Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların seksual meselelere aid sualları
Uşaqların seksual meselelere aid sualları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8108
Səs ver:
 

 


Uşaqların intimual meselelere aid sualları

Uşaqların intimual meselelere aid sualları valideynleri xüsusile qorxudur. Amma bele suallardan qorxmaq, cavab vermekden yayınmaq lazım deyil, onlar tebiidir ve uşağın "pozulduğunu” göstermir. Alman alimi R. Noybertin melumatına göre 5—7 yaşlarında uşaqlar doğulmaq haqqında, 6—8 yaşlarında ise atanın rolu haqqında onları maraqlandıran melumatlan bilmelidirler. Tedqiqatçılar müeyyen etmişler ki, uşaqlar 5 yaşında özlerinin haradan emele geldiklerine, 6—7 yaşlarında ise "anasının qarnına” haradan düşmesine ve atanın bu meselede roluna maraq gösterirler. Uşaqların bu meseleler haqqındakı suallarına esebileşmeden, utanmadan ve heyecan hissleri keçirmeden (bele veziyyetler uşağın diqqetini bu meselelere daha çox cemleşdirer) sade ve qısa şekilde cavablar vermek lazımdır. Bele suallara yalan sözlerle cavab vermek düz olmaz ve yersizdir. Müellimlerin ekseriyyeti uşaqlarla söhbetde yalan melumatlar vermeye ziddirler, ona göre ki, başqa menbelerden alınan melumatlar yalanı tezlikle ifşa eder ve bu zaman uşaq valideynlerin dediklerine inamı itirer. Uşağın terbiyesinin, xüsusile cinsi terbiyesinin esasını inam ve heqiqet teşkil edir.

Etrafdakıların, xüsusile böyük yaşlıların diqqetini özüne celb etmek hetta kiçik yaşlı uşaqlara da xas olan xüsusiyyetdir. Bu xüsusiyyet en çox qız uşaqlarına aiddir. Kiçik qızlarda bu, nazlanmaq, ezilib-büzülmek , şıltaqlıq etmekle özünü gösterir. Yüksek derecede sakit ve medeni şekilde uşağın özünü diqqet merkezine çevirmesinin qarşısını almaq lazımdır. Çünki bu meseleni özbaşına buraxmağın neticesinde onda eqoizm ve başqalarını istismar etmek xarakteri yarana biler. Bununla yanaşı valideynler bilmelidirler ki, nazlanmaq qadın cinsinin kiçik nümayendelerine xas olan anadan-gelme xüsusiyyetlerdendir. Gözel geyinmek, müxtelif bezek eşyaları taxmaq arzusunun qarşısını gülüb lağa qoymaqla deyil, düzgün terbiye etmekle, sadeliyin, tevazökarlığın esl gözellik olduğunu öyretmekle qız uşağına kiçik yaşlarında yaxşı zövq aşılamaq lazımdır. Valideynler intimuallıq, keyim, cemiyyetde özünü idare etme meselelerine vaxtında lazımi diqqet yetirmediklerinden indi biz özüne yaraşan keyim seçmeyi, cemiyyetde, ictimai yerlerde özünü aparmağı bacarmayan, kor-korane moda dalınca qaçan, bezen kişi xasiyyetlerini götürmüş qızlara ve genc qadınlara rast gelirik.

Uşaq bağçasının 5—6 yaşlı uşaqlan özlerinin hansı cinse mensub olduqlarını ve bununla elaqedar özünü kişi he ya qadın cinsine müvafiq qaydada aparmağın lazım olduğunu bilmelidirler. Bu meselede ailede, ata ve ananın arasında yaranmış münasibet böyük rol oynayır. heqiqi qayğıkeşlik ve mehribançılıq, qarşılıqlı hörmet ve valideynlerin her birinin öz şexsi hörmeti uşaqda gelecekde müqabil cinse qarşı müsbet münasibete zemin yaradar.

Son vaxtlar Ailelerde atanın hörmetinin nisbeten azalması uşaqların cinsi terbiyesine, şübhesiz ki, menfi tesir gösterir. Qadının tam menası ile hakim olduğu ("arvad erinin başında qoz sındırır” misalını xatırlayaraq) ailelerin qızları hele kiçik yaşlarından analarının xasiyyetlerini özlerine gelecek heyat terzi timsah kimi seçerek öz ailelerinde de bu xetti yurütmeye çalışaçaqlar. Bele ailede oğlanlar evde özlerine kişi idealı tapmadıqlarından, kenardan çox vaxt terbiyesiz, mozğun kişilerden nümune götürürler. Eksine, o ailelerdeki, atalar öz ezazillik (despotluq) xasiyyetlerile aileni idare edirler, uşaqlarda qadının ailede ve, ümumiyyetle, cemiyyetde rolu haqqında yanlış fikir yaranır. Qızlar erlerinin müti qulu kimi onların bütün teleblerine emel edirler, oğlanlar ise qadına istismar obyekti kimi baxan kişilere çevrilirler. intimual baxımdan bunların her ikisi pisdir, çünki bele ailelerde böyüyüb terbiyelenen uşaqlar adeten heyatın en gözel nemetlerinden olan sevgi, mehebbet hisslerinden mehrum olurlar.

Matamum ailelerde (en çox atasız) qız uşaqlarında ailede kişinin rolu, onun şexsiyyeti haqqında tam tesevvür olmur. Eger ata aileni buraxıb gedibse ve ana bu hadisenin tesiri altında hemişe onun haqqında "alçaq”, "eclaf’, "eqoist” ve s. pis sözlerle menfi fikir yaradırsa, bütün kişilerin de bele pis olmaları haqqında uşaqlarda möhkem inam yaranır. Aydındır ki, kişiler haqqında hele uşaqlıq dövründen bele menfi fikir yaradılıbsa, cavan qadın bu mesele baresinde öz fikrini birden-bire, hetta qısa müddetde deyişe bilmez. Bunun üçün onun heqiqeten, sözün tam menası ile yaxşı insana (kişiye) rast gelmeli ve müeyyen müddet vaxt lazımdır. Eks teqdirde bele qadın üçün aile qurub uşaqlarını düzgün terbiyelendirmek işi çox böyük çetinliklerle qarşılaşa biler.

Genc ailenin dağılması, boşanma sebebleri çox müxtelif ola biler. Amma kişi heqiqeten deyersiz adam, içki düşgünü ve s. olsa da, eger anada esl anacıq müdrikliyi varsa o, uşaqların terbiyesi ve onların geleceyi namine kişini pisleyib uşaqların nezerinde alçaltmamalıdır. O kim olursa-olsun, uşaqların doğma atası olduğuna göre uşaqlarda onun şexsinde bütün kişiler haqqında pis fikir yaratmaq düzgün deyil.
Ailede atanın olmaması oğlanların cinsi terbiyesine xüsusile menfi tesir gösterir. Misal olaraq oğlunu (ve ya oğlanlarını) böyüdüb terbiyelendiren ana hedden artıq diqqetli olmalıdır ki, oğlu arvad xasiyyetli kişi kimi yox, esl kişi kimi böyüsün. Onda kişi xasiyyetleri inkişaf etdirmek üçün oğlanı ele yeniyetme yaşlarından evin kişisi adlandırmaq, evde kişiye aid işleri ona hevale etmek lazımdır.

Kiçik yaşlı mekteblilerde cinsiyyet haqqında maraq yeniden artır ve 2—3 il evvel verilen suallar indi daha da geniş ve tefsilatlı olur. Onlar birinci növbede menstruasiya (aybaşı) ve pollyusiya (spermanın qeyri-iradi ifrazı) kimi fizioloji hadiselere aid olur. Mütexessislerin ekseriyyeti hesab edirler ki, bele sualların verilmesini (gözlemeden böyükler özleri bu meseleler haqqında izahat vermelidirler. Bir sıra müellifler uşaqlara menstruasiya ve pollyusiya haqqında melumatları bu fizioloji hallar başlamazdan bir il evvel 10—12 yaşlarında (bizim region üçün 9—10 yaşlarında) vermeyi meslehet görürler. Uşağın bunu bir il evvel bilmesi, bir saat gec bilmesinden daha yaxşıdır.

Adeten 7—9 yaşlarından başlayaraq oğlanlar ve qızlar arasında "parçalanma” baş verir, öz cinsinin nümayendelerine qarşı maraq artır. Ailede bu, oğlan uşağının ataya meyl ve mehribançılığı, qızın ise anaya daha da bağlanmasında özünü gösterir. Bu mühüm cehetden şexsiyyet arası münasibetlerin gelecek inkişafı üçüm istifade ötmek lazımdır. Semimi söhbetler, birge "kişi” ve ya "qadın” meşğeleleri valideynleri ve uşaqları yaxınlaşdırır, müxtelif meseleler haqqında uşaqlara böyüklerle meslehetleşmeye, öz sirlerini ve arzularını onlara açmağa kömek edir. Bu zaman böyükler yaşlılar uşaqların inamını, uşaqlar ise valideynlerin onlara gösterdikleri ciddi münasibetleri hiss edirler. Uşaqların ele bu yaşında böyüklerin onlara örnek olmaları çox vacibdir. Atası qadına qarşı hörmet, mehebbet haqqında ne cür yaxşı, gurultulu sözler dese de, öz münasibeti, hereketleri ile dediklerini heyatda, öz ailesinde eyani şekilde göstermese, sözde bir, işde başqa münasibet gösterse onun dediklerinin heç bir tesiri olmayacaqdır.

Cinsi terbiyeni kim vermelidir?
Şübhesiz ki, birinci növbede valideynler. Sonra mektebeqeder uşaq idarelerinde terbiyeçiler, mektebde — müellimler, hekimler, tibb işçileri, böyük yaşlılar. Amma bu terbiye işleri bir istiqametde aparılmalı, bir-birine zidd fikirler, meslehetler olmamalıdır; Bir sözle, cinsi terbiye böyük yaşlıların — valideynlerin, hekimlerin, müellimlerin qurduğu bir sxemle aparılmalıdır. Bunun üçün xüsusi edebiyyat oxumaq, mühazirelere qulaq asmaq, meseleleri birge müzakire etmek lazımdır.

 



Şərhlər:
Baxılıb: 8108
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz