Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Getməkmi çətin qalmaqmı?
Getməkmi çətin qalmaqmı?
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 1080
Səs ver:
Araşdırmalara görə, ayrılıqlar əslində insanlara qorxduqları qədər zərər vermir.
Çoxumuz, əlaqəmizin yaxşıya getmədiyini, aşan, sevginin qalmadığını bilə-bilə, ayrıldığımızda daha bədbəxt olacağımıza inandığımız üçün ayrılamayıq. Belə zamanlarda içindən çıxılmaz bir vəziyyətdə qaldığımızı hiss edərik, ayrılmaqmı çətin birlikdə qalmaqmı? Ayrılma hesabları edərkən, gələcəyi görə bilən bir falçı ədasıyla başlarıq irəliyə dönük kəhanətlərdə tapılmağa; ayrılsam tək qalacağam, bir daha kimsə məni sevməyəcək və ya mən bir daha kimsəni sevə bilməyəcəyəm, bədbəxt olacağam, tək başıma bu həyatla baş edə bilməyəcəyəm…
İrəliyə dönük mənfi çıxaramlar etmək, fikir icra etmək, universal olaraq bir çox insanın etdiyi bir düşüncə səhvidir. Dr. Burnsan "falçılıq" deyə təyin etdiyi bu düşüncə səhvini, sonunun nə olacağın biləmədiyimiz vəziyyətlərdə tez-tez edərik. "Falçılıq" edərkən, təəssüf ki,, gələcəyi bilməmiz mümkün olmasa da, hər şeyin mənfi olacağına dair nəticələndirər çıxarar və buna inandırarıq özümüzü. 
İmtahana girmədən əvvəl bir uşağın "qəti bilmədiyim mövzulardan soruşacaqlar" deyə narahat olması və ya boşanma ərəfəsindəki bir adamın "bir daha heç xoşbəxt ola bilməyəcəyəm" şəklindəki qorxuları əslində yalnız "falçılıq" nəticəsi ortaya çıxan düşüncələrin məhsuludur. Bu tip düşüncələrə inanan kəslərin gələcək üçün ümidsizliyə qapılması, narahat olması və çarəsiz hiss etməsi qaçınılmazdır.
Ümidsizlik duyğuları, digər tərəfdən, insanın etmək istədiklərinə maneə ola bilər, cəsarətini qıra bilər. Ayrılınca bədbəxt olacağına inanan adam ayrılmaqdan imtina edib, bədbəxt bir əlaqə içində illərini xərcləyə bilər. 
Ümidsizliyin gətirib çıxardığı narahatlıqlardan xilas ola bilən kəslər, içində olduqları mənfi vəziyyətləri daha asan dəyişdirə bilərlər.
Gerçək, çox vaxt yaratdığımız və inandığımız narahatlıq dolu ssenarilərdən daha insaflıdır. Bunu öz həyatınıza və ya ətrafınızdakı insanların yaşadıqlarına baxaraq da test edə bilərsiniz. "Ayrılsam bu həyatla tək başıma baş edə bilməm" deyən çoxu adam, ayrılığın ardından, çox keçmədən həyata yenidən sarılmışdır və ya "qəti bir daha belə bir eşq yaşaya bilməm" deyən çoxu adam o "unudulmaz" eşqin ardından təkrar aşiq olmuş və yeni bir əlaqəyə başlamışdır. 
Ayrılıqlar və sonrası üzərinə edilən bir araşdırmanın nəticələri, "Tətbiqli İctimai Psixologiya Bülleteni" adlı bir Amerikan jurnalında nəşr olunmuşdur. Ayrılıq planlayan kəslərə ayrılmadan əvvəl və ayrıldıqdan bir müddət sonra bir anket təşkil edilmiş və bu kəslərin ayrılığa dair duyğu və düşüncələri müəyyən olunmuşdur. Araşdırmanın nəticələrinə görə, ayrılıqlar, insanların həyatlarını, qorxduqları və ya zənn etdikləri qədər pis təsir etməmişdir. Hətta, ayrılan kəslərin həyata köhnəsi kimi davam etmələri ümid etdiklərindən çox daha tez olmuşdur. 
Yuxarıda bəhs edilən araşdırmanın da göstərdiyi kimi "falçılıq" etmək əslində bizi gerçəklərə aparmır, tam tərsinə gərəksiz narahatlıqlanmamıza səbəb olar. Bu səbəblə, ümidsizliyə yola açan mənfi düşüncələri həqiqi bir şəkildə təkrar təkrar nəzərdən keçirmək lazımdır. Getməyən bir əlaqəni bitirmək və ya davam etdirmək qərarını verərərkən də ortaya çıxan düşüncələr sınamalı, "falçılıq"dan qaçınılmalı, verilən qərarların altında yatan səbəblər ortaya çıxarılmalıdır. 
Ayrılmaq dünyanın sonu deyil
Əlaqəni bitirməkdə tərəddüd yaşanırsa bu tərəddüdün səbəbləri də həqiqi olaraq qiymətləndirilməlidir. Bəzi cütlər uşaqlar üzündən getməyən bir əlaqəni davam etdirməyə çalışarkən, bəziləri də iqtisadi səbəblərdən ayrıla bilməzlər. Bununla birlikdə, bir əlaqə içində qarşınızdakı adam sizə xoşbəxtlikdən çox bədbəxtlik, hirslilik və xəyalqırıqlığı kimi duyğular yaşadırsa, sizi istifadə edir və ya istismar edirsə və siz hələ əlaqəni bitirməyə cəsarət edə bilmirsinizsə, böyük bir ehtimalla ayrılınca daha bədbəxt olacağınıza və hətta bunun baş edilməsi mümkün olmayan bir ağrıya çevriləcəyinə inanırsınız. Unutmayın ki insanlar heç gözlənilməzləri ağrılarla baş edə biləcək təchizata malikdir. 
Cüt terapisti Dr. Bərman, bədbəxt əlaqələri bitirməyə qərar verənlərə bu tövsiyələrdə tapılmışdır: Ayrılma müddəti dramatik və uzun olmamalı, dürüst, açıq və qısa olmalıdır. Ayrılmaq üçün edilən danışmalarda qarşınızdakını ağrıtmaq, qisas almaq, günahlandırmaq kimi duyğularla hərəkət etmək yerinə, ayrılmaq istəməkdəki səbəblər dürüst olaraq ifadə edilməlidir. Bu danışmaların müzakirəyə dönməsinə icazə verilməməlidir. 
Ayrıca, ayrılıq üz-üzə danışaraq edilməli və heç bir zaman, hər nə qədər daha asan görünsə də, telefonla, internet və ya telefon mesajıyla edilməməlidir. Üz-üzə edilməyən danışmalarda, kəslər özlərini daha cəsur hiss edib, üz-üzəykən söyləməyi seçmədikləri sözlər söyləyə bilərlər. Ayrıldığınız adamla təkrar qarşılaşma ehtimalını da göz qarşısında tutaraq, ayrılma mümkün olduğunca mədəni bir şəkildə, qarşılıqlı hörmət itirilmədən edilməlidir. Beləliklə, ayrılıqdan sonrakı qarşılaşmalarda tərəflər bir-birlərinə daha asan "dözə bilərlər."
Hər nə qədər çətin görünsə də ayrılıq dünyanın sonu deyil. Yuxarıda bəhs edilən araşdırmanı unutmayın, ayrılıqlar zənn etdiyimiz qədər pis nəticələr gətirməz, hətta çox zaman kəslərə daha da xoşbəxtlik gətirər. Yetər ki siz özünüzü sevin, özünüzə güvənin, ümidinizi itirməyin və "falçılıq" etməkdən uzaq durun. Digər tərəfdən, qarşılıqlı bir qərarla əlaqəni davam etdirmə niyyətindəsəniz, sevginin hələ davam etdiyinə inanırsınızsa amma problemlərlə baş edə bilmirsinizsə, bir çox əlaqənin "təmir edildiyi" cüt müalicəsinə müraciət etməniz faydalı ola bilər.
Tərcümə etdi: Günay Əliyeva



Şərhlər:
Baxılıb: 1080
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz