Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlənməzdən əvvəl bunlardan xəbərdar olun
Evlənməzdən əvvəl bunlardan xəbərdar olun
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6385
Səs ver:
Evlənməzdən əvvəl bu tövsiyələrdən xəbərdar olmaqda fayda var. "Huffington Post" xəbər saytı evlənməyə hazırlaşan cütülüklər üçün qaydalar tərtib edib. Qadinlar.Biz həmin qaydaları təqdim edir. 

1. Tək və ümidsiz halda olsanız belə, uğursuz münasibətlərin daha pis olacağını unutmayın. Əgər partniyorunuzla aranızda problemlər varsa, sırf tək qalmamaq üçün bunların üstünü örtməyin. Aranızda heç bir problem yoxmuş kimi davranmayın. 

2. Bir insanla evlənməzdən əvvəl, onunla yaxşı dost olduğunuzdan əmin olun. Sonradan dost olacağınızı düşünərək evliliyə addım atmayın. 

3. Bu addımı atmazdan əvvəl maddi durumları, uşaq, ailə, dostlar, qumar, siyasət, inanclar və digər məsələlər haqqında oturub söhbət edin. Maaşlarınızı birləşdirib ortaq büdcə yaratmağa hazırsınızmı, yaxud ayrı olmasına üstünlük verirsiniz? Hər ikiniz də uşaq istəyirsinizmi? Valideynlərinizin fikri sizin üçün nə dərəcə önəmlidir?  Bir-birinizin dostları ilə aranız necədir? 

4. Haqqında danışmağa çəkindiyiniz bir problem varmı? Gizli fantaziyalarınız varsa, bunları evlənməzdən əvvəl danışmalısınız. Əvvəlcədən danışmasanız, gələcəkdə aranızda ciddi problemləriniz ola bilər. Bu problemləri qarşı tərəfdən gizli saxlayaraq yaşaya bilmərsiniz. Gizli saxlasanız, bütün həyatınız boyu xoşbəxt olmayacaqsınız. 

5. Bunu düşünün: Partniyorunuz qorxunc qəza keçirib və iflic olub. Bundan sonra onun qayğısına qalmaq məcburiyyətindəsiniz. Buna hazırsınızmı? 

6. Evlənməzdən əvvəl bir-birinizi çox yaxşı tanımalısnız. Sonradan sən çox dəyişmisən və.s kimi cümlələr istifadə etməməlisiniz. 

7. Lazım olduğu halda münasibətləriniz haqqında professional yardım almağa hazır olun. 

8. Birlikdə uzun müddətli bir layihədə çalışın. Birlikdə komanda halında işləyə bilirsinizmi? Çətin şərtlər altında da yaxşı cütlük ola biləcəyinizi göstərəcək. 

9. Aranızda mübahisələr olacaq. Bu münahisələrdən sonra nə qədər müddət küsuslü qalırsınız. Əvvəlki vəziyyətə qayıda bilirsinizmi? İkinizdən biri aqressiv reaksiya verirmi? 

10. Bir-birinizə nə qədər bağlısınız? Biriniz digərindən daha çox bağlısınızmı? 

11. Qarşıdakı insanın bəyənmədiyiniz önəmli xüsusiyyəti varsa, bunun dəyişəcəyini düşünərək evliliyə addım atmayın.  Heç nəyin dəyişməcəyini gözə alaraq bu qərarı verin. 

12. İkiniz də bu evliliyi sona qədər davam etdirməyə hazırsınız? Əgər tərəflərdən biri evlilikdən sonra hər şey yaxşı olar deyib evlənirsə, evlilikdən sonra onu özünüzə bağlamağı gözləməyin. İki tərəf də bu mövzuda eyni düşüncələri paylaşır. 



Şərhlər:
Baxılıb: 6385
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz