Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl evlilik təklifi fikirləri
Gözəl evlilik təklifi fikirləri
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2040
Səs ver:
Mahnınızı oxuyun
Gözlərinə baxa bilmirsinizsə belə səsinizi eşitdirin. Hekayənizi səsləndirin. Tanış olduğunuz gündən bu günə qədər keçən zamanda yaşadığınız bütün xatirələri canlandırın. Fotoşəkillərinizi xronoloji olaraq hazırlayın və bir slide şouya çevirin.
Öz səsinizlə öz nağılınızı izah edin. Günlərdən bir gün, dünya gözəli bir qızla tanış oldum… Ya da siz necə ifadə etmək istəsəniz. Hər fotoşəkillə birlikdə başqa bir xatirənizi, başqa bir duyğunuzu dilə gətirin.
Son fotoşəkillə birlikdə uzun zamandır necə dilə gətirəcəyinizi heç cür qərar verə bilmədiyiniz təklifinizi edin və soruşarkən qorxmayın. CD izlərkən gözyaşlarını tuta bilməyəcəyinə və təklifinizi böyük bir xoşbəxtliklə qəbul edəcəyinə əminik.
İstəsəniz bu CD-ni ona məktubla göndərə bilər və bu anı tək başına keçirməsini seçim edə bilərsiniz. Yaxud istəsəniz ikiniz birlikdə izləyər və bu anı bölüşə bilərsiniz.

Xəzinə ovuyla təklif
Böyük bir sürpriz üçün bir az səy göstərilməlidir, evinizin içində bir xəzinə ovu təşkil edin. Hər küncə diqqətlə hazırlanmış ipuclarını gizlədin və tək-tək onları tapmasını gözləyin.
Əgər xəzinə ovunu tamamlaya bilsə, özünü böyük bir sürprizin gözləmiş olduğunu xatırlatmağı da unutmayın. Özünü gözləyən böyük sürprizin nə olduğunu deməyə gərək varmı? Təbii ki evlilik təklif etmək üzrə evin ən gözəl küncünü seçmiş və əlində çiçəklərlə gözləyən ağ atlı bir şahzadə.
Xəzinə ovunun təmasını ən sevdiyiniz film, ən sevdiyiniz oyun ya da sıravi bir ümumi səhnə formasında hazırlaya bilərsiniz. Bu tamamilə sevgilinizin ən çox nədən xoşlandığından asılıdır.

Rola girin
Qətiliklə özünüzü şüphələndirməməlisiniz, zarafatınız xoşbəxt sonla bitəcək Günün sonuna doğru sevgilinizə əzəng edin. Bir az rol oynamağın kimə nə zərəri var? Azca əhvalı pis, çətinlvə hətta bir az məsafəli danışmağı bacara bilərsiniz? İş çıxışında onunla görüşmək və çox əhəmiyyətli bir mövzu danışmaq istədiyinizi deyin.
Unutmayın, hər necə danışsanız danışın, önünüzdəki saatların bir az gərgin və çətinlikli keçəcəyini hiss etdirin.
Onu bir neçə saat üzəcək olsanız da, böyük ehtimalla bu bir neçə saatın sonunda həyatının ən xoşbəxt dəqiqələrini yaşayacağı üçün heç əhəmiyyəti qalmayacaq. Bu telefon görüşməsinin ardından sevdiyiniz üçün gərgin saatlar başlayacaq və doğrusunu söyləmək lazım olsa onunda əhvalı pisləşəcək. Hətta, sizin bədbəxtliyinizin səbəbini anlamağa çalışarkən, birlikdə son dərəcə kefli keçən günlərin ardından bu əlaqənin bədbəxt bir sona yaxınlaşdığını belə düşünə bilər.
Buna görə onu çox  üzməyin və görüşdüyünüz yerə gəldiyi anda təklifinizi edin. Bu anı və etdiyiniz zarafatı daha xüsusi etmək istəsəniz, ilk tanış olduğunuz yeri belə seçə bilərsiniz.

Film kimi
Eşqinizi kinoda elan edin. Bu qulağınıza olduqca dəlicəsinə gələcək amma reallaşdırılması qətiliklə mümkündür.
Gözəl bir axşam yeməyi və ardından kino təklifinə kiminsə xeyr deyəcəyini sanmırıq.
Kino salonunun idarəçiləriylə əvvəldən görüşün və dəli planınızı tətbiq edə bilmək üçün lazımdırsa yalvarın. Əslində istədiyiniz son dərəcə sadədir. Film üçün ara verildiyində salon vəzifəlisinin tamaşaçılara xitab etməsi və texniki bir qəza səbəbiylə hər kəsin çox qısa müddət yerlərində qalmasını xahiş etməsi kafidir. Dərhal ardından qaranlıq salonun nəhəng ekranında ,məsələn:"Aişə mənimlə evlənərsən?" yazısı meydana çıxacaq.
Yanınızdakı Aişə xanım bu qədər xüsusi bir təklifin özünə edilmiş ola biləcəyinə inana bilməyəcəksə əgər, təklifin altına özünüzü də əlavə edə bilərsiniz.
Yazı ekranda meydana çıxdıqdan qısa bir müddət sonra işıqlar yanar və siz də bu təklifi edən dəli bir insanın kim olduğunu göstərmək üçün ayağa qalxa bilərsiniz. Elə sanırıq ki, bu dəliliyinizin ardından eyni filmi təkrar seyr etmək məcburiyyətində qalacaqsınız. Aişə xanımın ikinci yarını izləyə bilmək üçün salonda qala bilməyəcək qədər həyəcanlanacağına əminik.

Billboardlar
Böyük bir elan verin. Siz də danışmaqda çətinlik çəkənlərdənsiniz? 21-ci əsr sizin kimilərə çox faydalı həllər çıxarır. Bu təklifi necə edəcəyəm deyə  düşünərək yaşayacağınıza, başınızı bir az havaya qaldırın.
Ətrafınızda nələr görürsünüz? Təbii ki onlarla billboard. Daha əvvəl heç billboard kirayəyə götürməyi düşünmüşdünüz? Axşam xəbərlərində görmüş olduğunuz maraqlı evlilik təkliflərinin hamısı gerçəkdir və billboard bunlardan yalnız biridir. Üstəlik ən asan həll edilə biləcək olanıdır. Onun hər gün keçdiyindən əmin olduğunuz bir yol seçin.
Yolunun üzərində olan və qətiliklə gözündən qaçmayacaq bir billboardı seçin. Belə bir işə səbəb olacaqları və əslində olduqca çaşacaqları üçün billboardı kirayəyə götürən firma da əllərindən gəldiyincə sizə köməklik edəcək.
Billboardda ikinizə aid  xüsusi fotoşəkillər ya da ikiniz üçün xüsusi olan bir mətin istifadə edə bilərsiniz. Əmin olun təəccübü ən az xoşbəxtliyi qədər çox olacaq.

/Mənbə: Qadınlar.biz/




Şərhlər:
Baxılıb: 2040
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz