Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sizcə yoldaşınızı tanıyırsınızmı ? (Test)
Sizcə yoldaşınızı tanıyırsınızmı ? (Test)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1910
Səs ver:


Bir neçə illik də evli olsaq, gümüş ili keçirmişdə olsaq və hətta çiçəyi burnunda nişanlı da olsaq yoldaşımızı çox yaxşı tanışımız inancıyla hərəkət edərik.

YOLDAŞINIZI KİFAYƏT QƏDƏR TANIYIRSINIZMI?
Edilən araşdırmalar, evli cütlüklərin yarıdan çoxunun bir-birini tam mənasıyla tanımadıqlarını göstərmişdir. İsbat edilən bir şey daha vardır: Bir-birlərini çox yaxşı tanıyan cütlərin sevgiləri hər keçən gün artmaqdadır.
Ailə məsləhətçiliyi mərkəzlərinə müraciət edən insanların çoxu, yoldaşının özünü anlamadığını söyləməkdədir. Yoldaşların bir-birlərini başa düşmələrinin yolu bir-birlərini tanımalarından keçər. "Yoldaşımın zövqü, təhsili, gözləməsi nədir?" deyə soruşmayan bir yoldaş, səhv yolda deməkdir.

Bunun üçün aşağıdakı test yol göstərici olacaq. Sualları cavablandırıb yoldaşınızı nə qədər tanıdığnız haqqında fikir əldə edə bilərsiniz:

1. Yoldaşınıza bir çanta hədiyyə edəcəksiniz, sizcə ən uyğun rəng hansıdır?
a) Qara
b) Kəhvərəngi
c) Tünd qırmızı
d) Boz
e) Krem rəngi
2. Ona bir köynək götürəcəksiniz, sizcə ən uyğun rəng hansıdır?
a) Ağ
b) Qırmızı
c) Mavi
d) Yaşıl
e) Qara
3. Aşağıdakı hədiyyələrdən hansına daha çox sevinər?
a) Plaş
b) Bijüteriya
c) Qızıl saat
d) Fotoaparat
e) Kompüter
4. Yoldaşınız necə bir avtomobilə sahib olmaq istər?
a) Rahat, sıravi bir avtomobil
b) İdman bir avtomobil
c) Mersedes
d) BMW
e) Ən yaxşı yerli avtomobil
5. Xaricdə harada tətil etmək istər?
a) Orta Asiya
b) Orta şərq
c) Avropa
d) Amerika
e) Afrika
6. Həftə sonu kiçik bir gəzinti üçün haranı seçər?
a) Bodrum
b) Yalova
c) Paris
d) Moskva
e) Qahirə
7. Aşağıdakı yeməklərdən hansını seçər?
a) Quru paxla
b) Balıq
c) Dönər
d) Açıq bufet
e) Makaron
8. Aşağıdakılardan hansını tanımanı istər?
a) Bəyənilən bir yazıçını
b) Ən sevdiyi siyasətçini
c) Əhəmiyyətli bir din adamını
d) Təqdir etdiyi bir idmançını
e) Sevdiyi bir sənətçini
9. Aşağıdakı evlərdən hansına sahib olmaq istər?
a) Dağ evi
b) Şəhər evi
c) Kənd evi
d) Dəniz kənarında ev
e) Qala kimi bir ev
10. Yoldaşınız sizin ən çox hansı xüsusiyyətinizi bəyənər?
a) Səsinizi
b) Gözlərinizi
c) Gülüşünüzü
d) Ona qarşı tutumunuzu
e) Ümumi davranışlarınızı
11. Yoldaşınızda aşağıdakı müsbət xüsusiyyətlərdən hansı daha çoxdur?
a) Dürüstlük
b) Cəsarət
c) Soyuqqanlılıq
d) Comərdlik
e) Tutumluluq
12. Yoldaşınızda aşağıdakı mənfi xüsusiyyətlərdən hansı daha azdır?
a) Tələsikçilik
b) Yalançılıq
c) Qorxaqlıq
d) Xəsislik
e) Bədxərclik
13. Yoldaşınız sizinlə birlikdə nə etməkdən xoşlanar?
a) Musiqi dinləmək
b) Fubol seyr etmək
c) Gəzmək
d) Söhbət etmək
e) Yemək yemək
14. Yoldaşınız ən çox nədən nifrət edər?
a) Soyuqdan
b) Yağışdan
c) İstidən
d) Fırtınadan
e) İzdihamdan
15. Ona ən ağır gələn məcburiyyət hansıdır?
a) Həkimə getmək
b) Növbədə gözləmək
c) Hesab kitab etmək
d) Diş həkiminə getmək
e) Böyükləri ziyarət etmək

Yoldaşların yuxarıdakı 15 sualı ayrı-ayrı cavablandırmaları, cavab kağızını bir-birlərinə göstərməmələri lazımdır. Əvvəl öz tərəfinizdən doğrunun nə olduğunu işarələyin, sonra yoldaşınızın baxımından sualları cavablandırın. Sonra qarşılıqlı olaraq bir-biriniz haqqındakı fikirlərinizi müqayisə edin.
Səhvləriniz 3dən azsa: Yoldaşınızı çox yaxşı tanıyırsınız deməkdir. Demək ki bir-birinizin zövqlərini, xəyallarını, meyllərini, nə hiss etdiyini, nəyi sevdiyini, nələrdən nifrət etdiyini bilirsiniz. Möcüzə bir cüt olmaq üçün mükəmməl bir infrastrukturunuz var. Sizi qeyd etmək lazımdır.
Səhvləriniz 3-6 arasındadırsa: Yoldaşınız haqqında zaman zaman yanılırsınız deməkdir. Narahat olmayın, insanlar bir-birlərinə çox yaxın da olsalar birinin bir başqasını tam mənasıyla tanıması çətindir. Narahat olmayın, bildikləriniz sizi xoşbəxt etmək üçün kafi.
Səhvləriniz 7-10 arasındadırsa: Birliyinizin keçmişi çox köhnə deyilsə bu nəticə normaldır. Bir-birinizi daha yaxşı tanımaq üçün zamana ehtiyacınız ola bilər. Amma əgər evliliyiniz uzun illərə söykənirsə, bu nəticə ortada bir problem olduğunu göstərər. Yoldaşınız səssiz ya da dialoqa bağlı biridirsə, onun hiss etdiklərini hiss etmək, düşündüklərini anlamaq üçün səy sərf etməlisiniz. Qarşılıqlı danışmağa, müzakirəyə, bir-birinizi anlama səyli ünsiyyətə ehtiyacınız var. İnsan əlaqələri monoloqa deyil, dialoqa söykənməlidir. Birlikdə yaşadığınız hadisələri, mövzuları, qayğıları paylaşmalısınız. Dialoq əskikliyinizi görüb tamamlasanız, daha xoşbəxt bir birlik sizi gözləyər.
Səhvləriniz 11-15 arasındadırsa: Vəziyyət ciddi, deməkdir. Bu, yoldaşınız haqqında az qala heç bir şey bilmədiyiniz mənasını verər. Yenə də sakit olun. Bunun düzəldilməsi lazım olan bir vəziyyət olduğunu qəbul edin, hətta etiraf edin. Xoşbəxt olmaq və evliliyinizi uzun ömürlü etmək üçün xüsusi bir səyə və həllər inkişaf etdirməyə ehtiyacınız olduğunu unutmayın.
Bu test, Timaş Nəşrləri və Prof. Dr. Nevzat Tarhandan xüsusi icazə alınaraq istifadə edilmişdir. 

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 1910
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz