Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə arasında olan bağlılıq
Ailə arasında olan bağlılıq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1982
Səs ver:
Ailənizin qayğısına qalıb onunla yola gedirsiniz? Bir-birinizin ehtiyaclarına kömək edirsiniz? Yoxsa bir-birinizdən ayrı dünyalarda yaşayıb evinizi bir otelə döndərmisiniz?
Bir-birinə uyğunlaşma,yetərli bərabərlik və oxşar yaşamaq deməkdir. Yeməyinizin, geyiminizin, əyləncənizin, məşğuliyyətlərinizin bir-birinə oxşaması sizin bir-birinizə olan uyğunlaşmanızın, aranızda olan sevginin bir növ göstəricisidir.
Təbii ki, bir-birinizin robotu və yaxud da kopyası deyilsiniz. Ruhunuz, insanlığınız, işiniz, sosial həyatınız fərqlidir. Bir-birinizin arasında olan uyğunlaşmanı fərqli dünyanızın bəzi bölmələrini birləşdirərək əldə edə bilərsiniz. Nə qədər ki, fərqlisiniz bir o qədər də bir-birinizə bağlı və bənzər olmalısınız.
Birlikdə evinizin nizam-intizamını, seçdiyiniz yeməkləri, qohumluq əlaqələrinizi, xobbilərinizi, dininizi, dünya görünüşünüzü paylaşırsınız? Biri çay evinə gedərkən digəri evində onu gözləyir. Biri uşaqların qayğısına qaldığı zaman digəri işindən ayrılıb evə gəlmək istəmir. Fərqliliklər çox olduqca aralarda da bir o qədər uzaqlaşma, soyuqlaşma olur. "Niyə xoşbəxt deyilik ya da niyə ayrıldıq. Necə xoşbəxt yaşayırdıq?” Başqa səbəblərə ehtiyac varmı?

Eyni evdə yaşamaq və eyni yatağı paylaşmaq, birlikdə zaman keçirmək deyil. Birlikdə olmaq, bir-birinə qayğı göstərmək, bir-birini başa düşmək, bir-birinə toxunmaq bir-birini dinləmək deməkdir.
Bir qadın ağlayır:” Həyat yoldaşım internetdə vaxt keçirməyi bitirib mənə vaxt ayırmır. Onun mənə vaxt ayırmasını gözləməkdən depresiyaya düşürəm” deyir. Sizin həyat yoldaşınız özünü pis hiss etdiyi zaman, sizin ona diqqət, qayğı göstərmənizi gözlədiyi zaman internetdə əyləncə axtarmağınız düzgün deyil.
Həyat yoldaşınız romantikdirsə onu öz məntiqinizlə tamamlamağa çalışın. Həyat yoldaşınız təmizliyi hədsiz sevirsə sizdə ona uyğunlaşmağa çalışın. Həyat yoldaşınız uşaqlarınızın qayğısına qalırsa siz də onların təhsili ilə maraqlanın, onların əylənə bilməsi üçün şərait yaradın. Həyat yoldaşınız qohumlara qarşı soyuqdursa siz onun qohumlarla münasibətinin düzəlməsinə köməklik göstərin.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1982
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz