Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə evlənməliyik?
Niyə evlənməliyik?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1329
Səs ver:
İndiki zamanda evli olmaq köhnə dəb hesab edilir. Cavanlar əsasən subay qalmağa və ya gec evlənməyə üstünlük verir. Ancaq bir çox ölkələrdə hələ də bir insanın həyatında qazandığı ən dəyərli şeyin ailə olduğu qəbul edilir.
 
Evli olmağın həm mənfiləri, həm də müsbətləri var. Əgər cütlük xoşbəxtdirsə, ailənin bütün problemləri də həll edilmiş olacaq. Sosioloqlar sevdiyi insanla evlənənlərin subay qalmağı seçən cütlüklərdən daha xoşbəxt olduqlarını deyir. Rəsmən evli olan cütlüklərin uşaqları da sağlam olur.
 
Uzun ömür
Statistikaya görə evli olmayan cütlüklər arasında erkən ölüm ikiqat çoxdur. Evli cütlüklər isə bir-birinin qayğısına qalır, bir-birinə kömək edirlər. İnsan həmişə kiminsə ona ehtiyacı olduğunu anlayıb özünə baxır və məsuliyyət hiss edir. Uzun həyat yaşamaq üçün evlənin, ancaq doğru olmayan insanla evlənərək həyatınızın yanlışını etməyin.
 
Özünə qulluq etmək
Statistika göstərir ki, evli insanlar daha sağlamdırlar. İnsanlar ailəsi üçün məsuliyyət hiss edir və özünə yaxşı baxmağa çalışır. Pis vərdişlərdən imtina edir. Ancaq sadəcə evlilik xətrinə evlənməyin, xoşbəxt ola biləcəyiniz bir evlilik qurun.
 
Cinsi xəstəlik riski az olur
Evli cütlüklərin müntəzəm seks həyatları olur. Onlar hər dəfə yeni seks partnyoru tapmağa ehtiyac duymur. Bu da cinsi xəstəlik riskini azaldır.
 
Qadın sağlığı
Qadınlar üçün yaxşı evliliyin çox müsbət yanları var. Sağlam bir cinsi həyat onları xoşbəxt edir. Araşdırmalar göstərir ki, subay  insanlar depressiya və psixi problemlərdən çox əziyyət çəkir.
 
Kişilərin sağlamlıq problemləri həll olunur
 
Yalnız qadınlar deyil,  kişilər də evli olduqlarında həm zehni, həm də emosiya baxımından sağlam olur. Onlara qayğı göstərilir, sevilməyi və ehtiyac duyulduğunu hiss edir. Bu, kişilərin ürək- damar sistemi üçün faydalıdır.
 
Yaxşı maliyyə vəziyyəti
Evli insanların subay insanlara nisbətən daha çox pul xərcləməsi müşahidə olunur. Bundan başqa hər iki tərəf xərcləmək üçün yaxşı pul da qazanır. Evli kişi dərk edir ki, xanımı və uşaqlarının ehtiyacını ödəməlidir və buna görə çox pul qazanır, halbuki subay insanlar aşağı maaşla kifayətlənə bilər.
 
Pis vərdişlərə qalib gəlmək
Araşdırmalar göstərib ki,  evli insanlar pis vərdişlərindən məsuliyyət hissinə görə daha asanlıqla xilas ola bilirlər.
 
Uşaqların qayğısına qalmaq asan olur
Əgər yalnız deyilsinizsə, həyat daha asandır, üstəlik böyümüş yetkin uşaqlarınız varsa. Bütün məsuliyyətini uşaqlarına yönəldən valideynlər hər zaman başqaları üçün yaxşı nümunə olur.
 
Ömürlük yoldaşlıq
Birinə sadiq qalmaq gözəl şeydir. Bunun mükafatında sizi hər zaman qiymətləndirən və sevən birini qazanmış olarsınız. Bunlar insanlar tərəfindən həmişə yüksək qiymətləndirilir. Hər birimiz həyatımızın sonuna qədər bizimlə olacaq birinə rastlamaq arzusuyla yaşayırıq.


Şərhlər:
Baxılıb: 1329
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz