Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik haqqında 8 maraqlı fakt
Evlilik haqqında 8 maraqlı fakt
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1872
Səs ver:
Gəlin paltarı niyə ağ olur? — Gəlinlik libasları bütün dövrlərdə ağ rəngdə olmayıb. Tarixdə milli adətlərə görə, mavi, çəhrayı, gümüşü, qızılı, hətta qara rəngli gəlinliklər də mövcud olub. Məsələn Qədim Romada gəlinliklər sarı rəngdə olub. Ağ gəlinliyin tarixi Birləşmiş krallıq və İrlandiya kraliçası Victorianın 21 yaşında Prins Albert ilə toyundan sonra dəb halını alıb.

Öpərək yuxudan oyandırmaq — Bu maraqlı həqiqət kişilərin diqqətini çəkir. Səhərləri həyat yoldaşını öpərək oyandıran insanların daha uzun ömürlü olduğu deyilir. Bu ənənə xüsusən də, kişilər tərəfindən çox sevilir.

Fədakarlığın təsiri
— 2006-cı ildə aparılan bir araşdırmada bəlli olub ki, fədakarlıq evlilikdə səadət və huzuru təmin etməkdə böyük rol oynayır. Araşdırmada iştirak edənlərdən sevgidə nə qədər fədakar olduqları soruşulub. Daha sonra müsbət və mənfi cavab verənlərin rəyləri ölçülüb. Məlum olub ki, fədakar olanların ailələri daha uzun ömürlü və sağlam olur.

Nişan üzüyünün hekayəsi
— Evlənən zaman üzük taxmaq adəti Qədim Misir və Roma dövrlərindən qalıb. Misirlilər, üzüyün başlanğıc və bitişi olmamasını sonsuzluğu təmsil etdiyi üçün uğur gətirdiyini deyib. Tarixə düşən ilk nişan üzüyü almazdan olub və 1477-ci ilə aiddir.

Gülüşün təsiri — Evlilik qərarında iki insanın aralarında olan duyğusal cazibə əsas rol oynayır. Evlilik qərarı verməzdən əvvəl sevdiyi insanın tələbəlik illəri kontrol edilib. 2009-cu ildə aparılan bir araşdırmada alimlər müxtəlif insanların tələbəlik illərindəki gülümsəməsini qiymətləndirilib. Çox gülən və gülümsəməyi sevən insanların demək olar ki, heç biri boşanmayıb. Gülümsəməyən insanların əksəriyyətinin isə ailəsi dağılıb.

Evlilik təklifi - ən modern evlənmə təklifi təbii ki, kişilərdən gəlir. Lakin qadınlar da bəzən evlənmə təklifi edir. Qadınların evlilik təklifi etməsi qədim zamanlarda da mövcud olub. 1228-ci ildə Şotlandiyada qadınların kişilərə evlilik təklifi etmə haqqı verilib. Bundan sonra Avropada qadınların evlənmə təklifi etməsi yayılıb.

Şiddət — 2010-cu ildə aparılan bir araşdırmada məlum olub ki, evlilik kişilərdəki şiddəti 35 faiz azaldır.

Nişan barmağının əhəmiyyəti nədir? — Nişan üzüyünün sərçə barmağın yanındakı barmağa taxılması da qədim dövrlərə söykənir. Bu barmaqda sevgi damarı (vena amoris) dedikləri damarın ürəyə doğru getdiyi uydurulub. Bu isə insan anatomiyasının tam öyrənilmədiyi zamanlara gedib çıxır. Bu səhv fikir olsa da, bu günə kimi yaşamaqda davam edir.


Şərhlər:
Baxılıb: 1872
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz