Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik dərsi
Evlilik dərsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 854
Səs ver:
Ata evlənməyə hazırlaşan oğluna ailə həyatının əsas qaydalarını öyrətmək qərarına gəlir. Oğlunu çağırıb deyir: "İstəyirəm sənə evlilik həyatının astanasında bir dərs verim. Amma bu dərsi mətbəxdə keçməyimizi istəyirəm”.

Oğlu təəccüb içində qalır. Düşünür ki, yəqin atası ona bəzi sadə xörəklərin bişirilmə qaydasını öyrətmək istəyir ki, evlənəndən sonra əgər hər hansı səbəb üzündən həyat yoldaşı evdə xörək bişirməsə, o, ac qalmasın. Hər halda, heç bir söz demədən atası ilə birlikdə mətbəxə keçir.

Ata sobanı yandırıb, alovun üzərinə su ilə dolu üç qazança qoyur. Sonra üzünü oğluna tutub deyir: "İndi mən dediklərimi et. Mənə iki yerkökü, iki yumurta, iki dənə də quru qəhvə dənəsi ver”. Oğlu deyiləni yerinə yetirir, atasının istədiklərini ona verir. Ata yerköküləri qazançaların birinə, yumurtaları o birinə qoyur. Üçüncü qazançanın içinə də qəhvə dənələrini atır. Hər üçündə alovun hərarətini eyni səviyyədə tənzimləyir. Ata-oğul bir neçə dəqiqə qazançaların qaynamasını seyr edirlər. Oğul ağzını açıb nəsə demək istəyəndə dünya görmüş ata əli ilə ehmalca "sus” işarəsi verir.

Bir neçə dəqiqə ötüb-keçir. Ata hər üç qazançanı alovun üstündən götürüb, içərilərindəki suyu süzür və qazançaları yanaşı düzür. Sonra yerköküləri, yumurtaları və qəhvə dənələrini oğluna göstərib soruşur: "Bunların qaynayandan əvvəlki və sonrakı vəziyyətləri arasında nə fərq görürsən?”

Oğul cavab verir: "Yerkökülər qaynamazdan əvvəl çox bərk idilər, onları dişləyib yemək mümkün deyildi. Amma qaynayandan sonra tam yumşaldılar, hətta əl vursan parçalanarlar. Yumurtaların qaynamazdan əvvəl də qabıqları bərk idi, sonra da belə qaldılar. Amma əvvəl onların içərisi yumşaq və duru idi, qaynayandan sonra içəriləri bərkidi. Qəhvə dənələri isə əvvəl necə idilərsə, indi də eynilə o cürdürlər”.

Ata oğlunun müşahidəsinin düzgün olduğunu təsdiq edir, sonra deyir: "Oğlum, indi bu üç ərzaq növünü ailə quran insanlara, qaynama müddətini də evlilik həyatına bənzət. Ailənin uğurlu olması üçün əsas şərt qarşılıqlı sevgi və şəfqətdir. Əgər ailə quranlar bir-birini həqiqi məhəbbətlə sevməsələr, yalnız bir-birinə yazıqları gəlsə, bu yerkökü kimi bir müddətdən sonra dəyişib, əvvəlki vəziyyətlərini itirəcəklər. Evlənməzdən əvvəl malik olduqları gözəllik, həyat eşqi onları tərk edəcək. Axırda bu iki yerkökü kimi əzik, parçalanmış və kövrək olacaqlar. Çünki evlilik boyunca bir-birini içəridən yeyib-dağıtmışlar.

Əgər aralarında yalnız sevgi olsa, şəfqət və mərhəmət olmasa, bu iki yumurta kimi kənardan baxdıqda dəyişiklik gözə dəyməyəcək. Başqalarının yanında özlərini xoşbəxt göstərəcəklər, içəriləri isə dəyişəcək, qatılaşacaq. Şəfqətsiz bir həyat onların qəlbini daşlaşdıracaq.

Amma əgər həm sevgi, həm də şəfqətə malik olsalar, bu iki qəhvə dənəsi kimi dəyişməz qalacaqlar. Qəhvə dənələrini nə qədər qaynatsan da, hallarına təsir etməz, yenə qaynadılmağa yararlıdırlar. Sevgi və şəfqətli bir ailənin üzvləri də bir-biri ilə yaşamaqdan üzülməzlər, dəyişməzlər, bundan zövq duyarlar”.

Oğul bu sadə dərs üçün atasına təşəkkür edir. Ata isə: "Hələ sözüm bitmədi” deyə, qəhvə dənələrini qaynatdığı qazançanın içindəki suyu fincana süzərək, fincanı oğluna uzadır. Oğul fincandakı qəhvəni içərkən ata dərsin son fəslini ona öyrədir: "Nə yerkökünün, nə də yumurtanın suyu istifadəyə yararlı olmadı. Amma qəhvə dənələri qaynayandan sonra nəinki dəyişmədilər, hətta birlikdə olduqları mühiti də dadlı və gözəl etdilər. Bu fincandakı qəhvə hər kəs üçün xoşagələn və dadlıdır. Sevgi və şəfqətlə dolu iki nəfərin ailə ocağı da belədir. Kim onların ailə həyatına nəzər salsa, faydalı və ibrətli nümunələr götürər, bu nümunələrə əməl edərək özü də həyatdan zövq alar”.


Şərhlər:
Baxılıb: 854
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz