Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk görüşdən bu barədə danışmaq ayıbdır...
İlk görüşdən bu barədə danışmaq ayıbdır...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5314
Səs ver:
İlk görüşə gedənlərin ən çətin olan mövzusu: ilk görüşdə nədən danışmaq lazımdır? Hansı mövzular münasibətləri yaxınlaşdırır və yumşaldır?

İlk görüşdə səssiz dəqiqələr yaşana bilər, qarşınızdakı çox danışan deyilsə, söhbəti açmaq üçün müxtəlif mözvular haqqında danışmağa başlayırsınız? Bu zaman başqa bir məsələ ortaya çıxır. Hansı məsələləri ilk görüşdə danışmaq yersiz ola bilər?

İlk görüşdə nələr danışıla bilər, nələri danışmaq olmaz, hansı məsələlər ilk görüş üçün uyğun deyil? Bu sualların cavabını sizin üçün hazırladıq. Onların bəziləri bunlardır:

Sakit olun, beləcə özünüzü yaxşı ifadə edəcəksiniz və hər şey daha yaxşı olacaq.

İlk görüşə mümkün olduğu qədər sadə şəkildə getməkdə fayda var. Həm fiziki, həm də ruhən. Bəzənib-düzənmək lazımdır ancaq içində özünüzü rahat hiss etmədiyiniz və sizi narahat edən makiyajdan uzaq olasanız, yaxşı olar. Digər tərəfdən rola girmək və başqa cür davranmaq çətin olacaq, həm də bunun sonrası var.

Özünəgüvənmək lazımdır amma həddindən artıq "Mən belə yaxşıyam, mən belə superəm...” kimi cümlələr həm qarşınızdakını sizdən diksindirəcək, qorxudacaq, həm də sizi gülməli vəziyyətə sala bilər. Onun sizi belə cümlələrlə deyil, yaxından müşahidə edərək tanımasına icazə verin.

Söhbəti başlamaq çətindir. Başlanğıc olaraq gündəlik həyatınızdan, boş zamanlarda nələr etdiyinizdən, harada yaşadığınızdan, iş həyatınızdan və dostlarınızdan bəhs edə bilərsiniz.

Ortaq maraqlarınızı kəşf edib onun üzərində danışa bilərsiniz. Məsələn, sevdiyiniz musiqi və ya film haqqında geniş müzakirə açıb, maraqlı fikirlərinizi bölüşərək ona təsir edə bilərsiniz. Əgər ilk görüşdə susub qalıb nə danışacağınızı bilmir və düşünürsünüzsə, əvvəlcədən evdə məşq edin və söhbət üçün mövzu tapın.

Məhəbbət və sevgili olmaq kimi mövzular, ilk görüşdə müzakirə olunmasa yaxşıdır. Hələ ilk görüşdən neçə uşaq istədiyinizi və ya gələcəklə bağlı planlardan bəhs etməyin. Qarşı tərəf qorxa, hətta qaça bilər. Qormasa da, sözləriniz səmimi gəlməyə bilər. Həmçinin ilk görüşdə əvvəlki sevgili ilə bağlı söhbətlər xoş olmaya bilər. Keçmişin keçmişdə qalmasına icazə verin.

Para, pul, qazanc mövzuları da ilk görüş üçün uyğun gəlməyən mövzular sırasına daxildir. Ümumiyyətlə, ilk görüşdə pul haqqında danışmaq soyuq atmosfer yaradır.

İdmanla bağlı mövzu da ilk görüş üçün keçərli deyil. Qarşı tərəf idmanla o qədər də maraqlanmaya bilər.

Vücud dili vacibdir. Amma aşırı əl-qol hərəkəti, gözləri qaçırmaq, davamlı barmaqlarınızla oynamaq sizi qarşı tərəfdə güvənsiz olduğunuz düşüncəsi aşılayır. Buna görə də, göz təmasına diqqət edin, həm danışarkən, həm də onu dinləyərkən gözlərinin içinə baxın.

Görüşə gedəcəyinizi, üstəlik hər şeyi bilmək istəyən dostlarınız varsa, telefonunuzun səsini alın.

Danışmaq qədər dinləmək də əhəmiyyətlidir. Onu dinləməyi unutmayın.


Şərhlər:
Baxılıb: 5314
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz