Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bunları özünüzdən soruşun
Bunları özünüzdən soruşun
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1804
Səs ver:
Həyatımızın evlilik, boşanma, körpə sahibi olmaq kimi dönüş nöqtələri vardır.Bu kritik zamanlarda qərar vermənizdə sizə çox köməkçi olacaq açar suallar vardır! Bu suallardan birinə belə verəcəyiniz mənfi cavab qərarınızn bəlkə də doğru olmadığını və yenidən üzərində düşünməniz lazım olduğunun siqnalını verir.
Həyatda bəzi zamanlar vardır, bir ayrı-seçkilik nöqtəsinə gəlir və qərar vermək məcburiyyətində qalarıq. Önümüzdə iki yol görünər; ikisindən birini seçmək lazımdır. Belə zamanlarda, bir yerlərdən bir işarə gəlməsini və bizə doğru yolu göstərməsini istəyərik.Ekspertlərə görə o işarə əslində bizim içimizdədir, şüurumuzda bir yerlərdə dayanır... Əsas məsələ bunu ortaya çıxarmaqdır. Yaxşı, amma necə? Öz özünüzə soruşub, cavablayacağınız bəzi çətin suallarla... Evlənmə, birlikdə həyata ya da körpə dünyaya gətirmə qərarı almadan əvvəl özünüzə bu qıfıl sualları soruşmalı və içinizdən gələn səslərə qulaq asaraq ən doğru şəkildə cavablamalısınız. Bu sualların cavablarına baxaraq, o qərarı almanın sizin üçün nə dərəcə doğru ya da səhv olduğunu açıqca görəcəksinizsə.

Aşiq olmadan əvvəl...
Onunla birlikdəykən özüm ola bilirəm?
Onu sevirəm yoxsa onun kimi biriylə birlikdə olma fikirinisevirəm?
Mənim üçün kifayət qədər yaxşıdır?
Yaxınlarım və ailəm də ondan xoşlanır?
Paylaşdığımız ortaq dəyərlər və ortaq məqsədlərimiz var?
Həyatımın bu nöqtəsində bir əlaqə mənim üçün nə qədər əhəmiyyətlidir?
O, bir əlaqəyə və məsuliyyətlərinə hazırdır?
Mən sonuna qədər getməyə hazıram?
Bir kişi ilə tanış oldunuz, birliyiniz həqiqətən yaxşı gedir və ümid verici bir əlaqə olduğunu hiss edirsiniz. Kritik sual isə, özünüzü bu əlaqəyə təslim edib etməyəcəyinizdir... Psixoloqlar, əlaqənin başında müdhiş bir həyəcan fırtınasının içindəykən obyektiv olmanın çox da asan olmadığını bildirir. Ancaq bu mərhələdə özünüzə çətin suallar soruşmaq, irəlidəki xoşbəxtliyiniz üçün böyük əhəmiyyət daşıyır. "Onunla bərabərkən özümü ona uydurmaq üçün dəyişdirirəm?", "Nə hiss etdiyini yalnız sözləriylə deyil, davranışlarıyla da göstərir?" və ən əhəmiyyətlisi, "Mənim özümü yaxşı hiss etməmi təmin edirmi?"... Əgər bu uzun vədəli bir əlaqə olacaqsa, bölüşülən dəyərlər də çox əhəmiyyətlidir. Fərqli zövqləriniz ola bilər, ancaq əgər sizi siz edən dəyərləri bölüşmürsünüzsə, əlaqənin çox irəli gedə bilməyəcəyini bilmək üçün ağıllı olmaq lazım deyil.

Birlikdə yaşamağa başlamadan əvvəl...
Bir az tələsikk edirəm?
İstədiyim üçün edirəm, yoxsa buna ehtiyacım olduğu üçün?
O da mən də bir-birimizi olduğumuz kimi sevir və qəbul edirik?
Həyat sahəmdə onu davamlı ətrafımda görməyə hazıram?
Maddi vəziyyəti necədir?
Qüsurlarımı kifayət qədər göstərib rahatladım?
Harada yaşayacağıq?
Ayrı həyat tərzlərimizi və zövqlərimizi eyni dam altında necə birləşdirəcəyik?
Onunla birlikdə bir evə köçmək qərarı vermədən əvvəl özünüzə zaman verin. Dürüst olun, bunu həqiqətən istəyirsiniz, yoxsa evə gəldiyinizdə birini evdə tapmaq xoşunuza gəlir?
Bir də bəzi maddi məsələlər var ki, üzərində düşünməniz lazımdır: Nəticədə eyni evdə yaşamaq demək maddi olaraq da  çox vaxt birlikdə hərəkət etmənizi tələb edir. Ancaq yenə də maddi müstəqilliyinizi davam etdirmək ağıllıca olacaq. Əgər evlilik üzüyünüz və ortaq uşaqlarınız yoxdursa bu əlaqədən yaranan haqqlarınız da yox deməkdir. Birlikdə bir mülk aldığınızda ayrılıq vəziyyətində haqqlarınızı zəmanət altına alacaq bir müqavilə imzalamaq yaxşı olacaq. Çünki, bir gün əlaqəniz bitsə başınız ciddi şəkildə ağrıya bilər.
Kişilər ümumiyyətlə analarının verdiyi rahatlığın eynisini sevdiyindən də gözləyər. Ev işlərini bölüşmək mövzusunda da yoldaşınızla əvvəldən danışmanız və razılaşmanız ən yaxşı yoldur.
Məsələn; Zuhal (28) həyat yoldaşı Uğur (35) birlikdə yaşamağa başladı. "Hər ikimiz də işimizə baxmayaraq, axşamları evə gəldiyimizdə yeməyi mən hazırlayırdım, qab-qacaq yuymunda da onu televiziyanın qarşısında oturmuşkən  tapırdım. Evin təmizliyi mövzusunda da bir iş görmür,hər şeyi məndən gözləyirdi. Mən də etiraz edib heç bir şeyə toxunmamağa başladım. Evimizin zibil evə çevrilməkdə olduğunu anlaması belə 3 həftəni aldı! Oturub danışdıq, ona anası olmadığımı, məsuliyyətlərimizin bərabər olduğunu izah etdim. Ev işlərini paylaşma mövzusunda bir müqavilə bağladıq, artıq yeməyi mən hazırlayıramsa masanı o yığır. Təmizliklə də bir həftə o, bir həftə mən maraqlanıram. İndi çox daha dincik" deyə izah edir.

Evlənmədən əvvəl...
Birlikdə böyüdük yoxsa ayrı?
Ona aşiq olduğum qədər onu sevirəm?
Bir-birimizi xoşbəxt edirik?
Bir-birimizin ailələri ilə yaxşı yola gedirik?
Həyatımın sonuna qədər onunla birlikdə oyanmaq fikiri məni xoşbəxt edir?
Təcrübələrimizi birləşdirəcəyik, yoxsa ayrı tutacağıq?
Evlilik motivasiyanızın nə olduğu ümumiyyətlə evliliyinizin ömürünün nə olacağıyla əlaqədar da bir fikir verər. Əgər bu insanla həqiqətən eşqi tapdığınız üçün deyil də ətrafınızdan gələn tənqidlərdən, ya da "evdə qaldı" təzyiqindən qorxduğunuz üçün evlənirsinizsə, qərarlarınızı bir dəfə daha nəzərdən keçirmənizdə fayda var. Evlilik qərarı almadan əvvəl özünüzə soruşacağınız ən əhəmiyyətli sual bəlkə də "Həyatımın bundan sonrakı qisimində onunla birlikdə olmaqdan xoşbəxtəm?" olmalıdır. Evlilik əvvəlində qulağa çox da romantik gəlməyən bəzi detallar üzərində də düşünməniz və qərar verməniz lazımdır. Məsələn, evləndiyinizdə təcrübələrinizi necə qiymətləndirəcəyiniz, ortaq hesabdamı tutacağınız, yoxsa ayrı-ayrı bank hesablarına sahib olacağınız sualları əhəmiyyətlidir. Bir gün özünüzü 39 yaşındakı Leyla kimi pulsuz və işsiz tapmamaq üçün bu mövzular üzərində düşünməkdə fayda var. Baxın Leyla yaşadıqlarını necə izah edir: "Evləndiyimizdə çox aşiqdik, çox gəncdik. O məktəbi bitirməyə çalışırdı bu vaxt mən işlədim. Universiteti bitirib çox yaxşı bir mövqedə işə başlayınca mən işdən çıxdım. Çünki, uşaq dünyaya gətirmə qərarı aldıq. Uşaqlarımızı böyütmək üçün karieramı könüllü olaraq buraxdım. Aradan 10 il keçdi, mənim də onun da duyğuları dəyişdi. Boşanmanı əsasən mən istədim, amma bu  pulsuz qalmağı da gözə almaq demək idi. İndi hər şeyə yenidən başlayıram."

Körpə sahibi olmadan əvvəl...
Əlaqəmiz əsnasında bir sıra çətinliklər yaşayıb, bunları sovuşdurma bacarığı göstərdik?
Körpə sahibi olma mövzusunda həqiqi, yoxsa idealist davranıram?
Bir körpə istəyirəm, yoxsa "ondan" bir körpə sahibi olmaq istəyirəm?
Həyatımı sonsuza qədər dəyişdirməyə hazıram?
Körpəylə birlikdə evdə kim qalacaq?
lKörpənin gətirəcəyi maddi yükün öhdəsindən gələ biləcəyik?
Bədənimdə meydana gələcək dəyişikliklər üçün hazıram?
Körpənin baxımında o necə bir məsuliyyət alacaq?
Necə bir valideynlər olacağımız mövzusunda düşüncələrimiz uyğunlaşır?
Doğumdan sonra düşüncələrimin mərkəzində körpəm olacaq, o deyil. Buna hazırdır?
Körpə sahibi olma qərarı vermədən əvvəl özümüzə soruşduğumuz o qədər çox sual var ki, bəzən bu suallar altında əzilərik. Bəziləri isə bu sualları heç soruşmaz və özlərini tamamilə hazırlıqsız yaxalanmış olar. Eynilə, Asumanın (25) hekayəsində olduğu kimi: "Hamilə olduğumu öyrəndiyimdə böyük bir xoşbəxtlik yaşadıq. Körpə doğulduğunda əslində həyatımın tamamilə dəyişəcəyinin çox da şüurunda olmadığımı anladım. Aktiv bir ictimai həyatım vardı, körpədən sonra aylar boyunca ev həbsi yaşadım. Mənə kömək edəcək heç kim də yox idi. Körpəmin məni bədbəxt etdiyini demirəm, amma şərtlər daha uyğun olsa və planlarımızı daha yaxşı etsək mən bu qədər pis olmayacaqdım.Həmdə,həyat yoldaşımın bu mövzudakı laqeydliyi və mənim içində olduğum vəziyyəti anlamaması vəziyyəti daha da çətinləşdirdi."

Ayrılmadan əvvəl...
Həqiqətən bu əlaqə qurtarıla bilməyəcək bir nöqtəyə gəldi?
Əlaqəmizdən çox  şey gözləyirəm?
Bu əlaqədəki problemlər özünümü təkrarlayır?
Əgər bu əlaqəni qurtarmaq isdəsəm, buna enerji xərcləyəcək gücüm var, ya da xərcləmək istəyirəm?
Ortaq yoldaşlarımıza nə olacaq, ayrıldıqdan sonra da onları görməyə davam edəcək?
Dost qalacağıq yoxsa bağlarımızı qoparacağıq?
Onun bir başqa qadınla olmasına dözə biləcəyəm?
Başqa biriylə yeni bir əlaqə istəyirəm, yoxsa bir müddət təkmi qalmaq istəyirəm?
Yolun sonuna gəldiyinizi hiss edirsiniz... Bir düşünün, həqiqətən əlaqənizin tutular bir tərəfi qalmadı? Çox vaxt, əslində qurtarıla biləcək bir əlaqəykən imtina etməyə, işin ucunu buraxmağa hazırıq. Halbuki, krizis nə qədər böyük olursa olsun əgər bir əlaqədə hələ güvən və hörmət varsa qurtarılacaq çox şey var deməkdir. Yaxşı, ya həqiqətən yolun sonuna gəldinizsə?

Aylın (29), həyat yoldaşıyla olan, 2 illik əlaqəsinin sonuna gəldiyini düşünürdü. "Hər dəqiqə dalaşırıq və artıq əlaqəmizin heç bir əyləncəli yanı qalmamışdı" deyir və davam edir: "O artıq aşiq olduğum adam deyildi. Birliyimizə son bir şans verməyə qərar verdim, əgər bu son sınaq da müvəffəqiyyətsiz olsa ayrılmağa qərarlıydım.
Bu vaxt o iş dəyişdirdi və əlaqəmiz sürətlə düzəlməyə başladı. Anladım ki, köhnə işində olan bədbəxtliyi əlaqəmizə əks olunurdu. Təkrar o şən, əyləncəli, nəzakətli adam oldu. Əlaqəmizə ikinci bir şans verdiyim üçün çox məmnunum."

Formsante jurnalı




Şərhlər:
Baxılıb: 1804
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz