Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik qərarını aldıqdan sonra nələr dəyişir?
Evlilik qərarını aldıqdan sonra nələr dəyişir?
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1357
Səs ver:
Evlilik hazırlıqlarınızı keflə etmək varkən toy stresi, evlilik problemləri yaşamamaq üçün təkliflərimizə mütləq nəzər salın.

Evlilik qərarını almaq nə qədər kefli olsa da; qadın- kişi, hər kəsin gözünü bir az qorxudar. Niyə? Cavabı açıq-aşkar ortadadır əslində. Evlilik əvvəli hazırlıqlar, toy təlaşı, ailələrlə əlaqə səviyyəsinin artması, vs deyərkən ortaya çıxan ağır stres… Sizə təklifimiz: əslində kefini çıxararaq yaşamanız lazım olan bu günlərin kabusa çevrilməsini maneə törətmək üçün bəzi mövzularda diqqətli davranmaq və stresi idarə edə bilmək!

Evlilik qərarını aldıqdan  sonra nələr dəyişir?
Evlilik; təhsilləri,  mədəniyyətləri, ənənə və adətləri fərqli ailələrdə yetişmiş, keçmiş həyat təcrübələri, zövq və xoşlanımları fərqli olan iki adamın həyatlarının geri qalan hissəsini birlikdə yaşamağa qərar verməsidir. Beləcə iki adam birlikdə bir ailə qurarkən bir-birlərinin ailəsini də qəbul edər və hətta iki ailəni birləşdirər, görüşdürər. 
Anadolu Sağlamlıq Mərkəzindən klinika psixoloq Sevil Usanmaz, evlilikdə yetkin iki insanın həm bir-birlərinin ruhi, psixoloji, ictimai və fiziki ehtiyaclarını qarşılamalarının, həm də iqtisadi bir tarazlıq qurmalarının gözlənildiyini söyləyir. Heç şübhəsiz yalnız bununla kifayətlənməyib yoldaş, iş ətrafı və dostları paylaşmaq, uşaq böyütmək kimi bir çox mövzuda uzlaşmaq vəziyyətində qalacaqlar. 
Evlilik, tarixi müddət içində baxıldığında 4000 illik bir ictimai təşkilatdır. İnsanların ictimai həyata keçişləri ilə başlayan, insanın meydana gətirdiyi bir mədəniyyət təşkilatıdır. Evliliyə hazırlıq mərhələləri sosiyal və mədəni səbəblərlə fərqliliklər göstərər. Ancaq bütün fərqliliklərə baxmayaraq yaşanan stres və problemlərin bənzər olduğu görülür.

Bir adam evliliyə hazır olub-olmadığını necə anlaya bilər?
Evlilik üçün həqiqətən hazırsınız ? Evlilik üçün kafi fiziki, zehni, ictimai olğunluğa, yetkinlik yaşına çatmış olmaq lazımdır. Dünya sağlamlıq təşkilatı WHO yetkinliyə keçiş yaşını 25 olaraq qəbul edir. Şəxsiyyətin yetişkinləşməsi və evliliklə əlaqədar məsuliyyətlərin üstlənilməsi üçün yetkinlik dövrünün sona çatması, həyata baxışın, gözləmələrin nələr olduğu və seçimlər mövzusunda fikirlərimizin dəqiqlik qazanması lazımdır.

Evlilik əvvəli stresə səbəb olan mövzular
Evlilik qərarı və evlənmə zamanına qədər keçəcək olan müddət və ediləcək hazırlıqlar stresə səbəb olar. Klinika Psixoloq Sevil Usanmaz, "Hər yeni vəziyyət və qarşılaşacağımız problemlər və xəbərdar edənlər stres səbəbidir və bir reaksiyayla cavablanar" deyir. Stres qarşısında göstərəcəyimiz reaksiya əslində dəyişməyə uyğunlaşma təmin etməyə istiqamətlidir. Hazırlıqlar əsnasında stresli yox etmə üsullarını istifadə edə bilsək problemlərin öhdəsindən daha asan gələ bilərik. 

Evlilik əvvəli streslə necə mübarizə edilər?
Klinika Psixoloq Sevil Usanmaz evlilik əvvəli streslə mübarizə üsullarını üç hissəyə ayıraraq izah edir.
Zehni mübarizə üsulları
*Mükəmməliyətçi düşüncə formasından  həmişəlik vaz keçmək
*Gözləmələrdən - ona olan mənə də olar - imtina etmək
*Olumluya mərkəzlənmək, mənfidən imtina etmək
*Həmin an nəticəyə çatmaqdan - kiçik hadisələrdən böyük nəticələrə çatmaqdan imtina etmək

Davranışsal mübarizə üsulları
*Ediləcək işlə əlaqədar əvvəldən planlamaq, işi və zamanı programlamaq
*Problemi həll etmək üçün məlumatımızın kafi olub-olmadığını nəzərdən keçirmək
*İşin bitirilməsi ilə əlaqədar kömək istəmək, dost köməyi və ya professional kömək almaq
*Stresi artıran vəziyyətdən qaçınmaq ya da stres yaradan adam ilə danışmaq
*İstirahətə diqqət göstərmək
*Rahatlama məşqləri etmək
*Menasibəti artırmaq, əvvəl qarşımızdakının dediyini yaxşı dinləmək

Romantik üsullar
*Özünəvə insanlara güvənmək
*Ne istədiyindən əmin olmaq, tez-tez fikir dəyişdirməmək
*Gözləntiləri nəzərdən keçirmək, mümkün ola bilməyənlərdən imtina etmək
*Ev hazırlığı, toy hazırlığı, nigah, dəvətnamə, gəlin paltarı vs mövzuları son həftə ya da son günlərə buraxmamaq
*Toy günü bəzən kiçik detallar böyük streslərə səbəb ola bilər, bunları əvvəldən nəzərdən keçirmək
*Balayı ya da ilk gecə ilə əlaqədar məlumat almaq

Unutmayın: Ailələr və evlənəcək cütlüklər bir-birlərinə sevgi, anlayış və xoşgörüş ilə yaxınlaşar və bir-birlərini diqqətli və yaxşı dinlərlərsə mənfi həyatlar və çətin pronlemlər yaranmaz.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1357
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz