Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nişan üzüyü haqqında nə bilirik?
Nişan üzüyü haqqında nə bilirik?
Göndərən: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 2336
Səs ver:
Qədim Misirdən gələn ənənə
Hələ qədim Misirdə nikah mərasimi zamanı üzüklərin dəyişdirilməsi ənənəsi var idi. O zaman üzük sol əlin adsız barmağına taxılırdı ki, inanca görə, məhz həmin barmaqdan çıxan arteriya ürəyə gedir. Qədim misirlilər inanırdılar ki, bununla sevgini bütün ömrü boyu qoruyub saxlamaq mümkün olacaq. Qədim yunanlar adsız barmaqdan keçən həmin arteriyanı "həyat xətti” adlandırırdılar. Ona görə də nişan üzüyü uzun müddət həmin barmağa taxılardı. Həmin ənənə indi də cüzi dəyişikliklərlə davam edir.

Adətlər
Ənənəyə görə, üzüyü ailə quran kişi almalıdır. Bu zaman əsas önəm hansı metaldan hazırlanmasına və qiymətinə verilir. Bu, zövqdən asılı olan məsələdir və əslində həyatda heç bir əhəmiyyət daşımır. Bir şeyi bilmək lazımdır ki, nişan üzüyü ömürlük olmalıdır. Bəzi qızlar üzüklərinin brilyant və ya digər bahalı qaşdan olmasını istəyirlər. Nişan üzüyü kişi və qadın arasında olan sevgini simvolizə edir. Nişan mərasimində üzüklər götürülüb taxıla və ya hər iki gənc əvvəlcədən taxdıqları üzüklərini dəyişdirə bilərlər. Bəzən nişan üzüklərinin miras keçməsi ənənəsi də var. Bu, gələcək ər-arvada valideynləri tərəfindən hədiyyə oluna bilər. İnanca görə, belə üzüklər gənc ailəyə xoşbəxtlik gətirir. Əgər valideynlər uzun və xoşbəxt həyat yaşayıblarsa və sonra öz nişan üzüklərini öz övladlarına veriblərsə, bununla xoşbəxt ailə estafetini də gənc ailəyə ötürmüş olurlar. Bəzi gənclər öz üzüklərini hər hansı bir üzükdən düzəltdirirlər. Belə ki, üzük əridilərək ondan iki nişan üzüyü düzəldilir. Bəzi ölkələrdə bu da uğurlu əlamət sayılır.

Tendensiya
Bəzən nişan üzüklərinə toyun tarixi, sevimli mahnıdan bir cümlə, sevdiyin şəxsin adı və s. yazdırılır. Bu, əllə və ya maşınla yazıla bilər. Əl yazısı daha eleqant görünür. Lakin bu zaman üzüyün dəqiq sizin barmağınızın ölçüsünə uyğun olub-olmadığı nəzərə alınmalıdır. Çünki üzük böyük olarsa, yazıdan sonra onu kiçiltmək mümkün olmayacaq. Nişan üzükləri seçilib alınandan sonra onlar bəydə qalmalıdır. Ənənəyə görə, nikah mərasimində üzüklər ya bəy, ya da onun şahidi tərəfindən gətirilməlidir. Əgər nikah mərasimi təntənəli şəkildə keçirilərsə, o zaman nişan üzükləri xüsusi və bəzəkli qabda gətirilə bilər.


Şərhlər:
Baxılıb: 2336
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz