Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy Gecəsinin Uğursuzluğu.
Toy Gecəsinin Uğursuzluğu.
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 16059
Səs ver:

 

Hər yeni evlənən 5 ailədən 1-də belə hallar olur.

Bəzən toy gecəsindən ailənin gələcək taleyi asılı olur.

Yeni qurulan gənc ailələrdə rast gəlinən arzuolunmaz hallardan biri olan toy gecəsi uğursuzluğu evlənən oğlan və ya qızın fiziki psixoloji durumundan asılı olaraq baş verir. Gənclərin  belə bir vəziyyətlə qarşılaşmalarında təbii ki, müəyyən amillər, o cümlədən müəyyən mənada milli mentalitetimiz, yaş faktoru, ətrafdakıların psixoloji təzyiqi ciddi rol oynayır. Bu və digər amillərin toy gecəsində gənclərin hal və əhvalına göstərdiyi təsirləri tibbi ekspert, tanınmış androloq – uroloq, Rauf Rzayev  belə izah etdi: " Son illərdə bu problemlə də bağlı biz həkimlərə müraciət edənlər çoxdur. Demək olar ki, yeni qurulan hər 5 ailədən 1-də toy gecəsi uğursuzluğu baş verir. Şəxsən mənim praktikamda elə gənc ailələr olur ki, 3 gün, 1 ay hətta 8 aydır toyları olub. Ancaq qız hələ öz bakirədir. Elə olur ki, 7-8 ildir ailə qurmalarına baxmayaraq eyni vəziyyətdir. Bu məsələ uzandıqca müalicəsi çətinləşir. Ən doğrusu odur ki, yeni evlənənlər arasında profilaktik tədbirlər lazımdır. Gənclər evlənməzdən öncə intimopatoloq və ya androloq – uroloqa müraciət etməlidirlər. Özü də tək deyil, hər ikisi birlikdə həkimin qəbulunda olmalıdırlar. intimual mədəniyyətin zəifliyi bu kimi hallara yol açır. Digər tərəfdən, Azərbaycan adət-ənənələrinə görə yengə deyilən bir məvhum var. intimologiyada qadın kişidən qat-qat güclüdür. Hərçənd hamı bilir ki, kişilər güclüdür. Lakin toy gecəsi həyəcanı kişilərdə daha çox olur. Təsəvvür edin. Toy gecəsi evlənən kişi fikirləşir ki, onu qapıda gözləyən var. Qızın təmiz olduğunu əvvəlcə yengəyə, sonra da başqalarına  göstərmək lazımdır. Hamı onlardan cavab gözləyir. Yəni psixoloji bir basqı var. Müşahidələr göstərir ki, kişilərə yengənin olması mənfi təsir edir. Mən yengənin əleyhinə çıxmıram. Sadəcə hesab edirəm ki, bu yengənin funksyasında, fəaliyyətində təkmilləşdirmə, müasirləşmə olmalıdır. Şəxsən mən Avropanı etalon saymıram. Yengənin olması əslində müsbət bir ənənədir. Lakin toy gecəsi yengənin olmasını gənc cütlük hiss etməli deyil. Gənclər yengənin yükünü öz çiyinlərində hiss etməli deyillər. Yaxşı olar ki, toy gecəsi heç yengə gənclərə göstərilməsin. Yengənin varlığı cütlüyün psixologiyasına travma vurmasın. Cütlük həyəcanla düşünməməlidir ki, biz bu işi tez etməliyik, yengə bizi gözləyir. Toy gecəsi hər bir gəncin həyatında 1 dəfə olur. Bu gecəni yengə gözləyir deyə tələm-tələsik yola vermək düz deyil. Bildiyimiz kimi milli mentalitetimizə görə, qiz öz bakirəliyini toy gecəsi sübut etməlidir. Bu məsələ ən çox da şərq ölkələrinə xasdır. Avropa və Amerikada, slavyandilli ölkələrdə bu bir o qədər əhəmiyyət kəsb eləmir. Qeyd etməliyəm ki, toy gecəsi gəlinin gızlıq pərdəsinin pozulmasının ailə dəyərlərinin formalaşmasında müəyyən əhəmiyyəti var. Ailədə kişi və qadın arasında müəyyən pərdənin, bağlılığın yaranması, qadının gözündə ərinin kişi kimi, ailə başçısı kimi formalaşmasında böyük əhəmiyyəti var. Kişi daxilən evləndiyi qiza qarşı rahat olmalıdır. Beynində başqa qaranlıq fikirlər olmalı deyil. Bu da yeni qurulan ailənin daha təməlli, daha saf olmasına, uşaqların mənəvi tərbiyyəsində böyük əhəmiyyəti var. Yeni evlənənlər arasında gəlinin qiz olmaması, artıq bir qadın olması xaricdə olduğu kimi bizdə də olur. Lakin bu halda hər iki tərəf, kişi və qadın bir-birini yaxından tanımış olur. Belə ailələr arasında da xöşbəxt olanlar, möhkəm və etibarlı ailələr çoxdur. Çunki qızlıq pərdəsi yoxdursa, gəlin artıq bir qadındırsa, hər iki cütlüyün arasında sevgi, etibar və digər bağlılığın olması vacibdir. Belələri artıq bir-birini qəbul etmiş olurlar.

Toy gecəsi kişi ilk gündən öz kişilik funksiyasını yerinə yetirə bilirsə, həyat yoldaşının ona qarşı hörməti və kişinin özünə güvənliyi də artır. Bu baş vermədikdə, məsələ get-gedə dərinləşirsə kişinin özünə güvəncliyi də azalır. Dillə deyilməsə də, sözsüz ki, qadın ona heç nə deməsə də  hər iki fərd arasında psixoloji enerji mübadiləsinin zəifləməsi baş verir. Dünya ölkələrində buna başqa cür yanaşılsa da, bizim ölkədə qızlıq pərdəsinin yırtılması, gəlinin bakirəliyinə son qoyulması normal hal sayılır və ailənin təməlinə təsir edir.”

Toy gecəsi uğursuzluğunun digər vacib səbəbi kimi həmsöhbətimiz kişidə intimual təcrübə və intimual mədəniyyətin olmasını xüsusilə qeyd etdi: "Təbii ki, intimual təcrübəsi olmayan, ömründə bircə dəfə də olsun cinsi əlaqədə olmayan kişi kompleks keçirir və toy gecəsi həyacanlanır. Ümuniyyətlə 17-18 yaşına çatmış gənc digər fizioloji təlabatlar kimi intimual həyat da olmalıdır. Cinsi əlaqə fizioloji aktdır. Elə hallar olur ki, 30 yaşında oğlan ailə qurur. Ancaq ömründə bir dəfə də olsun qadınla cinsi əlaqədə olmayıb. Belə adamda toy gecəsi intimual kompleks baş verir. Başqa bir problem də var ki, bunu qeyd etmək yerinə düşər. Biz buna cinsi əlaqə zamanı tez boşalma, spermanın tez boşalması – tez baş verən eyakulyasiya deyirik. Bəzən eyakulyasiya o qədər tez baş verir ki, qızlıq pərdəsinə çatmamış artıq tez boşalma və penisin boşalması olur. Bu da əsas etibarilə nevrotik hallar, intimual təcrübənin olmamasından irəli gəlir. Tez boşalma müalicə ilə ardan qaldırılır. Yeri gəlmişkən bir məsələni də vurğulayım ki, birinci cinsi əlaqədən sonrakı dəfələrdə həmin kompleks ardan qalxır. Yəni 3-5-ci dəfə cinsi əlaqə zamanı insanlar intimual-psixoloji baryeri artıq keçmiş olurlar.”

Həkim toy gecəsi uğursuzluğunun təkcə oğlanla deyil, qizla bağlı olduğunu da dilə gətirdi: " Bəzi hallarda görürsən ki, heç oğlanda problem yoxdur. Sadəcə qızda qorxu və stress  var. Oğlanı yaxına buraxmır. Yaxud intimual mədəniyyəti, intimual təsəvvürü olmadığı üçün, habelə intimdən qorxduğu üçün narahat olur, ağrıyır. Hər bir qadında toy gecəsi uğursuzluğu dəyişik olur. Belə hallarda onun partnyorundan, başqa sözlə evləndiyi oğlanın təcrübəsindən çox şey asılıdır. Belə halda zərif davanmaq, qızı cinsi akta hazırlamaq lazımdır. Bəzən toy gecəsindən ailənin gələcək taleyi asılı olur.Toy gecəsi bəzən qadın  cinsi əlaqəyə hazırlanmadan cinsi əlaqə baş verirsə, o birdəfəlik cinsi əlaqəyə nifrət edir. Kişinin həyatında bu adi bir hal ola bilər. Ancaq bu gecə qadının intimual həyatında bir fundamentdir. ”

Həkim mütəxəssis  toy gecəsi uğursuzluğunun profilaktikasına və müalicəvi tədbirlərə də toxundu: "Evlənməzdən bir-neçə ay əvvəl hər iki gənc müvafiq mütəxəssisin qəbulunda olmalı, lazımi məsləhətlərdən yararlanmalıdırlar. Xüsusilə kişilər androloji çek-ap ( check-up) müayinədən keçməlidirlər. Reproduktiv orqanlar yoxlanmalıdır. USM müayinəsi, hormonal müayinələr aparılmalı, infeksiyalar yoxlanmalıdır. Bu müayinələr təkcə kişidə hansısa problemi aşkar etmir. Həm də psixoloji cəhətdən təsir edir. Kişidə özü haqda, xəstəliyin və ya cinsi problemin olub – olmaması haqda informasiya verir. Əgər nəticələr müsbətdirsə, insan özünə daha çox güvəncli olacaq. Yox əgər problem varsa, lazımi tədbir görməyin məsuliyyətini hiss edəcək. Cinsi probleminin olmasını gizli saxlayanda toy gecəsi uğursuzluğu ola bilər. Hətta cinsi fəaliyyəti yüksək olan gənc də psixoloji cəhətdən toy gecəsinə hazır olmalıdır. Evlənməzdən öncə qeyd etdiyim kimi, hər iki fərd androloq və ya intimoloqun yanında psixoloji müayinə və müalicədən keçməlidir. Yəni bunlar bir-birinə intimual cəhətdən  uyğundurmu, bunların bir-biri haqda informasiyasi varmı? Onların arası bir qədər açılmalıdır. Eyni zamanda əgər artıq gənc ailədə toy gecəsi uğursuzluğu olubsa, yenə də həkim hər iki tərəfi birlikdə qəbul etməlidir. Hər ikisini dinləmək və müvafiq məsləhət verilməlidir. Onların arasında kompleksə çevrilmiş halı aradan qaldırmaq lazımdır. Psixoterapevtik müalicə ilə yanaşı, təbii ki, dərman terapiyası da aparılır. Konservativ müalicə aparılır. Polietioloji bir müalicə gedir.”

 

 



Şərhlər:
Baxılıb: 16059
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz