Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nikah müqaviləsi önəmlidirmi?
Nikah müqaviləsi önəmlidirmi?
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3519
Səs ver:

 

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il ölkədə 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. Məlumatda bildirilir ki, əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər, boşanmaların sayı isə 1-dən 1,2-yə qədər və ya nikahların sayı 12,7 faiz, boşanmaların sayı isə 19,1 faiz artıb.
Heç bir insan ailə qurarkən, bunun dağılacağı ehtimalını belə ağlına gətirmir. Düşünürlər ki, qurduqları ailə bir ömür davam edəcək. Amma bir gün yollar ayrılır, tərəflər məhkəmədə üz-üzə gəlirlər. Ortaya saysız problemlər çıxır, mal bölgüsü, ev bölgüsü, uşaqlar...
Nikah müqaviləsindən danışarkən, çoxları bunun mahiyyətini dərk etmir, fikirləşir ki, nikah müqaviləsi boşanmaq üçündür, yalnız boşanma zamanı bu sənəd köməyə gəlir. Əslində isə nikah müqaviləsi təkcə boşanma anı üçün tətbiq edilmir, o, bütövlükdə nikah dövründə əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər. Nikah müqaviləsinin əsas məqsədi ər-arvadın əmlakının hüquqi rejiminin müəyyən edilməsidir. Bu əmlak həm müqavilə bağlanarkən mövcud olan, həm də gələcəkdə əldə edilməsi nəzərdə tutulan əmlak ola bilər.
Hüquq müdafiəçisi Elnur Aslanovun dediyinə görə, nikah müqaviləsi təkcə boşanmaq üçün nəzərdə tutulmayıb: "Bu sənəd istənilən dövrdə - həm nikahın bağlanmasına qədər, həm nikah bağlanan zaman, həm də nikah dövründə - bağlana bilər. Lakin bu halda nikah müqaviləsinin hüquqi qüvvəsi yalnız nikah dövlət qeydiyyatına alındıqda yaranır. Tutaq ki, nikah VVAQ orqanlarında qeydə alınmayıbsa, tərəflər arasında bağlanmış nikah müqaviləsinin heç bir hüquqi qüvvəsi olmayacaq".
Müsahibim bildirir ki, nikaha xitam verilən zaman nikah müqaviləsi də öz qanuniliyini itirir. Əgər müqaviləyə əsasən ər və arvadın gələcəklə bağlı hüquq və vəzifələri varsa, bu nikah xətm olunduqdan sonra da həmin hissə qüvvədə qalır. Onun sözlərinə görə, nikah müqaviləsi yazılı formada bağlanılır və notarial qaydada təsdiq olunur. Şifahi formada bağlanılan müqavilələrin heç bir əsası yoxdur: "Yəni, ailə qurmamışdan öncə verilən sözlərə inanmaq olmaz. Nikah müqaviləsi tərəflərin razılığı ilə bağlansa da, bu müqavilə tərəflərin hüquq və fəaliyyətini məhdudlaşdıra bilməz. Yəni, ər-arvad bir-birlərinin əmək fəaliyyətini seçməyə, təhsil almasına, ixtisas seçməsini qadağan edə, yaxud onu məhdudlaşdıra bilməz".
Bundan əlavə qeyd edək ki, nikah müqaviləsi tərəflərin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Məsələn, ər arvadına gələcəkdə ona qarşı aliment tələbi ilə məhkəməyə iddia verməsinə, yaxud birgə əmlakın bölünməsinə dair iddia qaldırmasına qadağa qoya bilməz. Eyni zamanda, müqavilədə tərəflərin məhkəməyə müraciət etmək hüququndan imtina etməsinə dair müddəalar da nəzərdə tutula bilməz:
"Nikah müqaviləsi yalnız əmlak üçün nəzərdə tutulub. Ancaq bu müqavilədə ər-arvadın qeyri-əmlak hüquq və vəzifələri müəyyənləşdirilə bilməz. Müqavilədə yalnız əmlak xarakterli müddəalar göstərilir".
Hüquq müdafiəçisinə görə, bu müqavilə ər və ya arvadın uşaqlarla bağlı hüquq və vəzifələrini müəyyənləşdirə bilməz: "Məsələn, müqavilə ər-arvad boşanma zamanı uşaqların atanın, yaxud ananın yanında qalmasını və ya valideynlərin uşaqla görüş qaydalarını nəzərdə tutmur. Lakin buna baxmayaraq, ər-arvad nikah müqaviləsində uşaqların saxlanamsında və təhsil almasında xərcləri müəyyən edə bilər".
E.Aslanov onu da bildirib ki, bu müqavilə bağlandıqdan sonra tərəflərdən heç biri onun icrasından boyun qaçıra bilməz.
Sosioloq Nəzakət Əhmədovanın fikrincə, nikah müqaviləsi o qədər də önəmli deyil: "Boşanmaların artdığı və insanların maddiyyata önəm verdiyi bir dövrdə nikah müqavilələrinin bağlanılması bu prosesi daha da kəskinləşdirə bilər".
Onun fikrincə, ailə təkcə sənədlər üzərində qurulmamalıdır. Burada mənəviyyat daha böyük rol oynamalıdır. Əks halda, sənəd üzərində qurulan ailələrin bir neçə ay və ya ildən sonra dağılmayacağına heç kəs zəmanət verə bilməz: "Qızlarımız "ərə getmək" xatirinə kim gəldi, onunla ailə həyatı qururlar. Elə bu səbəbdən də bu cür ailələr tez dağılır. Ailə müqəddəs amildir. Tərəflər bir-birini sevməli, hörmət etməlidir. Sevgi və hörmət olmayan yerdə 100 müqavilə olsa belə, heç nəyə yaramır".
Sosioloq araşdırmalarına əsasən bildirir ki, bu gün kağız üzərində ailə quranlardan çox qeyri-qanuni şəkildə ailə quranlar daha xoşbəxt olurlar. Çünki bilirlər ki, onları hisslərdən başqa heç nə birləşdirmir: "Gənclər ailə qurarkən nikah müqaviləsi bağlayarsa, bu, onlarda boşanma hissini hər zaman tətikdə saxlayır".
Müsahibimizə görə, nə qədər ki, gənclər mənəvi istək və duyğulara önəm vermədən, ailə qurmaq, ərə getmək xatirinə bir yerdə olmağa üstünlük verəcəklər, boşanmaların sayı da ildən-ilə artacaq...

 



Şərhlər:
Baxılıb: 3519
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz