Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ər ilə arvadın arasında optimal yaş fərqi
Ər ilə arvadın arasında optimal yaş fərqi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9632
Səs ver:
Ailənin möhkəm, uşaqların sağlam olması üçün ər ilə arvadın arasında optimal yaş fərqi nə qədər olmalıdır?Bu məsələ ilə bağlı bir neçə fikir var. Bu sualı Azərbaycanda versəniz cavab alarsınız ki, qadın kişidən bir neçə yaş balaca olmalıdır. Bu fikir onunla əsaslanır ki, stabil maddi vəziyyyətə nail olmaq üçün müəyyən yaş həddinə çatmaq lazımdır

Həmyaşıd xanım isə bu  yaşda yaşlı və uşaq dünyaya gətirmək üçün yararsız hesab olunurdu. O vaxtlardan həyat dəyişib, lakin adətlər eyni olaraq qalıb.

Yaş fərqinə bu cür münasibət eyni ilə Çində mövcuddur. Orda olan müdriklər hətta gəlin üçün ideal yaş həddini də hesablayıblar. Kişinin yaşını ikiyə böldükdən sonra alınan nəticənin üstünə 7 gəlmək lazım idi. Əgər kişinin 30 yaşı varsa, xanımının 22 yaşı olmalı idi, kişinin 60 yaşı varsa xanımı 37 yaşında olmalıdır. Qadının kişidən böyük olması məsələsi isə heç müzakirə də olunmurdu.

İngilis alimləri isə 23 yaş fərqinə mənfi münasibət bəsləyirlər. Onların apardığı tədqiqata görə qadınla kişinin arsında 15 yaşdan artıq fərq olduğu halda dünyaya övlad gətirmə məsələsində problem yarana bilərmiş.

Avstraliya alimləri 5 il yaş fərqini ideal hesab edirlər, lakin yenə də kişi qadından yaşlı olmalıdır. Onların  hesabına görə belə nigahdan daha çox uşaq dünyaya gətirmək mümkündür.

Kişi qadından çox yaşlı olan ailələr psixoloji nöqteyi nəzərdən düzgün hesab olunur. Kişilərdə "düşünülmüş atalıq” hissi 40 yaşında baş qaldırdığı üçün məhz bu yaşda onlar daha çox ata olmaq istəyirlər. Bildiyiniz kimi, dünyaya övlad gətirmək üçün  atanın yaşı bir o qədər də əhəmiyyətli deyildir. Kişi 70 yaşında da ata ola bilər (Çarli Çaplin, məsələn 72 yaşında idi, həyat yoldaşı isə ondan 36 yaş cavan idi), yaşı 35-dən çox olan qadınların isə patologiyalı uşaq dünyaya gətirmək riski artır.

Qadının kişidən yaşlı olduğu varianta nəzər salaq. 2-3 il yaş fərqi əhəmiyyətli sayılmır. Lakin daha böyük fərq olduqda intimoloq və psixoloqlar bu nigahları qısaömürlü hesab edir. Lakin burda da istisna halları mümkündür. Məsələn, Serqey Mixalkov ilə Natalya Konçalovskayanın nigahı 52 il davam etmişdir (Natalya Serqeydən 10 yaş böyük idi). Yoldaşı Qalyanın Salvador Dalidən də 11 yaş böyük  olması bir faktdır.

Beləliklə, ailədə ən optimal yaş fərqi kişinin qadından 5 yaş və ya qadının kişidən 2-3 yaş böyük olmasıdır. Lakin sizin ailə bu formulaya uyğun gəlmədən xoşbəxt yaşayırsa, deməli, ən ideal yaş fərqi elə sizdədir.





Şərhlər:
Baxılıb: 9632
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz