Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayrıla Bilməyən Boşanmış Cütlərdə Var !
Ayrıla Bilməyən Boşanmış Cütlərdə Var !
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 1534
Səs ver:
Çox az insan yoldaşından bir az romantik zədə və çətinlik olmadan ayrılmağı bacarar. Həyatın yenidən qurulması problemi də işin içinə girincə, əlbəttə özünü ələ almaq bir az zaman alar.
Bir əlaqə bitərkən, altından qalxılması lazım olan bir neçə mövzu olacaq. Birlikdə yaradılan vərdişlərə bağlılıq, evlilik təşkilatına olan bağlılıq və yoldaşa duyulan sevgi, zamanla sovuşdurulacaq ünsürlərdir.
Boşanmış olmaq, gerçək mənada ayrılıq mənasını verməz. Bəzi cütlər boşanar amma ayrıla bilməzlər. Bütün nizam həmişə ki, kimi davam edər. Bəzi boşanmalarda isə, yoldaşlardan biri, digərini sevməyə və onu düşünməyə davam edər. Bu tərz boşanmalara baxdığınızda, cütün əslində gerçək mənada bir ayrılıq yaşamadığını görərsiniz.
Qəti bir ayrılıq, bir-birləri ilə əlaqə içində olan bütün mövzuların, tamamilə həllə qovuşdurulması ilə mümkün olar. Ancaq bunu müvəffəqiyyətlə bacara bilən cütlərin sayı çox azdır.
Ayrıla bilməyən boşanmış cütlərin, əlaqələrini davam etdirmək üçün həmişə bir bəhanələri vardır. Boşanmış olmalarına baxmayaraq, eyni evdə yaşamağa davam edən cütlərin sayı heç də az deyil. Bu kəslər, əlaqə içində bədbəxt olmalarına qarşı, bir neçə səbəbdən ötəri tam olaraq ayrılmağı bacara bilməzlər. Bu səbəbləri belə örnəkləyə bilərik:
Cüt, uzun zamandır sürən döyüş və müzakirələrin içində boğulmuş və içlərində hirs yığmışdır. Bıçaqın sümüyə dözdüyü bir nöqtədə, biri boşanmaq fikirini ortaya təyin edər. O dövrdəki psixoloji vəziyyət və eqo döyüşü üzündən, bir-birlərinə rest çəkərlər. Boşanma əməliyyatları sürərkən, kimsə qüruruna yedirib, əslində ayrılmaq istəmədiyini söyləyə bilməz. Çünki bu etiraf, qarşı tərəfə məğlub olmaq və belə demək olarsa, yuları əlinə vermək mənasını verəcək. Ancaq zaman keçdikcə, asılılıqlarının əsiri olarlar. Öz içlərində tapdıqları bir sıra səbəblərə sığınaraq, eyni həyat sahəsini paylaşmağa davam edərlər. Beləcə bir-birləri üzərində hakimiyyəti itirməz və idarəni əllərində tutarlar.
Digər nümunədə isə, cütün boşanmaları reallaşmış olmasına baxmayaraq, yeni bir həyata başlayacaq cəsarətləri yoxdur. Vərdişləri və tapıldıqları yerdəki güvən duyğusu, onları yeni həyat macərasından saxlayar. Çöldə ki, dünya gözlərini qorxudar. Bir neçə yeni insanla əlaqəyə girmə sınağı da müvəffəqiyyətsiz keçsə, bütün cəsarətlərini itirər və bildikləri, alışdıqları və özlərini rahat hiss etdikləri yerdə davam edərlər. Bəhanə olaraq ümumiyyətlə maddi çətinlikləri göstərər və hazır olduqlarında daşınacaqlarına özlərini inandırarlar. Ancaq o gün ya heç gəlməz, ya çox gec gəlir.
Boşanmış amma ayrıla bilməmiş cütlər, özündə hələ bir-birlərinə qarşı bir az sevgi daşıyarlar ancaq əsl ayrılmama səbəbləri asılılıqlarıdır. Vərdişlər, asanlıqla insanın özünü aldatmasına və ehtiyac duyduğu şeyin əlaqəsi olduğuna inanmasına zəmin hazırlayar. Bu tərz bir əlaqə içindəsəniz, özünüzlə üzləşməniz lazımdır. Gerçək səbəbiniz sevgimi, asılılıqmı? 
Tərcümə etdi:ShoKKi_MoKKi


Şərhlər:
Baxılıb: 1534
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz