Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə qohumlarla evlənmək olmaz?
Niyə qohumlarla evlənmək olmaz?
Göndərən: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 1519
Səs ver:
Qohumlararası evlilik nəticəsində dünyaya gələn bir çox şəxslərin həyatlarının sonunadək fiziki və ruhi cəhətdən sağlam olduqlarının də şahidi oluruq. Bəzi mütəxəssislər qüsurlu doğulan uşaqların şikəstliklərinin səbəbini qohumlararası evlilikdə görürlər. Lakin bu, səhv bir fi kirdir. Çünki qohum olmayan insanlardan dünyaya gələn uşaqlar arasında da şikəst və qüsurlu olanlar var. Deməli, bu kimi hadisələrdə əsas səbəbkar bəzən ata -ananın özləri olurlar. Çünki qədim zamanlardakı və indiki ailələrin vəziyyətini diqqətlə araşdırsaq görərik ki, həm qohumluğu çatan, həm də qohum olmayan şəxslərin evlilikləri nəticəsində qüsurlu uşaqlar dünyaya gələ bilir. Bu da ortaya atılan fikirlərin əsassız olduğunu sübuta yetirən açıq bir dəlildir. Diqqət edin! Valideynlərin övladlarını evləndirərkən diqqət edəcəkləri məsələlərdən biri də ailə quran tərəfl ərin sağlam olmalarıdır.

Genetik səbəblər:

İnsan orqanizminin bütün xüsusiyyətləri genlər tərəfindən müəyyənləşdirilir. Gen isə körpəyə ata və anadan ötürülür. Bu səbəbdən körpə bəzi əlamətlərinə görə ataya, müəyyən əlamətlərə görə isə anaya bənzəyir. Genin nəzarət etdiyi əlamətlər isə dominant və ressesiv olurlar. Dominant əlamətlər üstünlük təşkil edir, ressesiv əlamətlər isə şəxsdə görünmür, yəni gizli olur.

Qohum olan şəxslər evlənərkən irsi olan xəstəliklər araşdırılmalı və nəzərə alınmalıdır. Bəzi əlamətlər deyildiyi kimi ressesivdir, yəni xəstəlik gendə olduğu halda biruzə vermir. Bu zaman qohum olan şəxslər evləndikdə yeni doğulacaq körpəyə keçən genlərdə xəstəlik olduğundan körpədə artıq xəstəlik təzahür edir və bu daha qabarıq formada özünü göstərir. Yəni əlamətlər dominantlıq əldə edir.
Bununla yanaşı qohum evliliklərinin yalnız bir xeyri ola bilər. Bu isə müəyyən istedada malik olan qohum qadınla kişinin heç bir irsi xəstəlik olmadığı halda evlənməsidir. Yəni evlənən şəxslər istedadlı və qeyri adı təfəkkürə malikdirsə bu əlamətlər körpəyə genlər vasitəsilə ötürülür.

Yəni qohum evliliklər zamanı ilk növbədə irsi xəstəliklərin olub-olmaması araşdırılmalıdır. Bir problem olmadığı halda cütlər evlənə bilər. Xatırlatmalıyam ki, qohum evlilikləri daha artıq olan yəhudilərdə irsi xəstəliklər daha çox olduğu halda istedadlı insanların da yəhudilər olduğu məlumdur.

İslam dini qohumlar arasında nikah bağlanmağa qarşı çıxmır. Bu, normal bir haldır. Ümumiyyətlə, bu gün təbabətdə qohumlar arasında evlilik nətiсəsində dünyaya xəstə övladın gəlməsi barədə deyilənlər hamıya aid deyil. Bu, hemofiliya, talassemiya və s. bu kimi irsi xəstəliklər zamanı özünü göstərir. Bu isə əslində, qohum olmayan ailələr arasında da baş verə bilər. Bunu da ailə qurmadan önсə tibbi müayinə yoluyla müəyyənləşdirmək mümkündür. Belə bir hal əsla qohumlararası nikahın qadağan olmasına dəlalət edə bilməz. Konkret olaraq ailə qurmağa hazırlaşan oğlanla qızın hər ikisində eyni genetik xəstəlik olarsa, onun gələcək körpəyə keçməməsi, fəsadlarla nətiсələnməməsi üçün bu cür nikahlardan çəkinmək daha məqsədəuyğundur.


Şərhlər:
Baxılıb: 1519
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz