Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni heyat
Yeni heyat
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1528
Səs ver:

http://imgs.su/tmp/1314766153-656.jpg

Ailəliyin ilk illərində gənc ailəni hansı çətinliklər gözləyir?

Uşaqlıqda sevimli nağıllarımız belə qurtarardı: sevgililər əzablı yollardan keçib, 40 gün, 40 gecə toy çaldırırlar və xoşbəxt yaşayırlar. Bir az böyüdük, nağılları seriallar əvəz etdi. Sonuc eyni idi: nigah mərasimi və xoşbəxt həyat.

Zaman ötdü, sevimli nağıllarıımız reallığa çevrildi: ağ paltar, fata, Mendelson marşı. Bu reallaşmış nağılın 1 – ci hissəsi idi, əsas 2 – ci və çətin hissə isə qabaqdadır: bir yerdə xoşbəxt yaşamaq.

*Evliliyin 1 – ci ili seçdiyiniz insanın yeni, bəzən də xoş olmayan tərəflərinin aşkarlanması ilidir. Toya qədər o, ideal idi: xeyirxah, mehriban, qayğıkeş. Bütün çatışmazlıqlar (əgər onlar var idisə) elə xırda və mənasız görünürdü ki...
İndi isə... İndi hər şey əksinədir, yoldaşınızın davranışındakı xoşagəlməzlik o qədərdir ki, ağlınıza mənfi fikirlər gəlir: “ bəlkə, mən düzgün seçim etməmişəm?”. Vahiməyə düşməyin, statistikaya əsasən, gənc cütlüklərin böyük əksəriyyəti ailə həyatının ilk ilində bir – birindən narazı olurlar.

Yadınızda saxlayın, həyat yoldaşınızda sevdiyiniz yaxşı keyfiyyətlər itirilməyib. Siz indi onun ideal olmayan tərəflərini tanımağa başlayırsınız. Axı ideal insan olmur! Özünüz üçün siyahı tutun və sevgilinizin xasiyyətindəki neqativ təzahürləri pozitivlə tutuşdurun. Onların sayının bərabər olduğunun şahidi olacaqsınız.

Yoldaşınızın xoşagəlməz adətlərini korrektə etmək mümkündür. Amma bunu dərhal toydan sonra etməyin. Əgər o, 20 il ərzində corablarını çıxarıb ora – bura atırdısa, çətin ki, 2 günə hər şey düzələ.

*Tədricən romantikanın dərəcəsi aşağı düşür. Toydan qabaq o, sizin hər görüşünüzü bayrama çevirərdi, indi isə hisslərini demək olar ki, ifadə etmir.

Bu ilk növbədə sosial rolların dəyişməsilə bağlıdır. İndi siz onun görüşdüyü qız yox, həyat yoldaşısınız. Yəni indiki statusunuz sizə olan münasibəti dəyişdirib. Kişi sadə bir şeyi anlamır, siz ondan nə gözləyirsiniz? O, hər gün yanınıza qayıdır, dostları ilə keçirdiyi xoş vaxtlardan əl çəkib, hətta hər gün zibili də atır. Sizə başqa nə lazım ola bilər ki? Romantik sevgi etirafları və gül dəstələri onun üçün artıq keçilmiş mərhələdir.

Bu vəziyyəti dəyişmək mümkündür. Öz şəxsi nümunənizdə sevgilinizə hisslərinizi bildirin. İş həftəsinin sonunda romantik şam yeməyi hazırlayın. O da buna cavab olaraq sizə sürpriz hazırlayacaq.

*Adi günlər işləyirsiniz, istirahət günləri bir yerdə olursunuz. Əvvəllər bu cədvəl sizi qane etsə də, vaxt keçdikdən sonra nigah bağlamaqla tilsimə düşdüyünüzü fikirləşirsiniz. Bu tilsimdə siz və ondan başqa heç kim yoxdur. Toydan qabaq hərənizin öz maraq dairəsi olub. Onları yenidən canlandırın. Çalışın ki, həftənin bir gününü şəxsi işlərinizə sərf edəsiniz. Axşam isə olanları şam yeməyi zamanı birlikdə müzakirə edin. 


Şərhlər:
Baxılıb: 1528
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz