Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərdə "toy gecəsi" gərginliyi…
Kişilərdə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8315
Səs ver:
Toy gecəsi yalnız qadınlar üçün deyil,eyni zamanda kişilər üçün də qorxuducu ola bilər.

Ailəvi və ekoloji şərtlər,yetişmə tərzi və təhsil səviyyəsi,toy gecəsi əlaqəyə girə bilməmə qorxusu,şüur və şüuraltı qarşıdurması meydana gətirərək kişi cinsi orqanının sərtləşməsinə maneə olur.Bu yaşam pozğunluğu keçici olub bir neçə həftədə düzələ bilsə də bəzən aylarla müddət apara bilər.

Bu vəziyyətin "Kişiliyin bağlanması" kimi fövqəltəbii bir sıra problemlərə səbəb olub, həkimə müraciət olunur.İşin daha kədərli tərəfi isə təsirli təlqinə çox uyğun olan toy gecəsi iqtidarsızlığının, əksəriyyətlə əlverişsiz adam ya da kəslər tərəfindən istismar edilməsi və mənfəət təmin edilməyə çalışılmasıdır.

Qadının qayğısı kişiyə də əks olunur

Kişinin "ya müvəffəqiyyətli ola bilməzsəm" qorxusunun yanında, gəlinin də ağrı və qanama qayğılarından ötəri yaşadığı qorxunu açıqca bildirməsi toy gecəsi iqtidarsızlığına zəmin hazırlayar.
İlk bir iki müvəffəqiyyətsiz sınaq vəziyyətində itirilən özünə inam, hər müvəffəqiyyətsiz əlaqədə bir az daha bərkiyər və qısa müddətdə mənfi bir sonsuz dövr ortaya çıxar. Bu sonsuz dövr kişinin aylar boyu sərtləşmə təmin edə bilməməsinə səbəb ola bilər.

Şişirdilmiş və səhv düşüncələr iqtidarsızlığı tətikləyir

Kişilərin yaşadığı ilk gecə qorxusunda qadınların da rolu var. Qadının ilk gecə haqqındakı şişirdilmiş və səhv düşüncələri kişidəki keçici iqtidarsızlığı tətiklər.

Bunda heç şübhəsiz "ya yoldaşıma zərər versəm, onun canını çox üzsəm" qayğılarının da rolu vardır. Bəzi qadınların yoldaşlarından həddindən artıq performans gözlədiklərini fərqində olmadan da olsa bildirmələri kişidə qayğı və müvəffəqiyyətsizlik qorxusu meydana gətirə bilər.

Ereksiyon istək və xəbərdar edilmənin ardından meydana gəldiyindən, bu dövrdə meydana gələcək hər hansı bir mənfi vəziyyət adamda mövcud ereksiyonun, tam birləşmə əsnasında birdən itməsinə yol aça bilər.

Daha sonrakı sınaqlarda isə adam görəsən yenə "ereksiyonum itəcəkmi?" gözləməsi içində əlaqəni təkrar sınadığında, arzulu olmasına, yüksək libido səviyyəsinə və ön sevişmədə sərtləşmə olmasına baxmayaraq sərtliyinin itdiyini görə bilər.

Yoldaşlar bir-birinə anlayış göstərməlidir

Hər şeyə baxmayaraq toy gecəsində kişiyə daha əhəmiyyətli məsuliyyətlər düşməkdədir. Gəlin daha əvvəl evlilik ya da birlik yaşamamışsa onun ürkəkliyini anlamalı, şəfqətli və səbirli davranmamalıdır.

İlk əlaqə yaşayacaq olan gəlin qulaqdan dolma səhv məlumatlarla şərtlənmiş ola bilər və əlaqənin çox ağrılı və qanamalı olacağına inanmış ola bilər.

Unudulmamalıdır ki, ilk gecə yaşanan təcavüzü xatırladan yanaşmalar gəlində bir ömür boyu yaranacaq psixoloji pozuqluqlara səbəb ola bilməkdədir.

Eyni vəziyyət kişi üçün də söz mövzusudur. Kişi ilk gecə stress və həyəcandan ötəri ürkək davrana bilər ya da erkən boşalma yaşana bilər. Gəlin anlayışlı və səbirli olmalıdır. Əsla yoldaşının kişiliyini kiçik hesab edən ifadələrə müraciət etməməlidir. Əks halda uzun müddət ereksiyon qüsurları yaşana bilər və müalicəsi də bir xeyli çətin ola bilər.

Erektil disfonksiyon toy gecəsi iqtidarsızlığından fərqli bir vəziyyətdir. Burada psixoloji səbəblərdən çox orqanik fonskiyon pozuqluğu söz mövzusudur və toy gecəsindən əvvəl də ereksiyon problemi vardır.
Erektil disfonksiyon problemi olan kişilərin evlənmədən əvvəl mütləq bu problemi müalicə etdirməlidirlər.
Xüsusilə kişi toy gecəsi spirtli içkilərdən qaçınmalıdır. Spirt ereksiyon qüsurlarına yol aça bilməkdədir.


Şərhlər:
Baxılıb: 8315
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz