Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt evliliyin 16 formulu
Xoşbəxt evliliyin 16 formulu
Göndərən: Ayşən Əliyeva
Şərhlər:
Baxılıb: 2726
Səs ver:

 

Xoşbəxt evliliyin 16 formulu
1)Yoldaşınıza qarşı gülər üzlü olun.Onun yanında mümkün olduğu qədər şən və müsbət olmağa çalışın. Unutmayın ki,heç kim davamlı qaşqabağını tökən bir yoldaşa sahib olmaq istəməz.
2) Yoldaşınıza qarşı hər zaman diqqətli olun.Hər vaxt baxımlı görünün.Gözəl qoxulu,təmiz olun və ən gözəl paltarları əvvəl özünüz sonra yoldaşınız üçün geyinin.Özünüz və yoldaşınız üçün yaxşı geyinməyib kim üçün geyinəcəksiniz?
3)Ac olarkən və yaxud yorğun,həddindən artıq əsəbi yaxud avtomobil istifadə edərkən başqalarının yanında mübahisəyə girməyin.Çünki adam ac və yorğun olarkən daha dözümsüz olur.Həddindən artıq əsəbi olarkən də daha sonra peşman ola biləcəyi bir çox şeyi ağzından çıxara bilər.Avtomobildən istifadə edərkən də mübahisə mövzusunda deyiləcək tək şey: "Həm öz təhlükəsizliyinizi həm başqalarının təhlükəsizliyini təhlükəyə atmağa ehtiyac yoxdur"...
4)Romantik mühit yaradın,uşaqlar olmadan baş-başa qalmanın yollarını axtarın.
5)Yoldaşınızın ailəsi ilə yaxşı əlaqələr qurun.Dostlarıyla yaxşı dolanın.Yaxınlarına yaxın davranın.Unutmayın ki ailə və yaxın ətrafın fikirləri adamın üzərində çox əhəmiyyətli bir təsirə malikdir.
6)Yoldaşınıza gününün necə keçdiyini soruşun.Çətinlik və problemlərini sizinlə paylaşmasına imkan yaradın.
7)Xüsusilə çətin zamanlarında yoldaşınızın yanında olduğunuzu və onu hər zaman dəstəklədiyinizi hiss etdirin.
8)Onun düşüncə və duyğularına hörmət edin.
9)Onun özünə etibarını artırmaq üçün komplimentlər edin.Yoldaşınız komplimentləri başqalarından deyil sizdən eşitsin.
10)Onunla keçirtdiyiniz zamanın kefli keçməsinə diqqət edin...Sıxıcılıq və təklik evliliyin ən böyük düşmənidir bunların həmişə ağlınızda saxlayın.
11)Yoldaşınıza qarşı hər zaman nəzakətli və kübar olun.Ədəb qaydalarına diqqət yetirin.Yoldaşınızın gözündə həmişə siz bir xanım (və yaxud bəy) olun.
12)Əlaqənizlə və duyğularınızla əlaqədar yoldaşınızla danışın.Ancaq bunun dozasını yaxşı nizamlayın.Unutmayın ki kişilər,qadınlar özləriylə əlaqələri haqqında danışarkən "problem var"?narahatlığı yaşayırlar.Qadınlar isə danışmaqdan zövq alırlar.Buna görə dozanı yaxşı nizamlayın.
13)Xüsusilə başqalarının yanında yoldaşınızı əsla tənqid etməyin.Əksinə başqalarının yanında yoldaşınızı tərifləyin.Nə qadınlar,nə də kişilər başqalarının yanında özlərini tənqid edən yoldaşlarını asanlıqla bağışlamazlar.
14)Cinsi əlaqəni bir cəza olaraq istifadə etməyin.Yataqları ayırmaq evlilik üçün ediləcək ən böyük səhvdir.
15)Yaxşı bir cinsi həyat təmin edin.Xoşbəxt evliliyin ən əhəmiyyətli şərti yaxşı və nizamlı bir cinsi həyatdır.Edilən bir araşdırmaya görə,yaxşı bir cinsi həyata sahib heç bir cütlük boşanmaz.
16)Və son olaraq,xoşbəxt olmaq istəyirsinizsə,xoşbəxt bir yoldaş seçin.Və əgər bədbəxt bir yoldaşınız varsa,öz xoşbəxtliyiniz üçün onu xoşbəxt etmənin yollarını axtarıb tapın.
Redakte etdi:  PRETTY_GIRL


Şərhlər:
Baxılıb: 2726
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz