Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cütlüklərin sevgi hissi niyə azalır?
Cütlüklərin sevgi hissi niyə azalır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 887
Səs ver:
Heç şübhəsiz ki, sevgi nədir deyib insanlardan bunun haqqında fikirlərini soruşsaq, bunun haqqında hər kəs öz təcrübəsindən az və ya çox danışar. Çünki dünyada elə bir insan tapmaq olmaz ki, sevgi haqqında təcrübəsi olmasın. Ancaq maraqlıdır ki, sevgi bu qədər böyük nemət, insanın ən çox zövq alacağı hiss olmağına baxmayaraq, əksər insanlar sevgidən şikayət edir, dünyada əsl sevgi tapmaqdıqlarını, vəfasızlıq gördüklərini deyirlər.

Sevgi qarşılıqlı etibar duyularaq yaşana biləcək bir duyğudur. Etibarın meydana gəlməsi üçün isə tək şərt Allaha iman gətirən insan olmaqdır. Çünki ancaq Allahdan qorxan insan hər zaman Allahın məmnuniyyətini axtarır və öz mənfəətlərini güdmür. O insana eibar etmək olar ki, belə bir insan Allahın haram etdiyi heç bir şeyə yanaşmayacaq, eləcə də sevgidə vəfasız olmayacaq.

İnkar edən, qəlbində iman olmayan insanlar arasında sevginin yox olmasının başlıca səbəblərindən biri etibarsızlıq, vəfasızlıq hissidir. Bir insan qarşısındakı insana etibar edə bilmədiyində nəinki sevə, ona qarşı səmimi belə ola bilməz. Çünki səmimi olduğunda hər şeyin öz əleyhinə istifadə edilməsindən qorxar. Buna görə inkar edənlər həyatlarını gizli yaşayırlar və özlərini qorumaq üçün hər zaman ayıq olurlar. Əlbəttə çox açıqdır ki, belə münasibətlərdə sevgi yaşana bilməz. Bu cür insanlar da sevgini yaşaya bilməyəcəklərini bildikləri üçün də ətrafındakı insanlara qarşı qəlbində qətiyyən sevgi yaranmır, öz daxili aləmlərinə çəkilir, bundan sonra yalnız özləri üçün, öz istək və ehtirasları üçün yaşamağı seçirlər.
Sevginin niyə yox olduğunu düşünmək və həll yolları axtarmaq yerinə, bir çox insan sevgidən əllərini üzərək yaşayırlar. Sevginin yerinə seçdikləri duyğu isə dəlicə şeytani bir ehtirasdır. Bu ehtiras pul qazanma ehtirası, göstəriş etmə ya da başqalarının hüquqlarını tapdalayaraq nüfuz qazanma kimi müxtəlif formalarda ortaya çıxar. Lakin dünyəvi nemətlər Allah rizası üçün əldə edilmədikdən sonra insana zərərdən başqa bir şey verə bilməz. Hər insanın fani olduğunu və dünyada əldə etdiyi hər şeyin bir gün ölümlə sona çatacağını fikirləşsə, bunu qəbul edə bilsə, bu ehtirasların nə qədər boş olduğunu aydın görəcək.

Dünyada insanın etdiklərindən tək geriyə qalan Allah rizası üçün etdiyi saleh əməlləridir. Quranda bildirilən bu gerçəyin fərqində olan möminlər yalnız axirəti düşünərək Allah rizası üçün cəhd etməlidir. Allaha olan sevgiləri nə qədər gücldürsə, ürəklərindəki sevgi hissi də heç tükənməz, əksinə çoxalaraq artar. Hər şeyi Allahın təcəllisi olaraq görüb sevdikləri üçün Allah səmimi insanlara yalnız onların hiss edib yaşayacağı fövqəladə bir zövq verər.

İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَٰنُ وُدًّا (Məryəm surəsi, 96)


Şərhlər:
Baxılıb: 887
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz