Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşı ilə alış-veriş
Həyat yoldaşı ilə alış-veriş
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2468
Səs ver:
Qadınların çoxunun bəxti gətirib ki, onların həyat yoldaşları öz xanımları ilə birlikdə saatlarla gəzib alış-veriş etməkdən yorulmurlar. Amma buna baxmayaraq bir çox kişiləri saatlarla mağazalarda gəzdirmək tamamilə mümkün deyil. Dırnaq arası demək olar ki, alış-verişə getmək sözü onlarda allergiya yaradır. Bu hal qadınlarda həyat yoldaşları saatlarla televizor kanallarda futbol seyr etdikdə baş verir.
Əgər istəyirsinizsə həyat yoldaşınız alış-verişə sizinlə getsin o zaman aldadıcı fəndlərdən istifadə edin. Qadınlar əgər mağazaya papaq almaq məqsədilə gedirsə o, mağazaya daxil olarkən gözəl çanta görüb onu da almaq istəyəcək və ya ətir yerinə ayaqqabı, sırğa yerinə qab-qacaq almaq fikrinə düşə bilər. Xanımlar nə görürsə dərhal ona sahib olmaq istəyirlər. Həyat yoldaşınızla mağazaya getmək istədikdə dəqiq nə alacağınız barədə ona məlumat verin. Çünki, əks cinsin nümayəndələri üçün bu əyləncə yox, ağır bir işdir. Əvvəlcə bir neçə mağazaya baş çəkin. Sizə lazım olanın hansı mağazada olduğunu müəyyənləşdirdikdə, mağazaların qiymətini müqayisə etdikdən və alacaqlarınızın siyahısını tərtib etdikdən sonra həyat yoldaşınızla rahat alış-verişə gedə bilərsiniz.
Evinizə məişət avadanlığı almaq istədikdə bu işi həyat yoldaşınızın öhtəsinə buraxın. O bütün modelləri və qiymətləri müqayisə edib ən keyfiyyətli avadanlıqları seçəcək.
İnsanlarla basırıq küçələrdə gəzməyi xanımlar belə xoşlamır. Kişilərin mağazaları gəzmək istəməmələrinin də bir səbəbi onların insanlarla dolu olan məkanlara getməmək arzusudur. Səs-küy, gurultu, basırıqlar kişiləri sıxır, ona görə də həyat yoldaşınızla mağazaya getmək istədikdə elə vaxt seçmək gərəkdir ki, mağazalar insanlarla çox da dolu olmasın. Ən çox nahardan sonra mağazaya birlikdə getmək yaxşı olar. Həyat yoldaşınızın adam çox olan yerlərdə yorulmaması üçün siz satış məntəqələrini gəzərkən ondan xahiş edin ki, sizi avtomobildə və ya kafedə gözləsin.
Alış-veriş üçün sizə nə qədər vaxt lazım olduğunu qabaqcadan ərinizə xəbər verin ki, o mağazaya ayıracaq vaxtını dəqiq bilsin. Əgər yoldaşınıza bildiribsinizsə sizə alış-veriş üçün bir saat vaxt lazımdır, o zaman siz gərək lazım olanları bir saata alıb bitirəsiniz. Vaxtı düz planlaşdırdıqda həyat yoldaşınız gələn dəfə sizinlə mağazaya getməkdən imtina etməyəcək.
Əks cinsin nümayəndələrinin alış-verişə getməmələrinin səbəblərindən biri də onlar mağazalar gəzərkən özlərini yükdaşıyan, yeriyə bilən pul kisəsi və ya rəngləri, ölçüləri, modelləri yaxşı seçmə qabiliyyəti olan köməkçi kimi hiss etmələridir. Belə olduqda həyat yoldaşınızı inandırmağa çalışın ki, o sizə ağıllı məsləhətləri üçün lazımdır.
Ərzaq almaq üçün mağazaya getməyə görə kişilər çox da narahat olmurlar. Bəziləri isə hətta ərzaq almağa tək getməyə üstünlük verirlər. Kişilər belə hesab edirlər ki, onlar tək bazarlığa tez gedib tez də qayıda bilirlər. Həyat yoldaşınızın bazarlığa tək getməsini xoşlayırsınızsa alınacaq ərzaqların siyahısını qabaqcadan tərtib edib ona verin, əks halda evinizdə ərzaq çatışmazlığı baş verə bilər.
Həyat yoldaşınızı məcburən alış-verişə apara bilmərsiniz. Yaxşı olar ki, onu şirnikləndirib aparasınız. Alış-veriş zamanı həyat yoldaşınızı da unutmayın. Onun üçün də hər hansı bir hədiyyəni almaqdan yorulmayın.


Şərhlər:
Baxılıb: 2468
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz