar var sa atalar demiw yuz olcub bir bicmelisenki uwaqlara menfi tesir elemesin
28 yanvar 2015 11:38
# 2
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
BARBI
Ikinci evlilik usaqlarda cox boyuk problemler yaradir yeni insanlar yeni aile yeni baci qardas bu usaqlarda bir cox psixolojik travmalara cevrilir hemise ikinci evlilik ederlen mutleq usaqlarida dusunmek lazimdir
28 yanvar 2015 11:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz