Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliykən sevgili qalmaq mümkünmü?
Evliykən sevgili qalmaq mümkünmü?
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 2618
Səs ver:

 

Evliykən sevgili qalmaq mümkünmü ?

Bir çoxumuzun sevgililər gününü tamamilə ticari tapdığını və bu səbəblə qeyd etməyi rədd etdiyini bilirəm. Bəli, bu günün digər xüsusi günlər kimi ticari bir istiqaməti də var əlbəttə amma bu tələlərə düşmədən də bu günü özümüzə xüsusi hala gətirmək mümkün.

Evimizdə baş-başa yeməyimiz bir yeməklə, yoldaşımıza heç səbəbsiz hədiyyə edəcəyimiz bir neçə gözəl cümləylə bizə xüsusi bir qeyd etmə yaratmaq heç də çətin deyil.

Bir çox cüt üçün bu xüsusi günü qeyd etməyə müqavimət göstərmənin bir başqa səbəbi də "evli olmaq". Çünki çoxumuzda, evli və ya sevimli olmanın fərqli vəziyyətlər olduğu istiqamətində bir düşüncə var. Evli olunca sevimli olmanın, eşqbazlıq etmənin, baş-başa xüsusi zamanlar keçirmənin gərəyi qalmır sanki. Monotonluq və diqqətsizlik də bu düşüncəylə başlayır təəssüf ki,. Sonrasında yoldaşımızın evləndikdən sonra çox dəyişdiyindən, bizə eşqbazlıq etdiyimiz zamanlardakı qədər maraq/əlaqə göstərmədiyindən, son zamanlarda heç baş-başa vaxt keçirmədiyimizdən şikayət edib dayanırıq da, özümüzdəki dəyişiklikləri çox çox irdələmirik.

Ən son nə vaxt yalnız yoldaşınız üçün xoş görünməyə cəhd göstərdiniz? Ən son nə vaxt yalnız onu xoşbəxt etmək üçün, hər şeyə baxmayaraq onu sevdiyinizi dilə gətirdiniz xatırlayırsınızmı? Nə qədər zamandır yoldaşınıza eşqbazlıq etdiyiniz zamanlardakı kimi baxmadınız fərqindəsinizmi? 

"Amma yoldaşım heç bir şey etmir…" ilə başlayan cümlələr qərargahın çəkin. Kimin daha əvvəl diqqətsizləşməyə başladığının heç əhəmiyyəti yox çünki. Nəticə səbəblərdən daha əhəmiyyətlidir hər vaxt. Çünki biz nəticələrlə yaşayır və yaşadıqlarımızla xoşbəxt ya da bədbəxt oluruq. Baş-başa qalmaq, sevgini canlı tutmaq, sürprizlər bizi xoşbəxt edəcəksə, niyə öz xoşbəxtliyimizi yaratmayaq? Üstəlik, yoldaşımızın bu gözləmələrimizi qarşılamasını təmin etmənin yolu "sən heç …… etmirsən" ilə başlayan günahlandırma cümlələri deyil, bu xüsusi zamanları yaradaraq birlikdə kef ala biləcəyimiz anları çoxaltmaq və iştirak etməsi üçün təşviq etməkdir. İldönümləri, ad günləri və sevgililər günləri də ən yaxşı fürsətlər…

Sevgililər gününü niyə qeyd etməliyik?

Çünki həyatın stressi, çətinlikləri içərisində çoxluqla evliliyimizin az qala  ev yoldaşlığına döndüyünü hiss edirik. Maddi problemlər, uşaqlar, anlaşılmazlıqlar deyərkən bir baxmışıq ki həyatımız son dərəcə sıravi, evliliyimiz uşaqlara indeksli. Yoldaş deyil də ana və ata şəxsiyyətlərimiz üzərimizə yapışmış. Həyat qaçdırmasının içərisindəykən əslində həyatı qaçırırıq.

Heç bir şey, nə uşaqlar, nə əvvəlində əlaqədə yaşanan problemlər, nə də həyatın yükü, heç bir şey özümüzü əlaqəmizə diqqətsiz davranmaqla cəzalandırmağa bəhanə deyil. Əlaqələrimiz həyatın mənası və biz həyatımıza məna qatmadıqdan sonra həyat boşa itkin gedir əllərimizdən. Mövcud nizama uyğunlaşma təmin etmək və həyatın bizə təqdim etdikləriylə kifayətlənmək yerinə, əvvəlcə özümüz üçün xüsusi bir şeylər etməyin zamanı indi.

Baş-başa keçirilən, diqqətlə hazırlandığımız bir gecə yeni bir başlanğıc ola bilər. "Sən əhəmiyyətlisən"-i köçürəcək bir baxış, könüldən bir gülümsəmə, keçmişi və gələcəyi düşünmədən "səninlə olduğum üçün xoşbəxtəm" deyə bildiyimiz isti bir an əlaqəmizə toxunacaq sehrli dəyənək ola bilər.

Nağıl pərilərini gözləmək, əlaqəmizi qədərə və həyatımızı axışına buraxmaq yerinə dəyişməsi başlatmaq əlimizdə.

 

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 2618
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz