Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlənən cütlüklərə 12 məsləhət
Evlənən cütlüklərə 12 məsləhət
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2002
Səs ver:
1. Tək və ümidsiz olsanız belə, bədbəxt bir əlaqənin təklikdən daha pis ola biləcəyini unutmayın. Əgər partnerinizle aranızda problemlər varsa, sırf tək qalmamaq üçün bunların üstünü örtməyi, problemlər yoxmuş kimi davranmağı seçməyin.

2. Biriylə evlənmədən əvvəl, onunla yaxşı bir yoldaş olduğunuza əmin olun. Sonradan yoldaş olacağınızı ümid edərək evliliyə addım atmayın.

3. Böyük bir addım atmadan əvvəl iqtisadiyyat, uşaq, ailə, yoldaşlar, spirt, qumar, siyasət, inanc kimi məsələləri oturub danışın. Birləşmiş bir bank hesabı meydana gətirməyi qəbul edirsinizmi, ayrı olmasınımı seçərsiniz? İkiniz də uşaq istəyirsinizmi? Valideynləriniz ikiniz üçün də əhəmiyyətlimi? Bir-birinizin dostlarınızla aranız yaxşımı? 

4. Haqqında danışmaqdan çəkindiyiniz cinsi bir mövzu varmı? Gizli fantaziyalarınız varsa evlənmədən əvvəl danışmalısınız, indi danışmasanız evliliyiniz əsnasında problemlərlə qarşılaşarsınız. Bu mövzuları qarşı tərəfə bildirmədən özünüzə saxlaya bilməzsiniz, saxlasanız da xoşbəxt ola bilməzsiniz.

5. Bunu düşünün: Partneriniz qorxunc bir qəza nəticəsi iflic qaldı, bundan sonra onun hər şeyiylə siz maraqlanmaq, ona baxmaq məcburiyyətindəsiniz. Buna hazırsınızmı? 

6. Evlənmədən əvvəl bir -  iki il boyunca hər şey haqqında danışmış olmalısınız. Evliliyinizdə 'Sən çox dəyişdin', 'Artıq səni tanıya bilmirəm' kimi cümlələr sərf etmir.

7. Ehtiyacınız olduğunda əlaqəniz haqqında professional kömək almağa açıq olub olmadığınız mövzusunda razılaşmalısınız.

8. Birlikdə böyük, uzun davamlı bir proyekt üçün işləyin. Birlikdə ciddi bir sıra işi edə bilir olmanız çətin şərtlər altında da yaxşı partnerler olacağınızı göstərər.

9. Bir çox mübahisə yaşayacaqsınız. Bu mübahisələrin ardından gələn müddətlər nə qədər sancılı olur? Dərhal normala dönə bilirsinizmi? İçinizdən biri passiv aqressiv rəftarlar sərgiləyirmi? 

10. Bağlılıq mənasında bir-birinizə nə qədər uyğunsunuz? Biriniz digərindən dahamı müstəqil?

11. Qarşınızdakı adamın bəyənmədiyiniz əhəmiyyətli bir xüsusiyyəti varsa, bunun dəyişəcəyini düşünərək evliliyə addım atmayın. Heç bir şeyin dəyişməyəcəyini fərz edərək bu qərarı verin.

12. İkiniz də bir evliliyi həyatlarınızın sonuna qədər davam etdirməyə hazırsınızmı? Əgər bir tərəf evliliyə 'yaxşı olacağını düşünürəm, sınayıb görmək lazım' deyərək addım atırsa, bu adamı evləndikdən sonra özünüzə bağlamağı gözləməyin. İki tərəf də bu mövzuda eyni düşüncələri paylaşır olmalıdır.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2002
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz