Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgini evliliklər deyil, evlilər öldürür
Sevgini evliliklər deyil, evlilər öldürür
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1359
Səs ver:
Gənclər arasında maraqlı bir fikir formalaşıb.
 
Sevgi sadəcə üzük barmağa keçənə kimidir. Məhz buna görə, bir çox gənclər, xüsusən xanımlar evlilikdə tərəddüd edir. Sevgili olduğu dönəmdə evliliyə can atan qızlar toy, nişan məqamı gələndə artıq stress, həyəcan, qorxu ilə üzləşir. Zaman keçdikcə bu ailə daxili problemə çevrilir və evlilik ərəfəsində normadan artıq qısqanclıq və itirmək qorxusu ilə müşayət olunur. Əslində bu hislərin nə sevginin miqdarı, nə də qarşısındakına ciddi yanaşıb yanaşmaması ilə əlaqəli deyil. Evlilik fobiyasından çox sahib olduğunu itirmək qorxusu gəncləri qorxudur.
Belə bir ifadə var: Evlilik sevgini bitirir. Əslində bu çox yalnış bir düşüncədir. Sevgini evlilik yox insanlar öldürür. Gənclərin beynində şüuraltı yerləşən bu ifadə zamanla onları proqramlayır. Beyin insan iradəsindən asılı olmayaraq nəyə inanırsa o cür də fəaliyyət göstərir.
Psixoloq Gülnarə Vəliyeva belə hesab edir ki, evlilik adlı mücərrəd varlıq sevgini öldürmə gücünə malik deyil. Evlilik yox evlilər sevgini öldürür: "Önəmli olan inanmaq və ümid etməkdir. Evliliyə ümidlə addım atmaq lazımdır. Evlilikdən yaxşı nəticə alacağınıza, hər şeyin yaxşı olacağına, xoşbəxt olacağınıza, yaşlananda belə sevib- seviləcəyinizə ümid edin. Ümid və sevgi daima birlikdə olsa o zaman elə ailələrin yıxılma şansı daha az olur”.
Bir çox insan evliliyə addım atarkən yaşanılan romantik duyğuların ardından həyatın problemlərinin onlara siraət etməyəcəyini düşünür. Hər şeyin ilk günki təravətini saxlamadığını nəzərə alsaq evliliyin də zamanla adiləşdiyini görərik. Həm qadın, həm kişi tərəfindən müxtəlif istəklər, yaranan ehtiyyaclar zamanla ailə daxili münaqişələrin yaranmasına səbəb olur. Zaman keçdikcə ailə daxilində sevgini artıraraq dostluğa çevirmək o ailənin daha uzun ömürlü olmasına imkan yaradacaq. Qarşı tərəf sevgisini itirsə belə dostluğunuzu əsla itirmək istəməyəcək. Münasibətlərdə yalana yer verməmək isə başlıca şərtlərdəndir.
Psixoloq hesab edir ki, sevgini korşaltmaq və alovlandırmaq insan oğlunun əlindədir. Həyatını cənnətə çevirmək istəyən hər kəs bunu edə bilər. Qadın və ya kişi olmasından asılı olmayaraq insan evini cənnətə çevirməli, yorğun və stresli günlərdə də məhz o evə sığınmalıdır: "Yaratdığınız o cənnətdə səbrli olun. Ünsiyyətə meyl edin. Məsləhətdən öncə bir birinizi dinləyin. Sevgili və ya nişanlı olanda gözü açıq olun. Sevdiyiniz insanın yaxşı tərəfləri ilə bərabər pis tərəflərini də görün. Evlilikdə isə artıq vəziyyət dəyişir. Bu zaman 1 gözünüzü bağlayın”.
Edilən araşdırmalar, evlilikdə  2,5 ildən sonra sevgi mərhələsinin bitdiyini göstərir. Evlilər sevgisini bir müddət sonra dostluğa və yoldaşlığa çevirə bilirsə elə ailələrin dağılma riski azalır.
Evlilikdə sevgi azalır amma bu azalma sevgini paylaşma nəticəsində olur. Qadın sevgisini uşaqlarına, kişilər işlərinə verir və bu da zamanla sevgini və diqqəti azaldır. Zaman keçdikcə bu vəziyyətə alışılır və bunun da çarəsi danışmaq və qarşılıqlı anlaşmaqdır. Hansı yolu seçmək isə insanın özündən asılıdır.
G. Vəliyeva qeyd edir ki, hər şeyin ifratı insanı yorur. Hətta sevginin də. Belə hal depressiyaya qədər gətirib çıxarır: "İnsan sevgi sərmayəsini bir insan və ya bir obyekt üzərinə qoymamalıdır. İtirmək qorxusu insanda stress və xəstəliklərə gətirib çıxarır. İtirmək isə insanda bərpası çətin yaralar buraxır. Depressiya vaxtı beyində sevgi ilə əlaqədar nöqtələr acizləşməyə başlayır. Seratonin hormonu az ifraz olunur. Beləliklə insanda yeganə sevgi mənbəyi olan şey itdiyi üçün yaşama sevinci azalır”.
Ailədə sevgi bitməməsi üçün ona inam qatmaq mütləqdir. İlk gündən bu inamı qazanmağa başlayın. Sevgili və ya nişanlı olduğunuz müddətdə əldə etdiyiniz inam evlilik zamanı köməyinizə çata bilər. Bir tərəfli düşüncə və müqayisə həm inamı, həm sevgini azaldır. Sevdiyinizi olduğu kimi qəbul edin. Onun düşüncələrinə dəyər verin.
Ev, avtomobil aldıqda, uşağımız olanda ya da başqa bir hadisə reallaşınca xoşbəxt olacağıq kimi özünüzə hədəflər qoymayın. Xoşbəxtlik hədəf deyil uzun bir səfərdir və hər an yaşanacaq bir duyğudur.
Evlilik düşünən xanımların qorxusu evlilikdəki niyyətləri ilə də birbaşa bağlıdır. Maddiyat yaxud görkəmə aldanan xanımlar zaman keçdikcə onları itirmək təhlükəsi ilə üzləşə biləcəklərini bildikləri üçün evlilikdən çəkinirlər.
Qeyd edək ki, artıq pis evliliyin əlamətləri aşkarlanıb. Siyahını ingilis mütəxəssislər hazırlayıblar. "Daily Telegraph" qəzetinin hazırladığı siyahıda 8 əlamət yer alıb. Evli cütlüklərdən biri yatır, o biri isə televizora baxırsa, biri yatanda, digəri yataqda kitab oxuyursa,  ”Nə olub?" sualına sadəcə "heç" deyə cavab verilirsə, evdən kənarda görüşməmək üçün süni bəhanələr yaradılırsa, həyat yoldaşı problemləri barədə danışarkən "yenə iş?.." deyə cavab verilirsə, bir-birlərinin ailələrini ziyarət etməyi sevmədiklərini deyirlərsə, ayrı ayrılıqda sosial şəbəkələrdə həddindən çox vaxt keçirilirsə və uşaqlardan başqa danışılacaq ortaq nöqtə yoxdursa bu zaman evliliyinizə yenidən göz gəzdirməlisiniz.


Şərhlər:
Baxılıb: 1359
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz