Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə böyüklərinə hörmət
Ailə böyüklərinə hörmət
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 965
Səs ver:
Valideynləri ilə birlikdə yaşamaq məcburiyyətində olan gənc ailələr bundan az-çox təsirlənirlər. Bu təsirin müsbət və ya mənfi olması, tərəflərin baxış bucağından və intellekt səviyyəsindən çox asılıdır. Qəbul etmək lazımdır ki, dünyagörmüş bir Qayınana gəncləri anlayışla qarşılaya və zamanla ayaqlaşa bildiyi kimi, eyni şəkildə düşüncə səviyyəsi yüksək olan bir gəlin də hadisələrə reallıqla baxa və həqiqətləri görə bilir. Bu cür gəlin- Qayınana arasında yersiz mübahisələrdən, səviyyəsiz dava-dalaşlardan danışmaq qeyri-mümkündür. Əksinə, onlar arasında yalnız qarşılıqlı sevgidən və ehtiramdan söhbət gedə bilər
Əgər Qayınananızla yaşamaq məcburiyyətindəsinizsə və bu sizin ürəyinizcə deyilsə, baxış bucağınızı dəyişdirməyə çalışın. Yəni nə qədər ki, həyat yoldaşınızın ailəsini yük kimi görəcəksiniz, xoşbəxt ola bilməyəcəksiniz. O, sizin Qayınananız olsa da, həyat yoldaşınızın anasıdır. Elə isə, biz hadisənin yaxşı tərəflərini görərək bu problemdən xilas ola bilərik.
Qayınana və Qayınatanızın həyat yoldaşınızın dünyaya gəlməsinə səbəb olan, onu böyüdüb boya-başa çatdıran insanlar olduğunu düşünün. Onlar bir valideyn kimi öz borclarını yerinə yetirdikləri kimi, həyat yoldaşınız da öz övladlıq borcunu yerinə yetirməlidir. Siz bu məsələdə nə qədər anlayışlı və fədakar olsanız, o da bir gün sizin ata-ananıza eyni anlayışı və fədakarlığı göstərə bilər.

" Mənim ailəm ona möhtac olmaz " deməyin. İnsanın bu günü sabahı üçün zəmanət deyil. Necə deyərlər, dünyanın gərdişi bəlli olmaz. Bir də unutmaq olmaz ki, biz də qayınana və qayınatamızın yaşına çatanda övladımızın qayğısına ehtiyac duya bilərik.. Nə qədər ki, gəncdir, insan bunları düşünə bilmir; çox sevdiyi övladının bir gün ona arxa çevirəcəyini düşünmək belə istəmir. Halbuki övladlarımız həyatda çox şeyi bizdən öyrənirlər. Yəni biz ata-anamızla necə davranırıqsa, onlar da bizimlə elə davranacaqlar.

" İgidi öldür, haqqını yemə " deyib atalar. Bir valideyn övladını necə çətinliklərlə böyüdür. Deməli, bu çətinlikləri qayınananız və qayınatanız da çəkmişdir. İndi sizinlə evləndi deyə və siz onun ata-anasını sevmirsiniz deyə, valideynlərinə arxa çevirməlidirmi? Əgər bunu etsə, inanın, həyat yoldaşınıza ilk nifrət edən elə siz olarsınız. Çünki içinizdəki vicdan mexanizmi bütün hisslərinizə baxmayaraq, sizə haqlının kim olduğunu göstərər.

Ailəmizdə səadət istəyiriksə, həyat yoldaşımızın ailəsinə də öz ailəmiz kimi hörmət göstərməliyik. İnsan başqa birini öz anası kimi sevməyə bilər, ancaq hörmət göstərməyə borcludur. Onsuz da sevgi qəlbdə olur və onu heç kim görmür. Hörmət isə üzdədir və onu hamı görür. Yaşlandığı üçün xasiyyəti çətinləşsə də, yaxasından yapışan xəstəliklər onu hövsələdən çıxarsa da, əslində hər biri valideyndir. Həm də sevdiyiniz həyat yoldaşınızın valideyni.

Sizin ona göstərdiyiniz hörmət sabah görəcəyiniz hörmətin toxumlarıdır. Necə deyərlə, nə əksəniz, onu da biçərsiniz...


Şərhlər:
Baxılıb: 965
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz