Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qız Uşaqlarının Cinsi Terbiyesi
Qız Uşaqlarının Cinsi Terbiyesi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 36850
Səs ver:
 

 


Qız Uşaqlarının Cinsi Terbiyesi

Kiçik Ve Böyük Qız Uşaqlarının Cinsi Terbiyesi
Müxtelif yaşlı qız uşaqlarının cinsi terbiyesi, esasen, bir meqsed — aile heyatı üçün yararlı qadın yetişdirmek meqsedini güdür. Bu o demekdir ki, qız özünü qadın cinsinin nümayendesi kimi derk etmeli, gigiyena qaydalarmı menimsemeli, elece de uşaqlıq, yeniyetme, genclik dövründe ve böyüdükde müqabil cinsin nümayendelerile özünün neçe münasibetde olacağını bilmelidir. Qadın hemişe aile ocağının birliyini saxlayan, ümumiyyetle, aileni özünde cemleşdiren xoşbextlik mücessemssidir. Hetta eger her hansı bir bedbext hadise (ölüm, xestelik, boşanma «ve s.) neticesinde o evde qadın yoxdursa da, ailenin esasını qoyan yene de qadındır. Tebiidir ki, bele yüksek vezife qadından çox böyük mesuliyyet teleb edir. Bu hissler lap uşaq yaşlarından ailenin temelini qoyacaq qıza aşılanmalıdır.

Mütexessisler müeyyen etmişler ki, qol ezelelerinin gücü ,12 yaşma qeder oğlan ve qızlarda eynidir, hetta bezen qızlarda daha çoxdur. Amma hemişe döyülenler de qızlardır. Ne üçün? Birincisi ona göre ki, qızlar zorakılığa müqavimet göstermeye psixoloji cehetden hazır deyildirler. Ata (hetta ana da) hemişe oğluna deyir: "Sen kişisen ve güce gücle cavab vermeyi bacarmalısan…” Bes qızlara ne deyirler? "Müellimeye de ki, hesen seni incidir”. Görünür ki, böyüklerin bele meslehetleri düzgün ve heyatidir.

Yuxarıda qeyd etdiyimiz kimi, qızlarda bezenib-düzenmek, bezek şeylerinden istifade etmek arzusu özünü çox tez büruze verir. Qız uşağının kiçik yaşlarından bezenmesi, anasının müxtelif paltarlarını öz üzerinde yoxlaması, bezen xelveti kosmetika vasitelerine de el atması onda tedricen qadınlara xas olan zövqün yaranması ile elaqedardır. Kiçik qızların geyimler, kosmetika ile ilk şıltaqlıqları evvelce böyük yaşlılara xoş gelir, onları eylendirir. Amma onlar buna çox yol vermemelidirler. Kiçik yaşlarından başlayaraq modalı pal-paltarlara adet etmiş uşaqlar, xüsusile qızlar, böyüdükde adi, normal geyimleri beyenmir ve hemişe diqqeti celb eden paltarlar geymeye çalışırlar. Bu ise zövqsüzlük, modabazlıq ve ailede narazılıqların baş vermesine sebeb olur. Biz son vaxtlar böyükler arasında da özünü gösteren zövqsüzlük ve bunun neticesinde hedden ziyade bezenmekle özlerini tovuz quşuna benzeden qadınlar çox görürük. İnamla demek olar ki, bu kiçik yaşlarında düzgün aşılanmayan ve ya tamamile aparılmayan cinsi terbiyenin (belke de cinsi terbiyesizliyin) neticesidir. Qızların müxtelif yaşlarında cinsi terbiyeni getdikce derinleşdirmeli, onlara öz menliklerini, qızlıq namusunu, qürurunu qorumaq, utancaqlıq hisslerini aşılamaq lazımdır. Bütün bunlar çox mürekkeb anlayışlardır ve, efsuslar olsun ki, bu gösterilen keyfiyyetler üçün Nece bir ölçü vahidi yoxdur. Bezen öz menliyini hedden ziyade yüksek tutan qız özü haqqında çox yüksek fikirde olan, hamıya yuxarıdan baxan sqoiste çevrilir. Qızlıq namusu ve utancaqlıq terbiyesi anlayışı daha mürekkeb ve çetindir. Bu terbiye az olanda ve ya heç olmayanda qız üçün müqeddes heç bir şey olmur, çox olanda ise gelecek ailede müxtelif konfliktler üçün zemin yaranır.

Cinsi terbiyenin tam keyfiyyetli ve maksimum xeyirli olması üçün valideynler ve ilk növbede ana qızının orqanizminde cinsi yetişme dövrlerini düzgün tesevvür etmelidir. Respublikamızda bu dövr 8—9 yaşlarından başlayaraq teqriben 13— 14 yaşlarında qurtarar. Bu cinsi yetişme her biri 3—4 il davam: eden iki dövre bölünür:

birinci — prepubertat (intimual dövre qeder) ve ikinci pubertat (intimual dövr) Pirişşdövr ikincili cinsi elametlerin ve aybaşının başlanmaSı ile, ikinci dövr aybaşının qaydaya düşmesi, ve çanaq sümüyünün inkişafının başa çatması ile xarakterize olunur. Qızların ekseriyyetinde çanaq sümüklerinin aktiv inkişafı ve budların formalaşması 9—10 yaşlarında, döş kilelerinin, döş vezilerinin böyümesi, qasıqda tüklerin çıxması 10—11 yaşında, daxili ve xarici cinsiyyet üzvlerinin deyişmesi
11 —12 yaşında, döş kilelerinde piqmentin emele gelmesi ve deş vezilerinin böyümesinin davam etmesi 12—13 yaşlarında olduqda ikincili cinsi elametlerin meydana çıxması orta hesabla normal inkişaf kimi qebul oluna biler.

Qızların teqriben 2,5 faizinde cinsi yetişme vaxtın-dan evvel, yeni ikincili cinsi elametler 8 yaşından, aybaşı 9 yaşından tez başlanır. Cinsi yetişmenin yubanmasına bir qeder çox, 4—7 faiz tesadüf olunur. Bu zaman 14—15 yaşlarında ikincili cinsi elametler, 16 yaşında ise aybaşı- olmur. Bu qeyri-normal veziyyet her iki halda — cinsi yetişmenin vaxtından evvel baş vermesi ve ya gecikmesi — valideynleri narahat etmeli onlar mütexessislere —endokrinoloqa ve ginekoloqa müraciet etmelidirler.

Cinsi yetişmenin ikinci dövrde bir çox qızların üzünde sepkiler emele gelir, deri ve saçlar yağlı olur, terleme artır. Bunlar cinsiyyet hormonlarını hazırlayan daxili sekresiya | vezilerinin fealiyyetinin aktivleşmesinin, daha doğrusu, cinsi hormonların orqanizmde çoxalma-sının başlanğıcı ile elaqedardır. Bu veziyyet bedenin normal fiziologiyası ile elaqedar olub heç bir müalice teleb etmeden keçib getse de qızların xoşuna gelmir ve buna göre ana qızına meseleni aydınlaşdırmaqla yanaşı, lazımi gigiyena qaydalarına riayet etmeyi de öyretmelidir. Oğlanlar kimi qızlar da (nisbeten daha az hallarda) masturbasiya ile meşğul olurlar. Bu, facie deyil. Amma uşaq yaşlarından başlayaraq bu adete alışmağın qarşısını almaq lazımdır. Birinci növbede bağırsaq qurdları ile, xüsusile tükbaş qurdlarla mübarize etmek meqsedile gündüz ve gece uşaqların ellerini yataqda yorğandan bayırda saxlamalı, onların oyaq veziyyetde yataqda uzanıb qalmasına yol vermemeli. Aralıq nahiyesini (anus ve xarici cinsiyyet üzvü arasındakı sahe) hemişe temiz saxlamağı (ifrazatlardan sonra yuyunmaq), emek ve idmanla meşğul olmağı analar qızlarına hele kiçik yaşlarından ele öyretmelidirler ki, bunlar adet şekline keçsin.
Aybaşı haqqında qızlara etraflı melumat, şübhesiz ki. 8-9 yaşlarından verilmelidir. Çox teeccüblüdür ki, qız uşaqların ekseriyyeti üçün bu normal fizioloji hal birinci cinsi tamamile gözlenilmez olur ve onları qorxudur. Bunun günahkarı ise vaxtında qızlarını bu mesele ile tanış etmeyen analardır. Aybaşının tamamile normal fizioloji hal olmasına ve bütün qızlarda gec-tez başlanmasına baxmayaraq, bu, bezen orqanizm üçün ciddi imtahana çevrilir. Ona göre bu dövrde, bezi hallarda qızları fiziki güc teleb eden işlerden, hetta fiziki meşğelelerden, yarışlardan ve s. azad etmek lazımdır. Aybaşı vaxtı açıq su hövzelerinde çimmek, isti vannalar qebul etmek olmaz. İmkan daxilinde her gün duş altında yuyunmaq ve gigiyena meqsedi güden yuyunmalardan istifade etmek meslehetdir.

Öz xarici görünüşüne maraq qızlarda oğlanlara nisbeten teqriben iki cinsi artıq olur. Qadınların ekseriyyetinde beden quruluşuna telebat eyni olduğundan (qedd-qametli, incebelli ve s.) qızlar süni yollarla (az yemek, pehriz saxlamaq, bezi qidalardan imtina etmek ve s.) beden quruluşunu deyişdirmek arzusuna düşürler, bu da orqanizmin inkişafı üçün genc yaşlarında çox vacib olan bezi yad maddelerinin lazımi miqdarda çatışmamasına, sağlamlığın pozulmasına ve orqanizmin inkişafının düzgün getmemesine sebeb olur. Gözel qameti ise bedenin inkişafına, sağlamlığına heç bir zerer vermeden fiziki meşğelelerle, idmanla da qazanmaq olar.

Keçid yaşlarında qızların cinsi terbiyesi yalnız aybaşı, deride sepkiler, sızanaqlar, qidalanmaq ve s. haqqında melumat vermekle mehdudlaşmamalıdır. Ardımı I dövri aybaşıların başlanması orqanizmde baş veren deyişkenliyi ve psixo-fizioloji veziyyetin deyişmesini gösterir, bununla elaqedar bu yaşdan başlayaraq qız uşağına cinsi heyat haqqında ilk melumatlan vermek lazımdır. Esla yubadılmalı olmayan bele söhbete ana esaslı suretde hazırlaşmalıdır. Ana qız ile hemin mesele etrafındakı söhbetinde izahatın formasını, işledeceyi terminleri, hetta sesinin tonunu ve üzünün ifadesini de evvelceden fikirleşib hazırlamalıdır. Söhbeti ele aparmaq lazımdır ki, qız bu meselelerin ailesi, valideynleri ve, nehayet, özü üçün, öz geleceyi üçün ne qeder ehemiyyetli olduğunu derk etsin.

Qızların cinsi terbiyesinde esas iki sehve yol verilir. Bezi analar cinsi heyat meselesine tamamile fikir vermir, başqaları ise ona hedden artıq fikir ve yer vermekle yanaşı onu yalnız menfi cehetden işıqlandırırlar.

Valideynin bu mesele haqqında tamamile danılmamağı qızı problemle özbaşına tanış olmaqdan xilas etmir. Lakin onun bu melumatları kimden ve ne şekilde olmasının çox böyük ehemiyyeti var. Eger o, melumatları müellimden, tibb işçilerinden, qız yoldaşlarının analarından, xüsusi edebiyyatdan alırsa bu çox yaxşıdır, eger tesadüfi tanışlardan alırsa bu çox pis neticelere getirib çıxara biler. Müxtelif menbelerden qarışıq melumatlar alan qızlarda bu meseleni kimin düz dediyini yoxlamaq arzusu yaranır.

Qızlarda cinsi yetişme öz yaşıdları olan oğlanlara nisbeten tez başlandığından, onlarda özlerinden yaşca böyük genclere misal etmek xüsusiyyeti olur. Bu ise çox vaxt xoşa gelmeyen ağır neticelerin baş vermesine (siqaret çekmek, spirtli içkiler içmek, narkotik maddeler ve, nehayet, tesadüfi cinsi elaqeler) sebeb olur.


Nikotin, narkotik maddeler, alkoqol xüsusile inkişaf merhelesinde olan orqanizme mehvedici tesir gösterir. Bu tesirin qızların orqanizmi üçün xüsusile ağır neticesi olur. Axı onlar gelecek analardırlar. Bu haqda qızlara kiçik yaşlarından demek, onları bu zererli meşğelelere adet etmekden yayındırmaq vacibdir.

Qızların "cinsi terbiye” anlayışına sidik-cinsiyyet üzvlerinin yoluxucu ve soyuqlama neticesinde baş veren, xesteliklerinin profilaktikasını da elave etmek lazımdır. Efsuslar olsun ki, qadınlarda xestelenmek imkanları hedden artıq çoxdur (cinsiyyet üzvlerinin temiz saxlanmaması, kiçik çanaq orqanlarının soyuğun tesirinden iltihablaşması ve s.) ve bunlar profilaktikanın ehemiyyetini daha da artırır.

Cinsi terbiyenin çox vacib meselelerinden biri müqabil cinsin nümayendeleri ile münasibetler haqqında müeyyen bir qanunun qebul olunmasıdır. Oğlanlarla, yeniyetmelerle, genclerle ve yaşlı kişilerle münasibet ferdi olmasa da, lakin, ümumiyyetle, özünü aparmaq, exlaq cehetince münasibet hamısına süni ve seciyyevi olmalıdır. Kişi cinsine mensub olan bütün şexslerle münasibetinde qız özünün müstesna veziyyetini hemişe yadda saxlamalıdır. Başqa sözle desek, o hemişe zerif, gözel, tevazökar, medeni, namus ve exlaq meselelerinde prinsipial ve ciddi olmalıdır. Bu sifetler ise "zeif cins” adlandırılan qadını en güclü kişilerden de güclü eden ve onları özlerine tabe eden qüvvedir. Ona menlik, şexsi heysiyyet, meğrurluq hissleri aşılamaq, adi ehtirasın cismani yaxınlığın aldadıcı olduğunu ve çox böyük bedbextliklere sebeb ola bileceyini izah etmek lazımdır. Onu da qeyd etmek lazımdır ki, yeniyetme ve genclik dövründe bu yaşın fantaziyası ile uydurulub yaradılan "sevgi” çox vaxt xoşbextlik, şadlıq, sevinc evezine bedbextlik, derd ve keder getirir, ömür boyu ezab-eziyyet veren peşmançılığa sebeb ‘ olur. Bu deyilenler uydurma deyil, faktlarla esaslanmışdır: orta mekteb şagirdlerinden (17 yaşa qeder) hamileliyin süni suretde pozulması üçün müraciet edenlerin 97 faizinde sevgililer arasında bütün elaqeler qoyulmuşdur. Özü de hamısı kişiler terefinden.

Cinsi terbiyenin esas vezifelerinden biri qızlıq ismetinin terbiyesidir. Özü de bu terbiyenin simvolu yalnız qızlıq perdesinin nikaha qeder saxlanılması deyil, fikirlerin, münasibetlerin, görüşlerin exlaq çerçivesinde aparılmasındadır. Qız öz hereketlerinde, davranışında çox ehtiyatlı olmalı, özünü ele aparmalıdır ki, ne dostda, ne tanışda, xüsusile tesadüfi tanışda bu qızla intim elaqenin mümkün ola bileceyine heç bir ümid yeri qalmasın. Çox vaxt qızın özünü düzgün aparmaması saysız-hesabsız bedbextliklere (zorlanma, zöhrevi xestelikler, psixi travmalar, hamilelik ve s.) sebeb olur.

Nikahda ve o cümleden cinsi elaqe dövründe özünü aparmaq, idare ede bilmek qaydalarını öyrenmek qızların cinsi terbiye proqramında mühüm yer tutur. Elbette, burada münasibetlerin ve birinci nikah gecesi özünü aparmaq qaydalarının bütün cehetlerini deyil, yalnız  bütün hallarda özünü düzgün aparmaq, idare etmek terbiyesi haqqında qeydler edilir.

Sevdiyi şexsle evlenmek ve ya intim yaxınlıq etmek isteyen qızın ve ya qadının münasibetleri tebii olmalıdır. O özünü ne süni suretde qızışdırmalı, ne de hisslerini zorla boğub saxlamalıdır. Bu ona göre vacibdir ki, yalan gec-tez açılır ve yalançıya qarşı inam hemişelik itir.

Aydındır ki, qızları temizliye, seliqeye, seher idmanına, saçlarına xidmete ve s. öyretmek süni derecede cinsi terbiyeye aiddir ve ailede düzgün münasibetlerin, elece de cinsi elaqede uyğunluğun yaranmasında müeyyen rol oynayır.

Gelecek qadının formalaşmasında müxtelif yaşlarda qızların paltarının da müeyyen rolu var. Ailede paltar, ayaqqabı alınması tez-tez baş veren hadise olmadığından müeyyen baha qiymetli, uzun müddet istifade olunmalı geyim eşyası (palto, kostyum, uzunboğaz çekme ve s.) almaq nezerde tutulubsa, bu, ailede evvelceden müzakire olunur. Yeniyetmeler, xüsusile 11—12 yaşlı qızlar alınacaq şeyler haqqındakı aile müzakiresinde aktiv iştirak etmeli, valideynler ise onların fikir ve tekliflerine ciddi münasibet göstermelidirler. Geyim meselesinde müeyyen çerçiveden çıxmamaq şertile, yeniyetmelerin, genclerin, xüsusile qızların arzu ve isteklerile müeyyen derecede hesablaşmaq lazımdır. Elbette, bu vaxt ailenin maddi imkanı, arzu olunan geyime gigiyena telebleri (paltarın soyuqdan, istiden qoruma imkanları, derini sürtmesi ve s), etik, estetik ceheti (hedden artıq gödek, dar, yaxanın çox açıq olması ve s.) nezere alınmalıdır.” Qalan meseleler yeniyetme ve genclerin özleri terefinden hell oluna biler. Onlarla mübahise etmek, onları inandıraıaq, üçün sey göstermek olar, amma pul xerclemek ixtiyarı yaşlılarda olsa da, yeniyetmelerin istek ve arzularını kobud şekilde redd etmek düzgün deyildir. Eks teqdirde uşaqlarda uzun müddet davam eden esebilik, kefsizlik emele gelir ki, bu da mekteb meşğelelerine, hetta sağlamlığa da menfi tesir göterir.

 



Şərhlər:
Baxılıb: 36850
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz