Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boşanmaq gələcək nəslin qatili olmaq deməkdir
Boşanmaq gələcək nəslin qatili olmaq deməkdir
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1108
Səs ver:
 

2012-ci ilin ilk 6 ayı ərzində boşananların sayı artıb

Boşanma dövrümüzün ən aktual problemlərindən biridir. Bu gün dünya gənclərinin 70%-i rəsmi nikaha girmir, ya vətəndaş nikahı ilə kifayətlənir, ya da dini nikaha üstünlük verir. Bu da son nəticədə ailənin qanun qarşısında məsuliyyətini azaldır və bilərəkdən sonsuzluğa, boşanmalara səbəb olur. Problemin digər tərəfi də ondan ibarətdir ki, müasir dövrdə dünyaya gələn körpələrin mütləq çoxluğu  nikahdankənar övlad kimi doğulur. Bu, olduqca faciəvi bir statistikadır. Ən azı ona görə ki, el arasında belə uşaqlara "bic” deyirlər. Hər hansı bir millətin genofondunda bu tip uşaqların çoxluq təşkil etməsi millətin gələcəyinin necə olacağı haqda fikir formalaşdırır. Hətta dini dəyərlərlə yaşayan İslam dövlətlərində də siğədən və çoxarvadlılıqdan doğulan körpələrin sayı az deyil. Deməli, problem dünyəvidir. Bütün bu halların qarşısını almaq üçün qanun ailə və nikah məsələlərini tənzim və təşviq etməlidir. Eyni zamanda boşanmaların qarşısı iqtisadi sanksiyalarla və ictimai qınaqlarla alınmalıdır.

Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda da boşanma hallarının sayı çoxalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci ilin ilk 6 ayı ərzində boşananların sayı 2011-ci ilə nisbətən 0,1% artıb. Ölkədə yanvardan iyuna qədər nikaha girənlərin sayı 40,4 min nəfərdir. Amma boşananların sayı 5,4 mindir. Qeyd edək ki, 2011-ci ildə bu rəqəm 5,3 min nəfər olub. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədovanın sözlərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerləri nikaha girən tərəflərin maddi maraq güdməsi, valideynlərin övladlarını evlənməyə məcbur etməsi və xarici görünüşə önəm verilməsi tutur. Şöbə müdiri bildirib ki, ailə quranlar əsas meyarlara önəm vermirlər. "Qarşı tərəfin maddi vəziyyətinə, xarici görünüşünə önəm verir, həmçinin valideynlərin məcbur etməsi ilə nikaha girirlər. Nikaha girəndən sonra fərqli düşüncə və əxlaq sahibləri olduğu meydana çıxır və ailədə problemlər yaranır. Valideynlərin təkidi ilə ailə quranların əksəriyyəti qan qohumlarıdır. Qan qohumları arasında qurulan ailələrdə isə sonsuzluq və xəstə uşaqların doğulması kimi problemlər yaranır”, – şöbə müdiri deyib. G.Məmmədova həmçinin qeyd edib ki, sonsuzluq və xəstə uşaqların doğulması ər-arvad arasında müəyyən problemlər yaradır, onların psixoloji durumlarına təsir edir və bu da sonda həmin ailənin dağılması ilə nəticələnir. 

Müəllifdən:

Nə yaxşı ki, Azərbaycan xalqının minilliklər boyu formalaşdırdığı milli-mənəvi dəyərləri və bu dəyərləri əks etdirən adət-ənənələri var. Əvvəla, bizdə izdivaclar nikaha qədər çoxsaylı mərhələlərdən keçir. Tanışlıq, elçilik, "həri” mərasimi, nişan, xınayaxdı və toy. Bu mərhələlərin hər biri gənclərin bir-birini yaxından tanımasına və uyğunlaşma prosesinə xidmət edir və istənilən mərhələdə izdivaca son qoymaq mümkündür. Əlbəttə ki, heç kim toya aparan yolda əlaqələrin birdəfəlik bitməsini alqışlamır. Lakin atalar demişkən, ziyanın yarısından qayıtmaq xeyirdir. Yəni sonradan problemlər yaşamamaq və boşanmamaq üçün əlaqələr sınaqdan keçməlidir. Bu, gələcək uşaqların hüquqları baxımından da önəmlidir.

Dünyada virtual sərhədlər aradan götürülsə də, dünyəvi dəyərlər Azərbaycan mənəviyyatına o qədər də mənfi təsir göstərə bilməmişdir. Belə ki, bizdə gender bərabərliyi (qadın-kişi hüquqlarının bərabərliyi) qəbul olunsa da, ailələr irsilik prinsipi ilə qurulur. Başqa sözlə desək, məhəbbət mütləq mənada böyüklərin xeyir-duası ilə möhkəmlənir və rəsmi nikaha çevrilir. Bu halda nəzarət, diqqət və qayğı mexanizmi işə düşür. Nəticədə, dünyaya gələn övladlar ata-analarının timsalında nənə-babalarının dəyərlərini yaşadır və gələcək nəslə ötürürlər. Əlbəttə ki, istisnalar da var. Lakin istisnalar qanunları pozmadığı üçün onu "müasir dəyərlərin” fəsadı kimi qəbul etmək olar.

Son söz əvəzi:

Boşanmaq çox asandır, dövlət rüsumunu ödədikdən sonra kağıza imza atırsan, vəssalam. Lakin bir həqiqəti unutmaq olmaz ki, kiçik bir imza böyük bir nəslin gələcəyinə ölüm hökmü vermək deməkdir. Bunun üçün ilk əvvəl körpələrinin qəlbini yaralayırsan, onların arzularını, ümidlərini və gələcək xoşbəxtliklərini qətl edirsən. Eyni zamanda gələcəkdə həyata gələ biləcək övladlarının, nəvələrinin, nəticələrinin və s. qatilinə çevrilirsən. Bu ölümlərin nə qədər göz yaşlarına səbəb olacağını təsəvvür etmək el də çətin deyil. Sizcə qatil olmağa dəyərmi?!

Könül Aypara


Redakte etdi: PRETTY_GIRL



Şərhlər:
Baxılıb: 1108
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz