Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Batil evlilik inancları
Batil evlilik inancları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1271
Səs ver:
Mədəniyyətlə birlikdə formalaşan və bəzən çarəsizlikdən, bəzən isə qorxudan doğan bir sıra inanclara «batil» adı verilir. Məntiqlə uyğun gəlməyən bu inanclar adət halına gətirilməsə də, sizin üçün gəlin, bəy və toy gününə dair fərqli inancları təqdim edirəm: 

• Nigah kəsilərkən ayağa basmaq hər kəsin bildiyi bir hərəkətdir. Evdə ayağa basanın hökmünün keçəcəyinə inanılır.
• Evlənən cütlüyə düyü atmaq ənənəsi bu günlərdə yerini kağız konfetlərə vermişdir. 
• Bəzi yerlərdə oğlan nişanlısının valideynlərinə bir müddət xidmət etməlidir, əks halda evlilikləri etibarlı sayılmır.
• Ev sahibinin öz toy günü axşamında asqırmasının şans gətirdiyinə inanılır. 
• Qədim Yunanıstanda qız evliliyin qəbul edilməsi üçün uşaqlıq oyuncaqlarını tanrılara təqdim edərmiş. 
• Bəzi yerlərdə ölüm cəzası verilən adamla evlənmək istəyən qız onun bağışlanmasını təmin edirmiş.
• Bolqar dağının ətəklərində belə bir inanc var: nişanlanacaq oğlan qız evinə gəldikdə evlilik həyatı uğurlu olsun deyə qızın qardaşları tərəfindən yaxşıca döyülərmiş.
• İki bacının iki qardaşla evlənməsinin həmişə uğursuzluq gətirdiyi düşünülürdü. Bunun səbəbi ortada yalnız tək bərəkət olduğu və buna iki cütün birdən sahib ola bilməyəcəyinə dair batil inancdır. 
• Gəlinin və ya bəyin öz ad günündə evlənməsinin də uğursuzluq gətirəcəyinə inanırlar.
• Ümumiyyətlə, tək rəqəmlər uğurlu bilinsə də, toya çağırılan qonaqların cəminin cüt ədəd olması evliliyə uğur gətirirmiş. 
• Cümə günlərinin eşq həyatı üçün yaxşı olduğu bilinir. Bir zamanlar mərasimlər üçün də xüsusilə bu günlər seçilərdi.
• Toy gününün yağışlı olmamasına da diqqət yetirilərdi, günəşli günün gəlini və ailə həyatını işıqlandıracağı düşünülərdi.
• Qədimdən May ayı evlilik üçün təhlükəli görülərdi. Günlər istənildiyi kimi günəşli və isti olsa da, qədim romalılar arasında yaşlılar üçün müqəddəs sayılardı və buna görə gənc sevgililər bu ayda toy etməyə çəkinərdilər
• Nigah üzüklərinin bəy tərəfindən alınması adət halını alıb. Bu gün biz bu üzüyə çox daha romantik mənalar versək də, qədim vaxtlarda gəlinlərin zinət əşyalarının onun ərinə aid olduğuna dair simvoldan başqa bir şey deyildi. 
• Maraqlı olan bir başqa inanc isə qadınların bütün bədənlərini həyatlarında yalnız bir dəfə — toydan əvvəlki səhər yumaları idi. 
• Yaponiyada nə gəlin, nədə bəy evliliyin qısa sürməsini istəmədiyi müddətdə bənövşəyi rəngli geyimdən istifadə etmir. 
• Bəzi bölgələrdə isə gəlinlərin kilsə yolunda tikələyib tökəcəyi çörəyi daşıması ənənəsi mövcuddur. Bu tikələrə insanların toxunması qadağandır, amma əgər quşlar bu tikələri yesə, bunun gəlinə xoşbəxtlik gətirəcəyinə inanılır.
• Tayvanda bir qadının gəlin köçərkən ikidən çox köməkçisi olmasının ona bədbəxtlik gətirəcəyi deyilir.
• Braziliya, Meksika, Kolumbiya və daha bir çox yerdə bəyin gəlini toydan əvvəl görməsinin gəlinə şanssızlıq gətirəcəyinə inanılır.
• Türkiyədə isə gəlin ayaqqabısının altına rəfiqələrinin adını yazır, bu adlarından hansı silinsə, onun qısa zamanda evlənəcəyinə inanılır.
• Meksikada isə belə bir inanc var: gəlin toy günündə mirvari taxsa, evliliyi boyunca ağlayacaq, çünki mirvari göz yaşlarının işarəsidir.


Şərhlər:
Baxılıb: 1271
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz