Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tənha qalmaq istəmirsənsə, evlənmə!
Tənha qalmaq istəmirsənsə, evlənmə!
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2395
Səs ver:
Evlənmək istəyən kişi tapmaq çətindirmi?
Kişilər üçün evlənmək  dəhşətli bir haldır.  Adətən kişilər evlənmə dövründə qorxuya düşür. Bu stress və qorxudan xilas olmağı isə zaman aparır. Nədənsə, kişilər tək yaşamağı hər şeydən üstün tutur , azadlıqlarını, sərbəstliklərini paylaşmağı sevmirlər. Əslində, bu qorxunun səbəbini özləri də bilmir. Amma yenə də bu qorxu ilə yaşamağa davam edirlər. Ailə həyatını onlar ancaq  evə gələndə hər gün dalaşmağa və mübahisə etməyə hazırlaşan birinin gözlədiyi kimi təsəvvür edir. Bu isə onlar üçün əsl faciədir.
Həm də kişilər özünə güvənmədiyi yəni, gözəl qadınlardan imtina edə bilmədikləri üçün evlənmək istəmir. Kişilər onları başa düşən biri ilə evlənmək istəyi. Qadınlar kimi kişilər də evlilikdə sakitlik, streeslərdən sonra  ona evdə özünü rahat hiss etdirə bilən qadın axtarır. Hər səhvinə görə söz-söhbət yaranacığından ehiyat edir. Kişilərin gec evlənmə səbəblərindən biri də elə budur.
Bəzi kişilər müəyyən yaş həddindən sonra dəyişməyə və özlərinə uyğun həyat yoldaşı axtarmğa başlayır. Beləliklə,onlar yavaş-yavaş evlənmək istəyən kişi kateqoriyasına girir. Çünki  həyatın yalnız yaşanmasının mümükün olmadığını az da olsa başa düşməyə başlayır. Özlərini tənha hiss etdikdə qadınların tez evlənmək istəklərini anlayırlar. Xüsusən də, ətrafındakı dostlarının toyları olduqda onlarda böyük həvəs yaranır. Dostlarının evinə getdikdə isti yuvanın, xoşbəxt ailənin şahidi olur, övlad sahibi olan dostlarını gördükdə isə uşaq qayığısı və.s bu kimi şeyləri yaşamaq eşqinə düşürlər. Bir çox kişilərin evlənmək istəyini gücləndirən əsas məqam da məhz bu olur.
Bir qadın üçün artıq evlənmək istəyən kişi tapmaq  çox da çətin deyil.
Başqa bir prizmadan baxsaq, evlənmək istəyən kişi kateqoriyasına girmək yetərli  səbəb deyil. Çünki bunu istəməkdən əlavə özünü evliliyə hazır hiss etməlisən, bu böyük məsuliyyətdir. Həm də həmin kişinin xarekteri qadınla uyuşmaya bilər. Ən birinci evliliyin nə olduğunu dərk etmək və buna görə qərar vermək lazımdır. Evlilik dəftərə imza atmaqla bitmir. Evlilik hər şeydən əvvəl biz olmağı bacarmaqdır. Sən və mən anlayışlarını bir kənara atıb, biz olmaq, birlik olmaq sevgi və hörmətin var olduğu bir çevrədə yaşamaq bu dünyada asan deyil. Bu çətinlikləri bacara bilmək, öhdəsindən gəlmək evliliyə olan baxışın hazır  və zəngin olmasından  asılıdır.


Şərhlər:
Baxılıb: 2395
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz