Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy günü təravətli gəlin obrazında görünməyin asan yolları
Toy günü təravətli gəlin obrazında görünməyin asan yolları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1149
Səs ver:
Toy qabağı hazırlıq çox vaxt aldığından adətən, xanımların özlərinə ayırmağa çox az vaxtları qalır. Lakin hər şeyi düzgün planlaşdırsanız özünüzə az da olsa vaxt ayırmaqla toy günü işıq saça bilərsiniz. Unutmayın ki, toyun əsas səbəbkarlarından biri də sizsiniz, diqqət üzərinizdə olacağı üçün gözəl, təravətli görünməyiniz çox vacibdir. Əgər təravətli görünmək üçün sizə çox pul və çox vaxt lazım olacağını düşünürsünüzsə,  bu, heç də elə deyil. Sadə məsləhətlər sizi toy gününüzdə inanılmaz gözəl göstərəcəyinə əmin olun.

Dərini təravətləndirmək və digər gözəllik proseduraları üçün əlbəttə ki, salon və gözəllik mərkəzləri daha məsləhətdir. Bu şəraitdə mütəxəssislər sizə qısa vaxt ərzində dərinizin təmiz, təravətli, cavan və gözəl görünməsinə köməklik göstərəcəklər. Bundan başqa, həm rahatladıcı təsir göstərən, həm də dərinizi gözəlləşdirəcək SPA proseduraları, sauna, hamamdan istifadə məsləhətdir. Bütün bunlar əhvalınızı inanılmaz yüksəldəcək, yaxşı əhval isə görünüşünüzə xüsusi gözəllik qatacaq.

Zamanı çox məhdud olan xanımlar və bəylər, onu da bilin ki, hazırda SPA mərkəzlərində bir gün ərzində cəmi bir neçə saat vaxtınızı alacaq bədən, üz qulluğu, maskalar, yağlar və güllərdən hazırlanmış vannalar, masaj da daxil olan proseduralar mövcuddur. Bunları sonra aromoterapiya ilə tamamlaya bilərsiniz. Aromaterapiya sizi tamamilə gərginlikdən azad edəcək, hisslərinizi və fikirlərinizi yeniləyəcəkdir.

Ev şəraitində təravətli görünməyin yolları
Əgər salona getməyə vaxt və maddi problemlər imkan vermirsə, o zaman toydan əvvəlki günü mütləq özünüzə ayırın. Hər gün toyunuz olmur, bunu unutmayın, yorğun və əldən düşmüş gəlin obrazında olmaq hələ heç kimi gözəl göstərməyib.
Hamımız bilirik ki, su proseduraları sağlamlıq və gözəllik üçün nə dərəcədə əhəmiyyətlidir. Onun üçün müxtəlif efir yağlarından, güllərdən və ya dəniz duzundan istifadə edərək vanna hazırlayın və ya kontraslı duş qəbul edin. Daha sonra istifadə etdiyiniz bədən kremi ilə dərinizi qidalandırın. Kremdən əlavə siz zeytun, dəniz duzu və üyüdülmüş qəhvədən hazırlanmış təbii skrabla bədəninizi təmizləyə bilərsiniz. Bu skrab dərinizi ölmüş hüceyrələrdən təmizləyərək, dərinizə xüsusi parıltı və hamar görünüş verəcək.

Bir neçə dəqiqəyə sizi gözəlləşdirəcək maska
Üz dərisinə qulluq üçün ilk olaraq buxar vannası qəbul edin. Bunun üçün müxtəlif otlar və yağlardan istifadə edə bilərsiniz. Məsələn, çobanyastığı, çay ağacı yağından hazırlanmış buxar vannası dərinizdə məsamələrin açılmasına səbəb olacaq ki, ondan sonra qoyulan istənilən maska çox gözəl effekt verəcək. Daha sonra ev şəraitində hazırlanmış müxtəlif maskalardan istifadə edin. Məsələn, banandan hazırlanmış maskalar dərini ağardır, qidalandırır, parıltı və təravətli görünüş verir. Yağlı və quru dərilərdən asılı olaraq maskanın tərkibi dəyişir.

Yağlı dərilər üçün olan resept: bir xörək qaşığı əzilmiş bananı bir çay qaşığı limon və bir yumurta ağı ilə qarışdırın. Üzünüzə çəkin və 15 dəqiqə saxlayıb, daha sonra ilıq su ilə yuyun.

Quru dərilər üçün resept: 1 xörək qaşığı əzilmiş bananı bir çay qaşığı zeytun yağı, eyni miqdarda qidalandırıcı krem və bir neçə damcı limonla yaxşı qarışdırın. 15 dəqiqə saxlayın və ilıq su ilə yuyun.


Şərhlər:
Baxılıb: 1149
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz