Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ərə getmək istəyənlərin nəzərinə
Ərə getmək istəyənlərin nəzərinə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1700
Səs ver:
Bəzi şeyləri qadın nəzərə alsa, evlənmək təklifinə nail ola bilər:
 
Əmin olmaq. Təsəvvür et ki, o, sənlə evlənmək istəyəcək. Bu sənə lazımdır? Ona görə dəyişməyə hazırsan? Nəyin bahasına olursa-olsun ona ərə germək istəyirsən? Əgər tərəddüd etmirsənsə, mübarizə apar.
 
Öyrənmək. Bir qeyd dəftəri tut. Amma elə et ki, əlinə keçməsin. Onun xasiyyəti necədir, o nəyi xoşlayır, nəyi xoşlamır? Onun haqqında öyrəndiyin hər bir şeyi yaz. Ola bilsin ki, bir müddətdən sonra ona aid bəzi xırdalıqları unudasan. Qeyd dəftərinə isə istədiyin an baxıb yazdıqlarından faydalana bilərsən. Qeydlər sənə onun psixoloji portretini canlandırmağa, zövqünü öyrənməyə, daha yaxşı tanımağa kömək edəcək. Ən azı ad gününə hədiyyə alarkən hansı rəngləri xoşladığını biləcəksən.
 
Suallar verməyə çəkinmə. Elə et ki, özü haqqında çox danışsın. O, özü haqqında çox danışdıqca onu tanıyacaqsan. Tanısan isə toruna asanlıqla salacaqsan. Ən əsası - isə insan özü haqqında danışanda özünü rahat hiss edir. Yaranan bu rahatlığı isə o, səninlə bağlayacaq. Fikir ver ki, əksər hallarda insan kimisə dinləməkdənsə, özü danışmaq istəyir. Ola bilsin ki, seçdiyin insan qapalıdır. Nə qədər çalışsan da, danışdıra bilmirsən. Düşünmə ki, bacarmadın, səbir göstər. Bir gün onun da ürəyinin buzu əriyəcək və sənə nəsə şəxsi bir şey danışacaq.
 
Xırdalıqları gözdən qaçırma! İnsanlar heç də həmişə düşündüyünü demirlər. Ola bilsin ki, suallarına yalandan cavab versin, ya da ki, xasiyyətinin müəyyən tərəfləri barədə sussun. Onun davranışındakı, geyimindəki xırdalıqlar isə onu büruzə verəcək. Məsələn, saçlarının çox səliqəli düzümü, qaşlarının düz daranması, geyiminin qırışsız olması, üstəlik də hər zaman bu tərzdə görünməsi onun tələbkar və əsəbi olmasını göstərəcək. Belə ər heç bir bəhanə ilə köynəklərini ütüləməməyinizi bağışlamayacaq. Evdə ideal təmizliyi, sizin isə tam itaətkar olmanızı tələb edəcək. Əgər gələcək ər kimi onu görürsünüzsə, uyğunlaşmağa çalışın.
 
Dostu ol. Qoy problemləri barədə səninlə bölüşsün. Dedikləri və etdiklərini müsbət qarşılamasan belə, tənqid etmə. Sadəcə dinləməyi bacar. Ona dəstək olduğunu, onu anladığını, onun kimi düşündüyünü göstər. Belə etsən, o, sizin eyni olduğunuzu və sənin sanki onun üçün yarandığını düşünəcək. Onu anladığın üçün növbəti dəfə yenə də səninlə bölüşmək üçün səni axtaracaq.
 
Asılı ol. Zəif olduğunu, ona ehtiyac duyduğunu göstər. Kişilər özlərini güclü hiss etməyi sevirlər. Odur ki, zəif və köməksiz görünməyə qorxma. Qoy səni müdafiə etmək və qorumaq istəsin.
 
Pozitiv düşün. Şikayətlənmə, dərd çəkdiyini bildirmə. Qadının şikayət etməsi kişini əsəbləşdirir. Düzdür, qadının göz yaşları kişiyə çox təsir edir. Amma bu tez-tez təkrarlanırsa, bezdirir.
 
Xoşbəxt həyat vəd et. Şən, gümrah və onun hər anını bayrama çevirə bilən qadın kimi davran. Normal insan heç vaxt bədbəxt olmaq istəmir. Bu səbəbdən də şən görünməyiniz onu cəlb edəcək. Qoy sizin yanınızda problemlərini unutsun. Sizinlə həyatın necə də xoşbəxt ola biləcəyini düşünsün.
 
Hörmət et. Onun ailə üzvlərinə, yaxınlarına hörmətlə yanaş. Ailə üzvləri ilə tanış olmasanız belə, söhbət zamanı onlar haqqında müsbət şeylər danış. Onun yaxınlarına hörmət edəcəyini, rəğbət bəsləyəcəyini hiss etdir.
 
Keçmişini öyrən. Əgər əvvəllər bəyəndiyi və ya nişanlı olduğu adam var idisə, ondan nə üçün ayrıldığını soruş. Çalış, həmin səhvləri təkrarlama.
 
Dəstək ol. Nədən ehtiyat etdiyini soruş. Ola bilsin ki, bu, maddiyyatla bağlı olsun. Misal üçün, evi və ya yaxşı qazancı olmadığı üçün evlənməyə qorxur. Onda sizin üçün belə şeylərin əhəmiyyətsiz olduğunu de. Əgər hansısa psixoloji qorxuları varsa, qorxuların əsassız olduğuna və hər şeyin yaxşı olacağına əmin et.
 
Vaxtında itməyi bacar. Hər şeyi etdiyinə baxmayaraq, o, hələ də səninlə evlənmək istəmirsə, vaxtında itməyi bacar. Bu, son çarəndir. İtirsə, bəlkə, qədrini bilər.


Şərhlər:
Baxılıb: 1700
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz